• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 28-də “Abşeron” rəsm qalereyasında 14-cü Beynəlxalq Uşaq Ekoloji Rəsm Müsabiqəsinin qalibi Nərgiz Əmiraslanlının mükafatlandırma mərasimi keçirilib və gənc rəssamın fərdi sərgisi təşkil olunub.

Qeyd edək ki, 2013-cü ildə Yaponiyanın Tokio şəhərində YUNİSEF-in dəstəyi ilə təşkil olunmuş rəsm müsabiqəsində Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gənc rəssamları fəal iştirak edib, müsabiqəyə 31 rəsm təqdim olunub. 8 yaşlı Nərgiz Əmiraslanlı dünyanın 77 ölkəsinin uşaqları arasında “Yer kürəsində dostcasına yaşamaq” adı altında keçirilən müsabiqədə qalib olub və onun rəsm işi kataloqa düşüb.
Mükafatlandırma mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir əvəzi Hüseyn Əliyev, həmin şöbənin müdir müavini Vasif Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, rəssam Dilarə Atakişiyeva, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti, Nərgiz Əmiraslanlının təhsil aldığı 238 saylı məktəbin direktoru İlqar Əliyev və digər şəxslər iştirak ediblər.
Yaponiyadan göndərilmiş mükafat və hədiyyə təntənəli şəkildə gənc rəssama təqdim olunub.
Sonra Nərgiz Əmiraslanlının rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.


10 il əvvəl