• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 27-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST (Korea Advanced Institute of Science and Technology) İnstitutunun nümayəndə heyətini qəbul edib.

Görüşdə KAIST ilə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə KAIST-in iştirakı yüksək qiymətləndirilib. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.
Görüşdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in də iştirak ediblər.
1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat universiteti kimi qurulan KAIST 40 ildən çoxdur ki, bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biridir.


10 il əvvəl