• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 18-də 6 nömrəli məktəb–liseydə «Müasir təhsil, müasir məktəb, müasir yanaşmalar» mövzusunda konfrans keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, nazirliyin məsul əməkdaşları, qeyri-hökumət təşkilat­la­rı­nın nümayəndələri, nazir­liyə tabe olan ümum­təhsil məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər. Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov tədbirin keçiril­diyi yeni zalın müasir tələblərə uyğun olduğunu bildirib, bunu təhsil müəssisəsinin növbəti uğuru kimi dəyərləndirib. Nazir 6 nöm­rəli məktəb–liseydə bir sıra mütərəqqi ənənələrin formalaşdığını və təhsil sahəsinin ən aktual məsələlərinə həsr olunmuş müvafiq tədbirlərin tez-tez keçirildiyini qeyd edib. Sonra tədbir iştirakçıları iştirak etmək üçün seçdikləri mü­asir tə­lim texnolo­gi­yaları və fəal təlim metodlarının tətbiqi ilə tədris olunan «açıq dərs»lərə dəvət olu­nublar. «Açıq dərs»lər Azərbaycan və rus bölmələrinin həm ibtidai, həm də yuxarı siniflərində təşkil edilib. Təhsil naziri Misir Mərdanov Azərbaycan bölməsinin II sin­fində Gülşən Orucovanın ana dili və rus bölməsinin I sinfində Səidə Nəcəfquluzadənin ingilis dili dərslərində iştirak edib. Nazir və digər rəsmi şəxslər, eyni zamanda başqa sinif otaqlarında aparılan tədris prosesi ilə də maraqlanıb və Azərbaycan və rus bölmələri üzrə beşyaşlıların məktəbə hazırlıq qruplarında olublar. Konfrans iştirakçıları məktəbin foyesindəki foto­stend­lər­lə tanış olduqdan sonra yenidən konfrans zalına toplaşıblar. Məktəb–liseyin direktoru Ceyran Kuliyeva təhsil müəssisəsinin fəaliyyə­tin­dən bəhs edən təqdimatla çıxış edib. Təqdimatda təhsil ocağının tarixi, ən məşhur məzunları, keçdiyi inkişaf yolu, ölkədə uğurla həyata keçirilən təhsil islahat­ları, əldə olunmuş nailiyyətlər, liseydəki Heydər Əli­yev muzeyində keçirilmiş tədbirlər və perspektiv vəzifələr haqqında ətraflı məlu­mat verilib.

Dekabrın 8-də təhsil naziri Mikayıl Cabbarov Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 32 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Məktəb qəhrəmanları ilə tanınır

 

SABAH qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək.

Tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, kompüter mühəndisliyi, inşaat mühəndisliyi və nəqliyyat tikintisi ixtisasları üzrə əlavə qəbula düşmək istəyən tələbələr müsahibədən keçməlidirlər. Müsahibəyə ötən 2 semestrdə 61-dən yuxarı bal toplayan və heç bir akademik kəsri olmayan II kurs tələbələri buraxılacaq. Ümumilikdə, qeyd olunan ixtisaslar üzrə 100-120 tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər. Qeyd edək ki, hazırda bu qruplarda 688 tələbə təhsil alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər. Tələbələrdən 200-ə yaxını SABAH yataqxanasında qalırlar. 

Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər İdman Məktəbinin (İOEUGİM) yetirmələri cüdo üzrə yeniyetmələr arasında keçirilən respublika birinciliyində uğurlu nəticələr əldə ediblər.

Üç gün davam edən yarışlarda ölkənin 45 idman təşkilatından 550 cüdoçu birincilik uğrunda mübarizə aparıb. İOEUGİM-in yarışlara qatılan 35 cüdoçusu gərgin mübarizə şəraitində keçən döyüşlərdə müxtəlif çəki dərəcələri üzrə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Ümumi komanda hesabında məktəbin cüdoçuları bütün rəqiblərini geridə qoyaraq respublika birincisi olublar.   Yer Soyadı, adı Çəki I yer Zeynalov Mehdi 46 kq I yer Bayramlı İbrahim 50 kq I yer Əliyev Paşa 66 kq I yer Əliyev Natiq 81 kq II yer Səfərova Fəridə 48 kq II yer Məmmədova Nuranə 57 kq II yer Alıyev İbrahim 60 kq III yer Məmmədov Tofik 55 kq III yer Süleymanlı Fidan 57 kq III yer Nuriyev Əliqismət 90 kq

“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

 Bu mərhələyə müsabiqədə iştirak üçün ərizə vermiş 296 müəllim arasından seçilmiş 131 müəllim buraxılıb. Seçilmiş müəllimlər Bakının 41 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə həmin müəllimlər Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndiriləcək. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2014-cü il üzrə 100 qalib müəyyənləşdiriləcək. Xatırladaq ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri təmsil olunur.

Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək.

Azərbaycan Milli Konservatoriyasında keçiriləcək anım gecəsində Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak edəcəklər. Həmçinin, tədbirə ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılacaqlar. Hər il olduğu kimi, xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anır, ulu öndərin keçdiyi zəngin həyat yoluna və şərəfli siyasi fəaliyyətinin əsas məqamlarına bir daha nəzər salınır. Bu baxımdan ölkəmizin təhsil ictimaiyyəti və tədris ocaqlarının pedaqoji kollektivləri tərəfindən keçirilən anım tədbirləri özünəməxsus yer tutur.

Dekabrın 15-də Təhsil Nazirliyi tərəfindən elektron resursların təqdimat mərasimi keçiriləcək.

Mərasimdə müvafiq dövlət qurumlarının rəsmiləri ilə yanaşı, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirakı edəcəklər. Müasir dünyada kompüterlərin əsasında müəssisələrin informasiyalaşdırılması təhsildə elektron resursların istifadəsinə geniş yol açır. Elektron resurslar böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir. Bu amilləri nəzərə alaraq, Təhsil Nazirliyi 2014-cü ildə müxtəlif növ elektron resursların hazırlanması istiqamətində layihələr həyata keçirib. Qeyd olunan elektron resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.

Məktəblilər arasında keçirilən “Ekoerudit” Respublika ekoloji breyn-rinq bilik yarışının final mərhələsi başa çatıb.

Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, onların ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətinin və ekoloji mədəniyyətinin formalaşdırılmasıdır. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan yarışın final mərhələsi Eko-parkda keçirilib. Final yarışmasında breyn-rinqin zona mərhələsinin qalibləri olan Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhər və Quba, Lerik, Füzuli, Ağdaş rayon tam orta məktəblərinin komandaları “Sağlam həyat-sağlam gələcək”, “Ekoloji təhlükəsiz nəqliyyat”, “Müharibə və ətraf mühit”, “Gələcəyin enerjisi”, “Meşə-həyat mənbəyidir”, "Ekoloji cəhətdən davamlı inkişaf”, “Yaşıl şəhər (Eko-mühafizəçi bitkilər)”, “Bioloji müxtəlifliyin qorunması” və digər ekoloji mövzularda hazırladıqları elektron təqdimatları nümayiş etdiriblər. Yarışmanın ikinci mərhələsində komandalar “Tullantılara yox deyək!” mövzusunda praktik çalışmanı yerinə yetirərək müxtəlif tullantılardan eksponatlar (süni quş yuvaları, ekoloji maketlər, modellər, suvenirlər və s.) hazırlayıb, tullantıların təkrar istifadəsi barədə təkliflərini bildiriblər. Münsiflər heyətinin rəyinə əsasən, Bakı şəhəri 58 nömrəli tam orta məktəbin komandası I yerə, Şirvan və Gəncə şəhərlərinin komandaları II yerə, Bakı şəhəri 61 və 318 nömrəli, eləcə də Quba rayonu məktəblərinin komandaları III yerə layiq görülüblər. Sumqayıt şəhəri və Füzuli, Lerik, Ağdaş rayonlarının komandaları isə IV yeri tutublar.  Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub. 

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq intellektual yarışının dördüncü finalçısı müəyyənləşib.

“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan son oyunda finala düşmək uğrunda 8 komanda mübarizə aparıb. İlk görüş şans oyununun qalibi “Fortuna” ilə “Ağdaş” komandaları arasında keçirilib. “Fortuna”ya üstün gələn “Ağdaş” daha sonra “Allians”ı da üstələyib. Üçüncü görüşdə “Ağdaş” “Aypara” ilə qarşılaşıb. “Aypara” rəqibinin qələbə seriyasına son qoyub. Dördüncü görüşdə “Aypara” “NORM Sement” komandasını qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ancaq “Aypara” “Sumqayıt” komandasına üstün gələ bilməyib. Altıncı görüşdə sumqayıtlılar “Bakı Ali Neft Məktəbi” ilə qarşılaşıb. Qeyd edək ki, bu komandaların əvvəlki oyunlardakı qarşılaşmasında “Bakı Ali Neft Məktəbi” qalib gəlmişdi. Bu görüşdə isə “Sumqayıt” komandası əvvəlki məğlubiyyətin əvəzini çıxıb. Növbəti-yeddinci görüşdə “Sumqayıt” “Azərbaycan klubu” komandası ilə oynayıb. Oyun sonuncunun qələbəsi ilə başa çatıb. Beləliklə, “Azərbaycan klubu” komandası böyük finala vəsiqə alıb. “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının final oyunu dekabrda keçiriləcək. Bu oyunda sentyabrın qalibi “Kapital bank”, oktyabrın qalibi “Nar Mobile”, noyabrın qalibi “Romantik” və xüsusi seçim oyunu ilə seçilmiş “Azərbaycan klubu” komandaları qarşılaşacaqlar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı