SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının (EURASHE) təşkilatçılığı ilə 3-4 dekabr 2014-cü il tarixlərində Litvanın paytaxtı Vilnus şəhərində beynəlxalq konfrans keçirilib.
Litva Universitetləri Şurası və Vilnus Tətbiqi Elmlər Universitetinin ev sahibliyi etdiyi konfrans “Ali təhsildə keyfiyyəti necə təmin etməli” mövzusuna həsr olunub.
Konfransın işində Avropa və ABŞ-ın 95 universiteti və təhsil təşkilatlarını təmsil edən 230-dan çox numayəndə iştirak edib.
Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev tədbirdə “Keyfiyyətin təmin olunmasında şəffaflıq və hesabatlılıq məsələlərinə dair” məruzə ilə çıxış edib.
Konfrans iştirakçıları ali təhsildə keyfiyyətin təmin olunması yollarını və mexanizmlərini müzakirə ediblər. Tələbə yönümlü təlimdə keyfiyyət və keyfiyyətin təmin olunması, keyfiyyət, keyfiyyət təminatı və keyfiyyət mədəniyyəti, keyfiyyətin təmin olunmasında Avropa standartları, ikili təhsil proqramlarında keyfiyyət, qloballaşma və keyfiyyətin təmin olunması, müəssisələrlə (işəgötürənlərlə) keyfiyyət əməkdaşlığı, professional ali təhsildə keyfiyyətin təmin olunmasının mahiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfransda Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının prezidenti Andreas Orfanides, Litvanın təhsil və elm nazirinin müvini Rimantas Vaitkus, Vilnus Tətbiqi Elmlər Universitetinin rektoru Gintautas Brajunas, Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Assosiasiyasının (ENQA) direktoru Mario Kelo, Avropa Şurasının ali təhsil üzrə eksperti Klara Engels-Perenyi də məruzələrlə çıxış ediblər.
Həmçinin, konfransda “Ali təhsildə daxili keyfiyyətin təmin olunması” adlı məlumat-sorğu kitabının təqdimatı olub. Kitabın müəllifi, Avropa Akkreditasiya Konsorsiumunun menecment qrupunun (ECA) və Niderland Akkreditasiya Cəmiyyətinin üzvü Luçien Bollaert kitab haqqında məlumat verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl