SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 24-də Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin 5 nömrəli Bakı Peşə Məktəbinə səfəri təşkil olunub.
Səfər çərçivəsində media nümayəndələri tədris ocağında yaradılmış şəraitlə, emalatxanalar, studiyalar və dərs otaqları ilə yaxından tanış olublar. Səfərdə iştirak edən 5 telekanalın, 7 informasiya agentliyinin və 2 qəzetin təmsilçiləri peşə məktəbindən telereportaj və süjetlər hazırlayıb, müəllim və şagirdlərdən müsahibələr alıblar. Təhsil müəssisəsinin təlim-tədris şəraiti, pedaqoji kollektivi və təhsilalanlar haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 5 nömrəli Bakı Peşə Məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilərək 2012-ci ildə istifadəyə verilib. Qafqazda yayım mediası üzrə ixtisaslı kadrlar hazırlayan yeganə ilk peşə-ixtisas təhsili müəssisəsi olan məktəbdə zəngin maddi-texniki baza yaradılıb. Təhsil müəssisəsinin müəllimləri tanınmış və peşəkar mütəxəssislərdən ibarətdir.
300 şagirdin təhsil aldığı peşə məktəbində müasir tələblərə cavab verən 8 ixtisas üzrə (video çəkilişi üzrə operator, kino-montajçı, səs texnikasına xidmət üzrə mexanik, işıq ustası, dekorator, kostyumçu dərzi, qrimçi-pastijor, kompüterlərin təlimi və xidməti üzrə texnik) kadr hazırlığı aparılır. İstehsalat dərsləri müasir avadanlıqlarla təchiz olunmuş emalatxana və studiyalarda, həmçinin, səsyazma, kino-montajçı, dekorator, qrimçi-pastijor, dərzi otaqlarında keçirilir. Təsadüfi deyil ki, 5 nömrəli Bakı Peşə Məktəbinin yetirmələri televiziya, kino və teatr sahəsində uğurla fəaliyyət göstərirlər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl