• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 23-də Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmiş “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi filmin təqdimat mərasimi keçirilib.

Filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəki fəaliyyət azlığının uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur. Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılıb. Həmçinin, film mərkəzi və regional televiziya kanallarında yayımlanır.
Filmin ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və Azərbaycan Respublikası təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.
İşçi qrupu təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizminin və tətbiqinə dair təkliflərin işlənib hazırlanmasını yerinə yetirir. Təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı formada mənfi təsir göstərən halları araşdırmaq və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etmək də müvafiq işçi qrupuna həvalə olunub.
İşçi qrupunun fəaliyyəti nəticəsində problem baxımından mövcud vəziyyətin öyrənilməsi üçün müvafiq addımlar atılır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən müvafiq məlumatlar toplanılır. Həmçinin, müvafiq qurumlardan yeniyetmə və gənclərin sağlamlığına dair toplanmış informasiyalar təhlil olunur, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində müzakirələr aparılır.


10 il əvvəl