SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Mikayıl Cabbarov “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Trudi Norris-Qrey, “CİSCO” korporasiyasının vitse-prezidenti Conatan Sparrov və “İntel” korporasiyasının marketinq və satış üzrə vitse-prezidenti Con Deyvis ilə görüşlər keçirib.
Görüşlərdə təhsil sistemində multimedia vasitələrinin tətbiqinin genişləndirilməsi və təhsilin müxtəlif pillələri üzrə əlaqələrin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, tədris prosesində İKT-dən istifadənin səmərəliliyinin artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, təhsilin müxtəlif istiqamətləri üzrə “Microsoft”, “CİSCO” və “İntel” korporasiyaları ilə birgə layihələrin reallaşdırılması tədris müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması imkanlarını artıracaq. Müasir dövrün tələblərinə uyğyn olaraq, tədris prosesində elektron tədris resursları və internet texnologiyalarının imkanlarından bəhrələnməyin əhəmiyyəti barədə fikirlər səsləndirilib, gələcək əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanıb.
08/07/2015 16:52
"Təhsil" Respublika İdman Mərkəzinin yetirmələri Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq taekvondo yarışlarında uğurla çıxış ediblər.
50 ölkədən 2000-ə yaxın idmançının iştirak etdiyi taekvondo üzrə klublararası Avropa çempionatında "Təhsil" RİM-in 4 idmançısı şəxsi hesabda fərqləniblər. Belə ki, Mərkəzin yetirməsi İlham Əliyev 45 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq qızıl medal qazanıb. 44 kiloqram çəki dərəcəsində Təhminə Hüseynova II yeri, 48 kiloqram çəki dərəcəsində Rəvan Hüseynov və 59 kiloqram çəki dərəcəsində Rəfaello Hüseynova III yeri tutublar. Ümumi nəticələrə əsasən, “Təhsil” RİM-in yığması komanda hesabında III yerə layiq görülüb. Azərbaycan idmançıları taekvondo üzrə Türkiyə-Open Beynəlxalq Turnirində də uğurla mübarizə aparıblar. Bu yarışda İlham Əliyev 45 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib.
08/07/2015 16:52
Dekabrın 3-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi çərçivəsində məktəb direktorlarının təqdimatlarının dinlənilməsinə başlanılıb.
Müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də təmsil olunur. Müsabiqədə iştirak üçün təşkilat komitəsinə 94 ümumtəhsil məktəbi və 296 müəllim müraciət edib. Müsabiqələrin ilk mərhələsində təqdim edilmiş sənədlər yoxlanılıb və 61 məktəb, həmçinin 131 müəllim növbəti mərhələyə buraxılıb. Qeyd edək ki, “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsində müəllimlərin Bakı şəhərinin seçilmiş məktəblərində nümunə dərsləri təşkil olunacaq.
08/07/2015 16:52
Dekabrın 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandumu təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov imzalayıblar. Memorandum Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin mühüm bir qisminin dövlət təhsil müəssisələrində reallaşdırılmasını nəzərə alaraq, bu işlərin səmərəliliyinin artırılması üçün qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədlərinə xidmət edir. Memoranduma əsasən, Təhsil Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək. Qızıl Aypara Cəmiyyəti isə Təhsil Nazirliyinin müraciəti əsasında təhsilalanları müvafiq seminar, təlim, sessiya, kampaniya, yay düşərgələri və digər müvafiq tədbirlərə cəlb edəcək. Həmçinin, dövlət ali təhsil müəssisələrinin humanitar fakültələrinin tələbələri üçün Qızıl Aypara Cəmiyyətinin strukturlarında müvafiq istehsalat təcrübəsinin keçirilməsinin təşkil olunması nəzərdə tutulur.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının növbəti oyunu keçirilib.
“Baku Crystal Hall”da təşkil edilən və AzTV kanalı ilə yayımlanan yarışda noyabr ayı ərzində keçirilən oyunların qalibləri olan “Bakı Ali Neft Məktəbi”, “Sumqayıt”, “Romantik” və “Azərbaycan” komandaları ayın çempionu adı uğrunda mübarizə aparıblar. Ənənəvi qaydada 2 seçim və 2 final görüşündən ibarət olan oyunda əvvəlcə “Azərbaycan” və “Romantik” komandaları qarşılaşıblar. Rəqibindən üstün olan “Romantik” qalib gəlib. İkinci seçim görüşü “Bakı Ali Neft Məktəbi” və “Sumqayıt” komandaları arasında olub. Tələbələr böyük hesabla sumqayıtlı rəqiblərinə üstün gəliblər. Finalda “Romantik” və “Bakı Ali Neft Məktəbi” qüvvələrini sınayıblar. “Romantik” ilk görüşdə 5:0, ikinci görüşdə isə 5:1 hesabı ilə qalib gələrək, noyabr ayının çempionu olub və yarışmanın finalında oynamaq hüququ qazanıb.
08/07/2015 16:52
Şagirdlərə hansı kitabların mütaliəsi tövsiyə olunur?
Mütəxəssislər şagirdlərdə dünyagörüşün formalaşması üçün hansı əsərlərin oxunmasını zəruri hesab edir? Orta məktəb şagirdlərinin mütaliə probleminə cari ilin sentyabrında təhsil naziri Mikayıl Cabbarovun ciddi tələbkarlıqla yanaşması ölkə ictimaiyyəti, valideyn və müəllimlər tərəfindən müsbət qarşılandı. Bu məsələ ilə bağlı qəzetimizdə də mütəmadi olaraq ayrı-ayrı mütəxəssislərin, pedaqoqların maraqlı fikirləri dərc olunub. Bədii əsərlərin şagirdlərin inkişafına, dünyagörüşünün formalaşmasına təsiri ilə bağlı məqalələr verilib. Orta məktəb şagirdlərinin ən çox eşitdiyi söz "oxu", "mütaliə et", "bədii əsərlər oxu" sözləridir. Bunu yalnız ədəbiyyat müəllimləri deyil, digər humanitar fənn müəllimləri də tələb edirlər. Hətta riyaziyyat, biologiya, coğrafiya kimi fənn müəllimlərinə də şagirdlərə öz fənlərini daha asan qavramağa kömək edə biləcək bədii əsərlərin tövsiyə edilməsi maraqlı olmalıdır. Amma "oxu" deməklə məsələ həll olunmur. Müəllimlər "niyə oxumalıyam", "bədii əsərləri oxumaq mənim nəyimə lazımdır" kimi suallarla da qarşılaşa bilərlər. Yəqin ki, qarşılaşmamış da deyillər... Məsələnin yüksək əhəmiyyətini nəzərə alaraq redaksiyamız bu mövzunu daim gündəmdə saxlayır. Ancaq bu dəfə biz şagirdlərimizə mütaliəyə sərf olunan vaxtdan daha yaxşı faydalanmaq, dünyagörüşün formalaşmasına hansı əsərlərin daha çox təsirini bilmələri üçün mütəxəssislərin tövsiyələrini çatdırırıq. Bədii əsərləri nə üçün oxuyuruq? Professor Buludxan Xəlilov: "Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər müstəqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Ona görə ki, bədii əsər oxumayan şagirdin lüğət tərkibi də kasad olur. O danışanda çətinlik çəkir, fikrini ifadə etmək üçün sözlər tapa bilmir. Bir sözlə, şagirdin şifahi nitqi qüsurlu olur. Bədii əsər oxumayan şagirdin bədii zövqü zəif olduğundan o, yazı mədəniyyətində də qüsurlu olur. Fikrini yazılı şəkildə ifadə edə bilmir. Bədii zövq olmadan şagird fikrini bədii şəkildə ifadə edə bilməz. Daha doğrusu, yazılı nitqini qura bilməz. İngilis yazıçısı Nil Heyman: Bədii ədəbiyyatın iki təyinatı var. Birinci, o sizi yeni sözlər öyrənməyə, başqa tərzdə düşünməyə, irəli addımlamağa məcbur edir. Dərk etmək lazımdır ki, oxumaq özü də həzz verir. Bir dəfə bunu edəndən sonra siz oxumağa məhkum olursunuz. İkinci cəhdisə empatiya yaratmasıdır. Televiziya verilişinə, ya filmə baxarkən siz başqalarının başına gələnləri izləyirsiniz. Bədii ədəbiyyat - nəsə hərflərdən və bir ovuc durğu işarələrindən yaratdığınızdır və siz yalnız xəyallardan istifadə edərək bir dünya yaradırsınız, məskunlaşdırırsınız və ətrafa özgə gözü ilə baxırsınız. Heç vaxt dərk etməyəcəyiniz şeyləri dərk edirsiniz. Dərk edirsiniz ki, xarici dünya da sizsiniz. Siz başqa biri olursunuz və öz dünyanıza qayıdanda sizdə artıq nəsə dəyişmiş olur. Mütəxəssislər şagirdlərdə dünyagörüşün formalaşması üçün hansı əsərlərin oxunmasını zəruri hesab edir? Artıqortaməktəbdə mütaliəninsistemlitəşkilinə nəzarətlə bağlı təşəbbüsgörünür Orta məktəb şagirdlərinin mütaliəsinin təşkilinə nəzarətin necə həyata keçirilməsini araşdırmaq məqsədi ilə Bakı şəhərində bir neçə məktəbin direktoru və Azərbaycan dili və ədəbiyyat müəllimi, kitabxana nümayəndələri ilə görüşdük. Məktəblərdə mütaliənin təşkili, əsasən, ədəbiyyat müəllimləri tərəfindən aparılır. Lakin müəllimlər və kitabxanaçılar mütaliəyə marağın qənaətbəxş olmamasını vurğuladılar. Ən çox mütaliə edənlər V-VIII sinif şagirdləridir. Onlar da əksərən sinifdənxaric oxu materiallarını götürmək üçün müraciət edirlər kitabxanaya. Mütaliənin təşkilinə nəzarətlə bağlı 246 nömrəli məktəb xüsusi diqqətimizi çəkdi. Məktəbə yeni direktor təyin olunmuş Almaz Bayramova az müddət içərisində Azərbaycan dili və ədəbiyyat müəllimlərinin birgə iştirakı ilə orta məktəb şagirdlərinin mütaliəsi üçün tövsiyə olunan ədəbiyyat siyahısını tərtib edib. Bu siyahı I sinifdən başlayaraq X sinfə kimi şagirdlər üçün nəzərdə tutulub. XI sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarına hazırlaşmaları nəzərə alınaraq bu siyahının onlara şamil olunması uyğun görülməyib. İbtidai sinif şagirdləri üçün mövzular müəyyənləşdirilərək ədəbiyyat seçimi müəllimlərin ixtiyarına verilir. I-IV siniflər üçün kiçikhəcmli nağıllar, anaya, ailəyə aid hekayə və şeirlər, vətənpərvərlik, yaxşılıq, etik qaydalar, Azərbaycanın sərvətləri haqqında, böyüklərə hörmət, təbiəti, heyvanları sevmək mövzusunda bədii ədəbiyyat nümunələrinin seçilib oxudulması ibtidai sinif müəllimlərinin vəzifəsi kimi müəyyənləşdirilir. V-X sinif şagirdlərinin klassik ədəbiyyatın mütaliəsinə xüsusi diqqət yetirilir. Şifahi xalq yaradıcılıq mütaliəsinə geniş yer verilməsi işin təqdirəlayiq tərəflərindəndir. Milli ədəbiyyatımızla yanaşı dünya ədəbiyyatına da marağın artırılması bu təşəbbüsün məqsədləri sırasındadır. Bəs şagirdlər hansı kitabları almağa üstünlük verirlər? Elmlər Akademiyası metrosunun ətrafında məktəb və universitetlərin çox olması səbəbindən ilk maraqlandığımız kitab mağazalarını da bu ərazidən seçdik. Şagirdlərin daha çox hansı kitabları almaları ilə maraqlandıq. Olduğumuz dörd mağazada, əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün kitabların daha çox alınması, xüsusilə də rusdilli bədii əsərlərin üstünlük təşkil etdiyi faktı üzə çıxdı. Məktəb şagirdlərindən isə daha çox II-IX sinif şagirdlərinin kitab aldığı bildirildi. Daha çox satılan kitablar qısaldılmış bədii əsərlərdir ki, məktəb dərsliyində sinifdənxaric oxu mövzusunu təşkil edir. Şagirdlərin alıcılıq səviyyəsinə gəlincə adıçəkilən dörd mağazadan biri istisna olmaqla, digər üçündə vəziyyət o qədər də ürəkaçan olmadı. Mütəxəssislər hansı bədii əsərləri oxumağı tövsiyə edirlər? Tanınmış pedaqoq Əjdər Ağayev uşaqlara mütaliə vərdişlərinin aşılanma prosesini üç mərhələyə ayıraraq hər birinin özəlliklərini incəliklərinə qədər təhlil edir. İlkin mərhələ məktəbəqədər yaşlı uşaqların mütaliəsidir. Bu mərhələdə şəkilli kitablar üstünlük təşkil edir. "Yalnız sözlü oxuma olmur, şəkillər də oxunur" deyən pedaqoq uşaqların böyüklərlə birlikdə kitablardakı şəkilləri müzakirə etməsini düşünmə, qavrama qabiliyyətinin formalaşmasında zəruri hesab edir. Kiçikyaşlı uşaqlara iki-üç dəfə rəsmli kitablar alınarsa, növbəti dəfə özləri bunu tələb edəcəklər. Əjdər Ağayev I-VII sinif şagirdləri üçün qəti olaraq müəyyən yazıçı və əsər adlarını dəqiq müəyyənləşdirməyin əhəmiyyətini deyil, daha çox hansı mövzuda əsərlərin oxunmasını müəyyənləşdirməyin önəmli olması fikrindədir. Aşağı sinif şagirdlərində mütaliə insani keyfiyyətlərin aşılanması xarakterini daşıyır. Buna görə də müəllimlər vətən, ailə, insanlıq məhəbbəti, təbiətə, heyvanlara sevgi, böyüyə hörmət, dostluq, inam və iman və s. hissləri aşılayan kiçikhəcmli maraqlı, məzmunlu bədii əsərlərin seçilib oxutdurulmasına diqqət etməlidirlər. Artıq yuxarı siniflər hesab olunan VIII-XI siniflərdə konkret hansı əsərlərin oxudulması haqqında düşünmək daha böyük əhəmiyyət kəsb edir. Görkəmli pedaqoqa görə, bu mərhələdə şagirdlərə qəhrəmanlıq, həyatla mübarizə, özünə inam motivləri üstünlük təşkil edən bədii əsərlərin seçiminə xüsusi diqqət verilməlidir. Ə.Ağayev Cek Londonun "Həyat eşqi" əsəri timsalında dünya ədəbiyyatından belə əsərlərin şəxsiyyətin formalaşmasındakı mahiyyətini açıqladı. İsmayıl Şıxlının "Dəli Kür" romanı da şagirdlərə milli hisslərin aşılanmasında xüsusi əhəmiyyətli nümunə kimi dəyərlidir. Dövrün tarixini şagirdlərin təxəyyülündə tarix fənnindən daha artıq canlandırmaq baxımından professor tarixi romanların yuxarı sinif şagirdlərinə oxudulmasını məqsədəuyğun hesab edir. Ə.Ağayev uşaq ədəbiyyatının yazılmasını şərəfli bir iş sayaraq bunun çox məsuliyyətli bir öhdəlik olduğunu da vurğuladı. Pedaqoq müasir bədii nümunələrin içərisində "söz bolluğu verən və hikmət bolluğu verən" əsərlərin olduğundan bəhs etdi. Şagirdlərə hikmət bolluğu vermək istəyən müəllimlərə Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Xanımana Əlibəyli, Teymur Elçin kimi uşaq yazarlarının bədii əsərlərindən bəhrələnməyi tövsiyə etdi. Uzunmüddətli pedaqoji təcrübəsi, ədəbiyyatşünaslığı və yazıçılığı, məktəbdarlığı, naşirliyi ilə, kitab marketinin təsisçisi kimi tanınan Şəmil Sadıqovun da mütaliənin təşkili ilə bağlı fikirləri, tövsiyələri təhsil sahəsində çalışan və bu sahəyə maraq göstərənlər üçün faydalıdır. Ona görə, ilk növbədə önəmli olan nə oxutmaq deyil, necə oxutmaqdır. Şagirdlərin mütaliə vərdişlərinin qazandırılması istiqamətində ən böyük məsuliyyət məktəbəqədər təhsil verən müəllimlərdən başlayaraq XI sinfə dərs deyən müəllimlərin üzərinə düşür. Buna görə də müəllimlərin qarşısında duran əsas məqsəd mütaliəyə maraq oyatmaqdır. Ş.Sadıqov hətta öz müəllimlik təcrübəsindən bir epizodu danışaraq, bu yolda yanlış addımları şagirdlərin mütaliədən ömürlük uzaq düşməsinə səbəb ola biləcək qədər təhlükəli hesab edir. O, söylədi ki, pedaqoji təcrübəsinin ilk illərində səriştəsizlikdən yeddinci sinif şagirdlərindən İsa Hüseynovun "İdeal" romanını oxumağı tələb etmiş, mümkün olduğu qədər oxutmuş, oxuda bilmədiklərinə isə əsərin məzmununu danışmışdır. Lakin indi düşünür ki, bu onun tərəfindən böyük bir yanlışlıq olub. Çünki alimlik fəaliyyəti dövründə "İdeal" əsərinin dərk edilməsinin asan bir iş olmadığı və hətta bunun hər kəsə nəsib ola bilməyəcəyi qənaətinə gəlib. Şəmil Sadıqov da aşağı sinif şagirdlərinə mövzular üzrə bədii əsər seçiminin tələb olunması fikrindədir. Yuxarı siniflərdə isə ədəbiyyat nümunələrinin seçimi artıq müəyyən mütaliə vərdişlərinə malik şagirdlərin intellektual səviyyəsinin qaldırılmasına xidmət göstərməlidir. Buna görə də X-XI siniflərdə dünya ədəbiyyatı nümunələrinin tədris olunmamasını təəccüblə qarşılayır. Dünya ədəbiyyatı tarixindən xəbəri olmayan abituriyentin gələcəkdə necə yaxşı bir filoloq ola biləcəyini təsəvvürə gətirmək çətindir. Şəmil Sadıqov orta məktəb şagirdlərinə klassik Azərbaycan ədəbiyyatının ölməz abidələrini, "Dədə Qorqud", "Koroğlu" dastanlarının, əfsanə və rəvayətlərin, həmçinin "Altun" nəşriyyatı tərəfindən hazırlanan klassik dünya ədəbiyyatı nümunələrinin sadələşdirilmiş variantının oxunmasını tövsiyə edir. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
"Müəllimlərim həmişə deyirdi ki, sən 700 bal toplayacaqsan"
Qəbul imtahanının rekordçusu Fatimeyizəhra Nəbizadə ilə söhbət "Magistr təhsilimi Amerikanın Kaliforniya ştatında almaq və Azərbaycana qayıdıb dərs demək istəyirəm" Bu sözləri 2014-cü il qəbul imtahanlarında maksimum nəticə göstərən və adı ilə də diqqət mərkəzində olan Fatimeyizəhra Nəbizadədən eşidirəm. Redaksiyamıza qonaq olan Fatimeyizəhra Nəbizadədən tələbəlik həyatı və dərsləri barədə söhbətə başlayırıq. - İstərdik ki, səni tanıyaq. - 1997-ci ildə Bakı şəhərində doğulmuşam. "Türkiyə Diyanət Vəqfi" liseyinin məzunuyam. TQDK-nın qəbul imtahanında 700 bal topladım. Qafqaz Universitetinin "Kimya mühəndisliyi" ixtisasını seçdim. Qəbula 3 il həm təhsil aldığım liseydə, həm də "Araz" kurslarında hazırlaşmışam. Ailədə 5 nəfərik - atam, anam, bacım, qardaşım və mən. Atam energetika mühəndisi, anam isə tibb bacısıdır. Qardaşım Türkiyədə təhsil alıb, o da mühəndisdir. Bacım tibb təhsili alıb və Türkiyədə təhsilini davam etdirir. - Dostların səni necə tanıyır? - Dostlarım məni çox oxuyan kimi tanıyır. - Xarakterin necədir, hansı mənfi və müsbət xüsusiyyətlərin var? - Sevmədiyim xüsusiyyətim çox emosional olmağımdır. Hər şeyə tez reaksiya verirəm. Sevdiyim xüsusiyyətim məqsədimə çatmağa çalışmağımdır. - "Həmişə məqsədlərinə çatasan"- deyib, mühəndis olmağa necə qərar verməsi ilə maraqlanırıq: - Atam və qardaşım mühəndisdir. Ən sevdiyim fənnim isə fizikadır. Bütün bu amillər seçimimə çox kömək etdi. 8-ci sinifdən qərar verdim ki, mühəndis olacağam. Anam və bacım tibb sahəsində olsa da, bacımın çətinliklərini görürdüm. Həm də o sahə mənə görə deyildi. - Ailən seçiminə qarışıb? - Ailəm daima mənə dəstək olub. Seçimi mənə buraxıblar. - Məktəbdə müəllimlərinin ixtisas seçimində köməyi olub? - Örnək götürdüyüm müəllimlərim çox idi. Amma mənim üçün fizika-riyaziyyat müəllimlərimin yeri ayrı olub. Müəllimlərim həmişə deyirdi ki, sən 700 bal toplayacaqsan. - Ali məktəbə hazırlıq mərhələsi zamanı dərslərində ailənin hansı köməkliyi olub? - Atam, qardaşım dərslərimdə kömək edirdilər. Amma dərslərimi demək olar həmişə özüm hazırlamışam. - Tələbə adını qazanmaq üçün hazırlıq kursuna getmək mütləqdirmi? - Bu fərdidir. Şagirdin özündən asılıdır. Məktəbdəki dərslərini oxusa uğur əldə edə bilər. Amma yüksək nəticə üçün hazırlıq olmalıdır. - Qəbul imtahanlarında, yaxud ali məktəblərdə nələrin dəyişməsini istəyirsən? - Düşünürəm ki, çalışmaqla 700 bal toplamaq olar. Qəbul imtahanı nə çətin, nə də asan deyil. Amma universitetlərdə çoxlu yeniliklərin olmasını, tələbələrin təcrübəsi üçün daha yaxşı şəraitin, geniş imkanların yaradılmasını istəyirəm. Universiteti bitirib işə qəbul olanda təcrübə daha çox önəm daşıyır, nəinki oxuduğun dərslər. Əvvəldə də qeyd etdiyimiz kimi, onun balı ilə yanaşı adı da diqqət mərkəzində idi. Bu adın qoyulma tarixini soruşuruq: - (gülür) Adımı anam qoyub. Yuxu görüb, deyiblər qızın olacaq. O da mənə bu adı verib. Adı fərqli olan bu qızın tələbə həyatı necədir? Tələbəliyi şagirdlikdən nə fərqləndirir? Bütün bunlar barədə danışmağa başlayırıq: - Tələbəlik mənim üçün yenidir. Tam öyrəşə bilmirəm. Universitet, dərslər yaxşıdır. Zaman-zaman məktəb vaxtına qayıtmaq, şagird olmaq istəyirəm. Məktəb vaxtı daha əyləncəli, qayğısız idi. Həm də mən ətrafıma tam uyğunlaşa bilməmişəm. - Bəlkə sakitliyindən irəli gəlir? - Mən liseyə qəbul olanda da eyni problem yaşamışdım. Sonralar öyrəşdim. - Sosiallaşa bilmədiyini deyirsən. Sosiallaşmaq üçün nə edirsən? - Universitetdə tanıdıqlarım çoxdur. Bu mənə öyrəşməyə kömək edir. - Dərslərdə hansı problemlərin var? - Hələ ki, hazırlıq kursundayam. Ancaq ingilis dili keçirik. İxtisasa hazırlıqdır bu. Dil də elə bir şeydir ki, gündəlik onunla məşğul olmalısan. Dərslərim yaxşıdır. Qarşıdan imtahanlar gəlir. Həftəlik sınaqlarda nəticələrim yaxşıdır. Amma daha yüksək olmağına çalışıram. - Tələbə kimi tədbirlərdə iştirak edirsən? - Tələbəlik daha məsuliyyətlidir. Hər addımını məqsədin üçün atmalısan. Universitetdə klublar var. Mən də akademiya klubuna üzv olmuşam. Bu, tələbələr üçün seminarlar təşkil edən bir klubdur. - Dərsdən sonrakı vaxtını necə dəyərləndirirsən? - Arada bir gəzməyə gedirəm. Ailəmlə vaxt keçirirəm. Dərslərimi hazırlayıram. Saz çalmaq istəyirəm. Öyrənmək üçün universitet nəzdində kluba yazılmışam. - Niyə saz? - Mən özüm Qazaxlıyam. Ailəlikcə aşıq musiqisini sevirik. - Sazdan başqa nəyə marağın var? - Futbolu izləyirəm. "Fənərbaxça"nın azarkeşiyəm. - Futbol oynamısan? - Çox az. Gələcəyin mühəndisinin gələcək planları ilə maraqlanırıq: - Amerikada Kaliforniya ştatında ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Sonra universitetə qayıdıb müəllim, akademik fəaliyyət göstərəcəyəm. Mən hətta fikirləşirdim ki, bakalavr dönəmində bir-iki illik gedim xaricdə oxuyum. Amma düşündüm ki, magistr daha məqsədəuyğundur. Söhbət əsnasında tələbə yerinə bir neçə dəfə şagird deyən birinci kurs tələbəsi və gələcəyin mühəndisinə qonağımız olduğu üçün təşəkkür edib, onunla sağollaşırıq. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Amerika və avropalı şagirdlər hansı əsərləri mütaliə edir?
Bu əsərlərdən Azərbaycan məktəblərində istifadə etmək olarmı? Bədii mütaliə istənilən halda insanın mənəvi cəhətdən kamilləşməsində xüsusi əhəmiyyətə malikdir. Bədii mütaliənin müsbət təsiri yeniyetməlik dövründə daha da effektiv olur. Bu dövr insan yaddaşının ən həssas dövrü olduğu üçün şagirdlər həmin imkandan maksimum şəkildə yararlanmalıdır. Şagirdlərdə bədii zövqün formalaşması sinifdənxaric oxu və mütaliədən daha çox asılıdır. Uşaq ədəbiyyatı və ümumiyyətlə, bədii ədəbiyyat, yaş dövründən asılı olaraq, ardıcıl şəkildə mütaliə olunduqda daha effektiv olur. Ölkəmizdə dövlətin diqqət və qayğısı sayəsində bu istiqamətdə bir sıra mühüm işlər görülüb. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi və çoxsaylı nəşr olunaraq respublikanın bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Bu nəşrlər sayəsində gənc nəsil bədii və elmi ədəbiyyata ehtiyacını ödəməklə istifadə edə bilir. Lakin bununla belə şagirdlərimizə, sinifdənxaric oxu üçün bir neçə dünya miqyaslı yazıçıların əsərlərini tövsiyə edirik. Qeyd edək ki, həmin müəlliflərin əsərləri Avropa - Amerika və ümumiyyətlə, dünyanın bir çox ölkələrinin orta məktəblərində sinifdənxaric oxu kimi tövsiyə olunur və hətta müəyyən hallarda birbaşa dərsliklərə daxil edilir. XX əsrin ən böyük ədəbiyyatçılarından biri, görkəmli ingilis yazıçısı Ernest Seton Tompsonun "Seçilmiş əsərləri", əsasən də "Balaca vəhşilər", "Mənim həyatım" romanları və bir çox hekayələri, xüsusən 5-11-ci sinif şagirdləri üçün faydalı ola bilər. Yazıçının demək olar ki, hər hekayəsi qəhrəmanlıq hissləri və əməllərinin əks olunduğu flora və faunanın həyəcanlandırıcı həyat hekayəsidir. Yazıçı təbiətə sevgi ilə oxucu qəlbini birdəfəlik fəth edir. Nəzərə almaq lazımdır ki, hazırda dünyanın qlobal problemlərindən biri də məhz ekologiya və təbiətlə bağlıdır. Bu mənada, şagirdlərin belə əsərlərə maraqlı olmasına çalışmaq əhəmiyyətli sayıla bilər. Dünyaca məşhur yazıçı, britaniyalı Lüis Kerrolun əsərləri isə əsasən ibtidai siniflər üçün çox əhəmiyyətli hesab olunur. Onun "Alisa möcüzələr ölkəsində" adlı əsəri xüsusən Avropa xalqlarına mənsub uşaqların çox sevdiyi əsərdir. Yazıçının uşaqlar üçün yazdığı əsərləri, dünyanın bir çox ölkələrində uşaq ədəbiyyatı üçün ən faydalı əsərlərdən sayılır. Lüis Kerrolun müəllifi olduğu ən məşhur əsərlərdən birinin yazılma səbəbi də çox maraqlıdır. Yazıçı rəsm çəkməyi çox sevirmiş. O həm də XIX əsrin ən yaxşı fotoqrafı olub. Bir gün parkda oynayan 3 qız uşağının fotosunu çəkmiş və onun əsl Alisa ilə tanışlığı da belə başlamışdır. Bu qızlardan biri olan Alisa, onun sehrli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-ci ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın gördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur. Yazıçının ikinci, "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olmuşdur. Bu əsəri müəllif 1871-ci ildə qələmə almışdır. Kerrol, "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərlər də yazmışdır. XX əsr ingilis ədəbiyyatının ən nüfuzlu nümayəndələrindən biri olan Virginya Vilfun dediyi sözlər yazıçının ədəbi portretini tam şəkildə əks etdirmişdir. "Kerrol əsl professor olub. Eyni zamanda yazıçının xarakterində saflıq və şəffaflıq olub. Lakin bunun arxasında qeyri-adi möhkəmlik dayanmış, onun da altında uşaqlıq gizlənmişdir. O, heç kimə nəsib olmayan bir şey etmişdir. Uşaqlıq aləminə qayıda bilmiş və onu elə təsvir etmişdir ki, biz də uşaqlaşmışıq". Müasir dünya ədəbiyyatının digər məşhur yazıçısı isə Amerika ədəbiyyatının çox istedadlı ədibi Con Hoyer Apdaykdır. Yazıçının "Seçilmiş əsərləri", xüsusən də "Dovşan, qaç", "Kentavr" romanları və müxtəlif məzmunlu hekayələri, əsasən yuxarı sinif şagirdlərimizə tövsiyə olunur. "Dovşan, qaç" romanının ideyasında cəmiyyət üçün ailə, övlad, valideyn və yaxın qohumluq münasibətlərini müqəddəs saymağın zəruriliyi vurğulanır. "Kentavr" romanında isə müəllif, bədii fikrin ən zəngin qaynaqlarından sayılan yunan mifologiyasındakı bəzi obrazlar vasitəsilə yazıçı təxəyyülünün daha dolğun ifadəsinə, təsvirlərin orijinal reallığına, mühakimələrin canlı, dinamik səslənməsinə nail olmuşdur. Daha sonra digər yazıçı, alman ədəbiyyatının görkəmli nümayəndəsi Lion Feyxtvangerdir. Onun bədii yaradıcılığı şagirdlər üçün tövsiyə olunan bədii nümunələr sırasındadır. Yazıçının "Qəribə adamın müdrikliyi, yaxud "Jan-Jak Russonun ölümü və ölməzliyi", "Lautenzak qardaşları" romanları və müxtəlif hekayələri mütaliə üçün məqsədəuyğundur. Bu yazıçı həm də XX əsr ədəbiyyatına ən oxunaqlı tarixi roman müəllifi kimi daxil olmuşdur. Tarixi mövzulara müraciət etməsinə baxmayaraq, müasir dövrün ən aktual problemləri həmişə yazıçının diqqət mərkəzində olmuşdur. Lion Feyxtvanger bədii yaradıcılığında XX əsrin ümidlərini, arzularını, çatışmazlıqlarını adekvat şəkildə təcəssüm etdirən böyük sənətkarlardan biri kimi xarakterizə edilir. Bədii irsinin öyrənilməsi, xüsusən yeniyetmələr üçün məsləhət görülən yazıçılardan biri də ingilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinqdir. O, 1882-1889-cu illərdə Hindistanda yaşayıb. Buna görə də onun əsərlərində Hindistan mövzusu geniş yer tutur. Müəllifin "Cəngəlliklər", "Nağıllar" kitabları bütün dünyada uşaqlar tərəfindən böyük maraqla oxunur. Bu yazıçı "Puk Təpəsinin Cırtdanı", "Mükafatlar və Pərilər" adlı məşhur kitabların müəllifidir. Həmin kitablardakı əsərlər qədim İngiltərə nağılları əsasında yazılıb. Şekspirin pyeslərindən götürülmüş "Cırtdan Pak"-ın dili ilə söylənilən qədim ingilis nağılları da Avropa uşaq ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. "Cəsur kapitanlar" əsəri isə sırf yeniyetmələr üçün nəzərdə tutulub. Müəllifi olduğu bədii əsərlərlə dünyada diqqət çəkən digər yazıçılardan biri də alman ədibi Erix Mariya Remarkdır. O, XX əsr dünya ədəbiyyatının ən peşəkar yazıçılarından hesab olunur. Bütün yaradıcılığını müharibə mövzusuna həsr edən yazıçının əsərləri mənsub olduğu xalqın mənəvi əzablarının ən dərin və ən səmimi bədii təcəssümüdür. Dünya ədəbiyyatında insan qırğınına Remark qədər dərin nifrət oyada bilən, müharibə nəticəsində dünyaya səpələnən mühacirlərin fəlakətini təsirli bədii boyalarla təsvir edən ikinci bir yazıçı tapmaq çətindir. Yazıçının dilimizə tərcümə edilən əsərlərindən "Zəfər tağı" və "Lissabon gecəsi" romanlarını misal göstərmək olar. Digər ədib isə Cənubi Amerika ədəbiyyatının istedadlı nümayəndəsi, Braziliya yazıçısı Jorj Amadudur. Bu yazıçının da bədii əsərləri dünyada maraqla oxunur. O, öz bestsellerləri ilə müxtəlif ölkələrin milyonlarla oxucusuna Braziliyanı sevdirə bilmişdir. Yazıçının qələmindən çıxan əsərlərin hər sətrində qaynar həyat çağlayır, cənub temperamentindən qidalanan oynaq, bənzərsiz yumor süzülür. Oxuculara təqdim olunan "Qum dəryasının kapitanları", "Möcüzələr dükanı" romanları, "Zolaqlı Pişik və Göy Qaranquş" povesti və "Piranyansda möcüzə" hekayəsi yazıçının dünyaca məşhur əsərlərindəndir. Qeyd edək ki, adları sadalanan bütün əsərlər dilimizə tərcümə olunub. Sonda bir daha əziz şagirdlərimizə haqqında məlumat verdiyimiz yazıçıların əsərlərini sinifdənxaric oxu və mütaliə üçün tövsiyə edirik. Çünki həmin bədii əsərlər hazırda dünyanın bir çox orta təhsil müəssisələrində mütaliə üçün tövsiyə olunur. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Dekabrın 16–da Təhsil Nazirliyində “Beynəlxalq mühasibat uçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkilinə dair” müşavirə keçirilib.
Müşavirədə təhsil və maliyyə nazirliklərinin rəhbər işçiləri, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin, ali və orta ixtisas məktəblərinin rəhbərləri iştirak ediblər. Müşavirəni təhsil naziri Misir Mərdanov açıb və “Beynəlxalq mühasibat standartlarına keçidlə əlaqədar ali və orta ixtisas təhsili müəssisələri qarşısında duran vəzifələr” mövzusunda təqdimat edib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 7 fevral 2005–ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycanda milli mühasibat uçotu standartlarının hazırlanması nəzərdə tutulub. Bu sahədə kadr hazırlığının təkmilləşdirilməsinin zəruriliyindən söz açan təhsil naziri daha sonra mühasibat uçotu sahəsində mütəxəssis hazırlığının mövcud vəziyyəti barədə məlumat verib. Nazir “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil proqramlarından, mühasibata aid fənlərin tədrisindən, digər ixtisaslarda “Mühasibat uçotu və audit” fənninin tədrisi vəziyyətindən danışıb, mühasibata aid fənləri tədris edən müəllimlər haqqında statistikanı müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov çıxışında milli mühasibat uçotu standartlarına keçidlə bağlı qarşıda duran vəzifələrə də toxunub. Maliyyə naziri Samir Şərifov “Beynəlxalq mühasibat uçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkili” mövzusunda təqdimat edib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar sayəsində beynəlxalq tələblərə cavab verən mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı davamlı addımlar atılır. Maliyyə naziri islahatların məntiqi davamı kimi qanunvericilik bazasının təkmiləşdirilıməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Maliyyə hesabatlarının beynəlxalq standartlarının və milli mühasibat uçotu standartlarının tətbiqinin məqsədlərindən, yeni mühasibat uçotu sisteminin daha sürətli tətbiqi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mövcud olan problemlərdən və digər məsələlərdən danışan nazir qeyd edib ki, mühasibat uçotu və audit sahəsində qısa müddətdə konseptual yanaşma əsasında vahid təhsil sisteminin yaradılması və müvafiq metodoloji bazanın və müvafiq tədris materiallarının hazırlanması zəruridir. Samir Şərifov bununla bağlı mövcud problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulan digər işlərdən də söz açıb və bütün bu tədbirlərin həyata keçirilməsində Təhsil Nazirliyinin rolunu qeyd edib. Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qriqori Yedjeyçak “Korporativ və büdcə sektorunda hesabatlılıq layihəsinin məqsəd və vəzifələri” mövzusunda çıxış edərək fikirlərini bildirib. Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Haçıyev, Azərbaycan Universitetinin rektoru Akif Musayev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər. Müşavirədə qeyd olunan məsələlərin operativ həlli ilə əlaqədar birgə işçi qrupunun yaradılması, işçi qrupuna təhsil və maliyyə nazirliklərində, Dünya Bankında və ali təhsil müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması qərara alınıb.
08/07/2015 16:52
"Azərbaycanlı şagirdlərin riyazi bilikləri çox yüksəkdir"
Bakı Fransız liseyinin direktoru cənab Alain Mante ilə söhbət Bu ilin sentyabr ayında Bakıda yeni lisey binasının açılışı oldu. 11 illik tədrisi fransız dilində olan Bakı-Fransız Liseyi 2013-cü ildən fəaliyyətə başlasa da yeni binasına bu il köçdü. Liseyi digərlərindən fərqləndirən bir cəhət də buranı bitirən şagirdlərin attestatının Fransanın Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olması və tanınmasıdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsinə müraciət edə bilərlər. Şagirdlərin seçim etdiyi ixtisas uyğun olub-olmadığı onların attestat qiymətlərinin nəticəsindən asılıdır. İki ölkə arasında imzalanan sazişlə yaradılan liseyin tərkibində uşaq bağçası da fəaliyyət göstərir ki, bura iki yaşından yuxarı uşaqlar qəbul edilir. Biz də liseyin hazırkı fəaliyyəti və gələcək planları ilə tanış olmaq üçün bu təhsil müəssisəsinə yollanırıq. Liseyin direktoru Alain Mante suallarımızı cavablandırmağa hazır olduğunu bildirir. Biz də ona təşəkkür edib müsahibəmizə başlayırıq. Əvvəlcə cənab Mante özü barədə qısa məlumat verir: - Fransanın Milli Təhsil Nazirliyinin əməkdaşıyam. İbtidai sinif müəllimi olmuşam. Problemli uşaqlara dərs demişəm. Məktəb psixoloqu diplomum var. Fransada və bir çox ölkələrdə xüsusi problemli uşaqlar üçün məktəblərdə direktor, Afrika ölkələrində pedaqoji müşavir olmuşam. Təhsilin və tədrisin təşkili ilə məşğul idim. Daha sonra yenidən Fransaya qayıtdım. Bu məktəb açılanda dedilər ki, sən bu məktəbin təhsilində böyük rol oynaya bilərsən. Biz madam Ronksanla (red: liseyin əvvəlki direktoru) birlikdə bu liseydə tədrisi təşkil etdik. Direktor barəsində informasiya aldıqdan sonra məktəbin fəaliyyətə başlaması və hazırkı işləri ilə bağlı söhbətə keçirik: Lisey Azərbaycanın birinci xanımının təklifi ilə yaradılıb. Əvvəl Bakı İstedadlar Təhsil Kompleksinin binasında fəaliyyət göstərirdik. Tədrisə cəmi 32 nəfərlə başlamışdıq. Onların 15-i bağça, 15-i ibtidai və 2-si isə lisey səviyyəsində idi. Liseyin hazırda yerləşdiyi binasının açılışı isə 2014-cü ilin sentyabrında ölkə başçısı və onun xanımının iştirakı ilə olub. Liseyimizdə fizika, kimya, İT laboratoriyaları var, İKT avadanlıqları ilə tam təmin olunmuşuq. Məktəbdə tədrislə Fransadan gəlmiş müəllimlər məşğul olur. Amma azərbaycanlı müəllimlər də var. Məktəbin ali idarəetmə orqanı İdarəetmə Komitəsidir. Komitənin sədri SOCAR-ın, sədr müavini Azərbaycan Respublikasının Təhsil Nazirliyi, xəzinədarı Heydər Əliyev Fondu, katibi Fransanın Azərbaycandakı səfirliyi və eyni zamanda Fransız Dünyəvi Missiyasının (MLF) nümayəndəsidir. - Müəllimlər işə hansı şərtlərlə götürülür? - Müxtəlif millətlərin nümayəndələri burada dərs deyir. Yeni binaya gəldikdən sonra azərbaycanlı müəllimlərlə də işləməyə başladıq. Çünki bu ildən şagirdlərin sayı iki dəfə artıb. Artıq 77 nəfər şagirdimiz var. Müəllimlərin də sayını artırmaq istəyirik. Yerli müəllimlər üçün bizim birinci şərtimiz onlar fransız dilini mükəmməl bilməlidir. Direktor bizi liseydə dərs deyən müəllimlərlə də tanış edir: - Bağçada dərs deyən müəllimlər Vüsalə Yusifova və Sofi Viyerdir. Sofi Viyerin həyat yoldaşı Aleksis Viyer hazırlıq qruplarında və ibtidai siniflərdə dərs deyir. Digər bir sinif müəllimimiz Gülər Həsənovadır. O, ikinci və üçüncü siniflərə birlikdə dərs deyir. Fatma Djenayah isə 4-cü və 5-ci siniflərdə tədrisi aparır. Yuxarı siniflərdə, yəni 6-11-ci siniflərdə şagirdlərin sayı az olduğundan onlara dərslər birləşdirilmiş bir qrupda keçirilir. Şagird sayı kifayət qədər olmadığı üçün hər fəndən ayrı-ayrı müəllim gətirmək olmur. 6-cı sinifdən yuxarılar distant (məsafədən) təhsil alırlar. Ona görə də lisey Distant təhsilin milli mərkəzi CNED (Fransa) ilə müqavilə əsasında elektron vasitələrlə tədrisi təşkil edir. Veronika Qayevskaya adlı müəllimimiz də bu prosesdə şagirdlərə yardım edir. Onun yardımçısı Fransada təhsil alan azərbaycanlı müəllim Elmira Əliyevadır. Biz yaxın zamanlarda Fransadan yeni müəllimlər də dəvət etməyi planlaşdırırıq. - Uşaqlar hansı kriteriyalarla seçilir? - Bu il seçim prosesi daha asan oldu. Fransız dilini zəif bilən uşaqlar da qəbul olundu. Çünki məndən əvvəlki direktor madam Ronksan xəstələndi. Seçim də iyul-avqust aylarında, onun xəstələndiyi vaxtda, yəni mən direktor təyin olunmamışdan əvvəl aparıldı. Köməkçi müəllim seçimi apardığı üçün dili zəif bilən uşaqları da qəbul edib. Məktəbə qəbul olan, lakin fransız dilini zəif bilən uşaqların dərslərini davam etdirmək üçün onlara intensiv və pulsuz fransız dili kursları keçirilir. Fransada təhsil almış azərbaycanlı müəllimimiz Elmira Əliyeva uşaqlara tapşırıqlarını başa salır. Bağça uşaqları və ibtidai siniflərlə dil öyrənməkdə problemimiz yoxdur. Onlar dili tez mənimsəyirlər. Daha böyük uşaqlarda isə problem yaşanır. Onlara fransız dilinə uyğunlaşmaq daha çətindir. Bundan başqa, 11 yaşından yuxarı, yəni lisey yaşındakı azərbaycanlı uşaqlara Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyası fənləri də tədris olunur. Bu dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş müəllimlər tərəfindən aparılır. - Liseydə təhsil almaq üçün illik ödəniş nə qədərdir? - Valideynlər ilk qeydiyyat üçün 500 manat ödəyirlər. Bağça üçün illik 5500 manat, ibtidai siniflər üçün 6000 manat, yuxarı siniflər üçün isə 7000 manat ödənilməlidir. Təhsil haqqını ödəməyən uşaqlar liseydən xaric olunur. - Uşaqlar liseydən kənarlaşdırıla bilər? - Keçən ildən etibarən məktəbin daxili qaydaları müəyyənləşdirilib. Bu qaydalarda uşağı məktəbdən çıxarmaq halları yoxdur. Məktəbə daxil olmaq istəyən hər hansı bir şagird imtahan verməlidir. Həmin imtahandan keçəndən sonra məktəbə yazıla bilər. - Fransa ilə mübadilə proqramı var? - Bu liseydəki təhsil Fransa təhsil sistemi ilə təxminən eynidir. Ona görə mübadilə proqramları yoxdur. Bu liseyi bitirmək üçün şagirdlər CNED-in proqramına uyğun olaraq imtahan verməli və həmin imtahandan keçməlidirlər. Burada müvəffəqiyyətlə imtahan verən şagird Fransanın istənilən universitetlərinə müraciət edə bilər. - Gələcək planlar nədir? - İlk növbədə uşaqların sayını artırmaqdır. Azərbaycanda işləyən fransız əsilli ailələrin uşaqlarını liseyə cəlb etmək istəyirik. Onlar da uşaqlarını bu məktəbə verə bilərlər. Fransızlar arasında bu məktəb barədə məlumatı olanlar var. Onlar öz uşaqlarının təhsilini burada davam etdirmək istəyirlər. Məsələn, Qətər və Qazaxıstandan zəng gəlmişdi. Valideyn Bakıda işləməyə qərar verib. Çünki burada fransızdilli məktəbin olduğunu öyrənib. Sonda direktorun Azərbaycan təhsilində aparılan islahatlar barədə məlumatı olub-olmadığını öyrənməyə çalışırıq: - Azərbaycan təhsili barədə az da olsa məlumatlıyam. Təhsil Nazirliyinin ciddi proqramları var. Bu ölkənin təhsil sistemi Fransa təhsil sistemindən fərqlidir. Azərbaycanda dili tez mənimsəyirlər. Cənab Mante Azərbaycan şagirdlərinin riyazi biliklərinin güclü olduğunu düşünür: - Azərbaycanlı şagirdlərin riyazi bilikləri çox yüksəkdir. Fransada daha yuxarı siniflərdə keçirilən məsələləri burada aşağı siniflərdə təhsil alan şagirdlər çox asanlıqla həll edirlər. Söhbətin bu yerində qapı döyülür. Gənc azərbaycanlı müəllim valideynlərin liseydə direktoru gözlədiyini bildirir. Biz də artıq söhbətimizin yekunlaşdığını deyib, direktorla sağollaşırıq. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı