• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 30-da Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Daməd Bağırov, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Dovlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov və Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yaqubov media nümayəndələrinin suallarını cavablandırıblar.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov media nümayəndələrini salamlayaraq müvafiq mətbuat konfranslarının mütəmadi olaraq keçiriləcəyini bildirib. Şöbə müdirinin müavini təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə uyğun olaraq, imtahan sessiyalarının gedişi  və “Qaynar xətt” xidmətinin fəaliyyəti haqqında KİV-ə müntəzəm informasiya veriləcəyini söyləyib.
Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, qış imtahan sessiyası dövründə nazirliyin tabeliyində olan ali təhsil müəssisələrində 94825, digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində 20567, özəl ali məktəblərdə 19127 tələbə imtahan verib.
Qeyd edilib ki, ötən il dekabrın 25-dən bu günədək Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müxtəlif məsələlərlə bağlı 2789 zəng daxil olub. Bunlardan 20-si qiş imtahan sessiyası ilə əlaqədardır. Daxil olan zənglər əsasında müvafiq araşdırmalar aparılıb və qaldırılan problemlər operativ həllini tapıb.
“Qaynar xətt” xidmətinə daxil olan zənglərin bir hissəsinin diplomların gecikdirilməsi ilə bağlı olduğu nəzərə çatdırılıb. Bu problem 2014-cü ildə birdəfəlik həll olunacaq. Belə ki, ali məktəblərin Təhsil Nazirliyində yaradılmış müvafiq quruma son kursun payız imtahan sessiyasını uğurla başa vuran tələbələr haqqında təqdim edəcəyi məlumatlar əsasında diplomlar hazırlanacaq. Ali Attestasiya Komissiyasının razılığından sonra diplomlar dərhal ali təhsil müəssisələrinə veriləcək.
Nazirlik rəsmiləri onu da vurğulayıblar ki, diplomların verilməsi zamanı heç bir rüsum ödənişi nəzərdə tutulmayıb.
Sonra ali məktəblərin nümayəndələri media təmsilçilərini maraqlandıran çoxsaylı sualları cavablandırıblar.


10 il əvvəl