• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 14-də akademik Zərifə Əliyeva adına liseydə İKT əsaslı pilot tədris otağının açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in iştirak ediblər. Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1ədəd böyük olçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet, 1 dəst elektron interkativ lövhə, 1 ədəd lazer printer, 2 ədəd rəqəmsal kamera, 4 ədəd monitor, 1 ədəd müəllim üçün yazı stolu, 20 ədəd şagirdlər üçün yazı stolu, 20 ədəd şagirdlər üçün stul, 2 ədəd dolab, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, 4 ədəd səs gücləndirici, 2 ədəd dinamik mikrafon, 1 dəst yer müəyyən etmə sistemi, 41 lisenziyalaşdırılmış anti-virus, 41 lisenziyalaşdırılmış kontent idarəedici alət ilə təchiz olunub. Eyni zamanda, məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub. Təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim iştirakçılarını salamlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Koreyanın Təhsil Nazirliyinə təşəkkürünü bildirib. Nazir müavini qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bildirib ki, tədris otağının yaradılmasının əsas məqsədi təhsilin informasiyalaşdırılması istiqamətində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini söyləyən səfir təhsildə İKT-nin tətbiqinin insan resurslarının inkişafı baxımından əhəmiyyətinə toxunub. Tədbirdə çıxış edən Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim tədris otağının yaradılmasının əhəmiyyətindən bəhs edib. O, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib. Sonra tədbir iştirakçıları İKT əsaslı tədris otağında liseyin yuxarı sinif şagirdlərinin hazırladığı təqdimatla tanış olublar.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində səfərdədir.

Təhsil Forumunun işində dünyanın 90-dan artıq ölkəsi nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər. Təhsil nazirinin müavini Ceyhun Bayramov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçiriləcək. Görüş zamanı tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri problemlər və məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələr müzakirə ediləcək.

Yanvarın 23-də Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmiş “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi filmin təqdimat mərasimi keçirilib.

Filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəki fəaliyyət azlığının uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur. Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılıb. Həmçinin, film mərkəzi və regional televiziya kanallarında yayımlanır. Filmin ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və Azərbaycan Respublikası təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir. İşçi qrupu təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizminin və tətbiqinə dair təkliflərin işlənib hazırlanmasını yerinə yetirir. Təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı formada mənfi təsir göstərən halları araşdırmaq və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etmək də müvafiq işçi qrupuna həvalə olunub. İşçi qrupunun fəaliyyəti nəticəsində problem baxımından mövcud vəziyyətin öyrənilməsi üçün müvafiq addımlar atılır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən müvafiq məlumatlar toplanılır. Həmçinin, müvafiq qurumlardan yeniyetmə və gənclərin sağlamlığına dair toplanmış informasiyalar təhlil olunur, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində müzakirələr aparılır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start vermişdir.

İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi   Layihə haqqında ümumi məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start vermişdir. Layihə çərçivəsində seçiləcək 300 nəfərə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Son nəticədə müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin ilk mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.   Layihə tərəfdaşları haqqında məlumat Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft korporasiyası layihə iştirakçılarını Microsoft “Texnologiyalarla Tədris” (“Teach with Technology”) məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün onlayn mühitinin yaradılmasına dəstək göstərəcək. British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları üzrə İmtahan”ına (“Teaching Essentials Test”) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Mədəd Azərbaycan bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər Mədəd Azərbaycan təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək.    Layihədə kim iştirak edə bilər? - Orta məktəblərdə çalışan ingilis dili müəllimləri - Ali məktəblərdə çalışan inglis dili müəllimləri - Pedaqoji kolleclərdə çalışan inglis dili müəllimləri - Magistratura pilləsində inglis dilin tədrisi üzrə ixtisaslaşan tələbələr   Layihəyə necə qoşulmaq olar? Layihədə iştirak etmək istəyənlər www.madad.az veb səhifəsinə daxil olub, “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” bölməsindəki ərizə formasını (https://docs.google.com/forms/d/167To2I0LM_lF-XVqfAB7n_OEpv1vSn8gVXRrzWTqUsE/viewform) doldurmalıdırlar. Ərizə forması ya onlayn, ya da MS Word formatında doldurulub, 31 yanvar 2014-cü il tarixindən gec olmayaraq ecbs@madad.net ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə layihədə əməkdaşlıq edən dörd təşkilatın nümayəndələri tərəfindən aparılacaq və bu mərhələdə uğur qazanan namizədlər layihənin iştirakçısı seçiləcək.   İştirakçıların seçim meyarları Namizədlər aşağıdakı ümumi seçim meyarları üzrə qiymətləndiriləcəkdir: - Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları - İngilis dili fənni üzrə kurikulum biliyi - Müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə - İKT savadlılığı - İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar - Tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar - Peşəkarlıq səviyyəsinin artırılması üzrə şəxsi fəaliyyət planı - Layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi - Müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak    Layihənin mərhələləri Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları kimi aşağıdakı təlimlərə cəlb olunacaqlar: - Mədəd – Intel ® ”Gələcək üçün təhsil” təlimi - British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları” təlimi - Microsoft “Texnologiyalarla Tədris” təlimi Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2014-cü ilin fevral-may ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar. Əlavə məlumat üçün Mədəd Azərbaycan təşkilatına aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz: Ünvan: 1058/34 Moskva prospekti (keçmiş Tbilisi prospekti) Bakı AZ1078, Azərbaycan Telefon: +994 (12) 530 8295 Veb səhifə: www.madad.net E-poçt: ecbs@madad.net Əlaqələndirici şəxslər: Xuraman Məmmədova və İradə Hüseynova

Yanvarın 24-də Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin 5 nömrəli Bakı Peşə Məktəbinə səfəri təşkil olunub.

Səfər çərçivəsində media nümayəndələri tədris ocağında yaradılmış şəraitlə, emalatxanalar, studiyalar və dərs otaqları ilə yaxından tanış olublar. Səfərdə iştirak edən 5 telekanalın, 7 informasiya agentliyinin və 2 qəzetin təmsilçiləri peşə məktəbindən telereportaj və süjetlər hazırlayıb, müəllim və şagirdlərdən müsahibələr alıblar. Təhsil müəssisəsinin təlim-tədris şəraiti, pedaqoji kollektivi və təhsilalanlar haqqında media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd olunub ki, 5 nömrəli Bakı Peşə Məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilərək 2012-ci ildə istifadəyə verilib. Qafqazda yayım mediası üzrə ixtisaslı kadrlar hazırlayan yeganə ilk peşə-ixtisas təhsili müəssisəsi olan məktəbdə zəngin maddi-texniki baza yaradılıb. Təhsil müəssisəsinin müəllimləri tanınmış və peşəkar mütəxəssislərdən ibarətdir. 300 şagirdin təhsil aldığı peşə məktəbində müasir tələblərə cavab verən 8 ixtisas üzrə (video çəkilişi üzrə operator, kino-montajçı, səs texnikasına xidmət üzrə mexanik, işıq ustası, dekorator, kostyumçu dərzi, qrimçi-pastijor, kompüterlərin təlimi və xidməti üzrə texnik) kadr hazırlığı aparılır. İstehsalat dərsləri müasir avadanlıqlarla təchiz olunmuş emalatxana və studiyalarda, həmçinin, səsyazma, kino-montajçı, dekorator, qrimçi-pastijor, dərzi otaqlarında keçirilir. Təsadüfi deyil ki, 5 nömrəli Bakı Peşə Məktəbinin yetirmələri televiziya, kino və teatr sahəsində uğurla fəaliyyət göstərirlər.

Təhsil Nazirliyi kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verib.

Belə ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb. Ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmiş kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişaf hədəfləri bu sahədə əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk-peşə ixtisas təhsilli mütəxəsisslərə tələbatı artırır. Həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələri onlara veriləcək müasir texnika və avadanlıqlardan qanunvericiliyə uyğun istifadə etməklə əlavə maddi gəlir əldə edə bilərlər. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib. Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun odənilməsi və müvafiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə başladığı işləri davam etdirəcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

2014-cü ilin fevral-may aylarında Azərbaycanda ali məktəb tələbələri arasında futbol üzrə "Təhsil kuboku" keçiriləcək.

Yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri həyata keçirmək, tələbə futbolçuların ustalıq səviyyələrini yüksəltmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir. Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır. Bu baxımdan Təhsil Nazirliyi uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması, futbolla bağlı məlumat-maarifçilik və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verir. "Təhsil kuboku"nda iştirak edərək uğur qazanan ali məktəb komandaları və fərqlənən oyunçular Təhsil Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Yanvarın 27-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST (Korea Advanced Institute of Science and Technology) İnstitutunun nümayəndə heyətini qəbul edib.

Görüşdə KAIST ilə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə KAIST-in iştirakı yüksək qiymətləndirilib. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub. Görüşdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in də iştirak ediblər. 1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat universiteti kimi qurulan KAIST 40 ildən çoxdur ki, bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biridir.

Yanvarın 28-də “Abşeron” rəsm qalereyasında 14-cü Beynəlxalq Uşaq Ekoloji Rəsm Müsabiqəsinin qalibi Nərgiz Əmiraslanlının mükafatlandırma mərasimi keçirilib və gənc rəssamın fərdi sərgisi təşkil olunub.

Qeyd edək ki, 2013-cü ildə Yaponiyanın Tokio şəhərində YUNİSEF-in dəstəyi ilə təşkil olunmuş rəsm müsabiqəsində Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gənc rəssamları fəal iştirak edib, müsabiqəyə 31 rəsm təqdim olunub. 8 yaşlı Nərgiz Əmiraslanlı dünyanın 77 ölkəsinin uşaqları arasında “Yer kürəsində dostcasına yaşamaq” adı altında keçirilən müsabiqədə qalib olub və onun rəsm işi kataloqa düşüb. Mükafatlandırma mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir əvəzi Hüseyn Əliyev, həmin şöbənin müdir müavini Vasif Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, rəssam Dilarə Atakişiyeva, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti, Nərgiz Əmiraslanlının təhsil aldığı 238 saylı məktəbin direktoru İlqar Əliyev və digər şəxslər iştirak ediblər. Yaponiyadan göndərilmiş mükafat və hədiyyə təntənəli şəkildə gənc rəssama təqdim olunub. Sonra Nərgiz Əmiraslanlının rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

Yanvarın 30-da Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Daməd Bağırov, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Dovlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov və Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yaqubov media nümayəndələrinin suallarını cavablandırıblar. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov media nümayəndələrini salamlayaraq müvafiq mətbuat konfranslarının mütəmadi olaraq keçiriləcəyini bildirib. Şöbə müdirinin müavini təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə uyğun olaraq, imtahan sessiyalarının gedişi  və “Qaynar xətt” xidmətinin fəaliyyəti haqqında KİV-ə müntəzəm informasiya veriləcəyini söyləyib. Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, qış imtahan sessiyası dövründə nazirliyin tabeliyində olan ali təhsil müəssisələrində 94825, digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində 20567, özəl ali məktəblərdə 19127 tələbə imtahan verib. Qeyd edilib ki, ötən il dekabrın 25-dən bu günədək Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müxtəlif məsələlərlə bağlı 2789 zəng daxil olub. Bunlardan 20-si qiş imtahan sessiyası ilə əlaqədardır. Daxil olan zənglər əsasında müvafiq araşdırmalar aparılıb və qaldırılan problemlər operativ həllini tapıb. “Qaynar xətt” xidmətinə daxil olan zənglərin bir hissəsinin diplomların gecikdirilməsi ilə bağlı olduğu nəzərə çatdırılıb. Bu problem 2014-cü ildə birdəfəlik həll olunacaq. Belə ki, ali məktəblərin Təhsil Nazirliyində yaradılmış müvafiq quruma son kursun payız imtahan sessiyasını uğurla başa vuran tələbələr haqqında təqdim edəcəyi məlumatlar əsasında diplomlar hazırlanacaq. Ali Attestasiya Komissiyasının razılığından sonra diplomlar dərhal ali təhsil müəssisələrinə veriləcək. Nazirlik rəsmiləri onu da vurğulayıblar ki, diplomların verilməsi zamanı heç bir rüsum ödənişi nəzərdə tutulmayıb. Sonra ali məktəblərin nümayəndələri media təmsilçilərini maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı