SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 14-də akademik Zərifə Əliyeva adına liseydə İKT əsaslı pilot tədris otağının açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in iştirak ediblər.
Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1ədəd böyük olçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet, 1 dəst elektron interkativ lövhə, 1 ədəd lazer printer, 2 ədəd rəqəmsal kamera, 4 ədəd monitor, 1 ədəd müəllim üçün yazı stolu, 20 ədəd şagirdlər üçün yazı stolu, 20 ədəd şagirdlər üçün stul, 2 ədəd dolab, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, 4 ədəd səs gücləndirici, 2 ədəd dinamik mikrafon, 1 dəst yer müəyyən etmə sistemi, 41 lisenziyalaşdırılmış anti-virus, 41 lisenziyalaşdırılmış kontent idarəedici alət ilə təchiz olunub. Eyni zamanda, məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub.
Təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim iştirakçılarını salamlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Koreyanın Təhsil Nazirliyinə təşəkkürünü bildirib. Nazir müavini qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bildirib ki, tədris otağının yaradılmasının əsas məqsədi təhsilin informasiyalaşdırılması istiqamətində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini söyləyən səfir təhsildə İKT-nin tətbiqinin insan resurslarının inkişafı baxımından əhəmiyyətinə toxunub.
Tədbirdə çıxış edən Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim tədris otağının yaradılmasının əhəmiyyətindən bəhs edib. O, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları İKT əsaslı tədris otağında liseyin yuxarı sinif şagirdlərinin hazırladığı təqdimatla tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl