• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 17 namizəd barədə müsbət qərar qəbul olunmuşdur.

Bu il Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilmişdir. Bununla da xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi başa çatmışdır. Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış bütün tələbələri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi 17 tələbənin siyahısı: 1. Ağakişiyev Murad Arzu oğlu 2. Allahverdiyev Eltun Aydın oğlu 3. Baqdalov Fuad Rauf oğlu 4. Cəfərli Lalə Zəfər qızı 5. Əliyev Tofiq Məlikheydər oğlu 6. Gözəlova Qənirə Məhəmməd qızı 7. Həmzəyev Ənvər Yaşar oğlu 8. Həsənli Əsmər Şahin qızı 9. Hüseynova Aydan Rövşən qızı 10. İsmayılov Namiq Rəşid oğlu 11. İsrəfilzadə Fateh Məftun oğlu 12. Kələntərli Kamran Arif oğlu 13. Məlik-Aslanov Cəmil Zaur oğlu 14. Orucova Jalə Elçin qızı 15. Şirinbəyli Əmir Şahmar oğlu 16. Şirinov Nizami Nəsimi oğlu 17. Umudova Tamilla Etibar qızı

Oktyabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkədə dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd edilmişdir ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1600 nəfərə yaxın tələbə bu təqaüddən yararlanmışdır. Gəncləri savadlı, təhsilli yetişdirmək Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu bildirən S.Mehbalıyev qeyd etmişdir ki, bu gün 2700 tələbə xaricdə oxuyur və onların xərcləri dövlət tərəfindən ödənilir. O, təqaüd alan tələbələrin bundan sonra da ictimai həyatda fəal iştirak edəcəklərinə inandığını bildirmişdir. Təhsil nazirinin müşaviri İlham Pirməmmədov adlı təqaüdlərin təsis olunması və ATİAHİ-nin bu işdə təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirmiş, tələbələrə uğurlar arzulamışdır. Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 60 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilmişdir.   AzərTAc

Oktyabrın 22-də Bakıda İSESKO-nun Asiya regionu ölkələri üzrə Milli Komissiyaları Baş katiblərinin regional iclası öz işinə başlamışdır.

Tədbirin əsas məqsədi İSESKO-nun təhsil sahəsində gələcək siyasətinin, həyata keçiriləcək proqramlarının və iş metodlarının, həmçinin, Milli Komissiyaların İSESKO ilə əməkdaşlığının genişləndirilməsi, bu təşkilatın Milli Komissiyaları arasında təcrübə mübadiləsi və digər məsələlərin müzakirəsidir. İclasda İSESKO-ya üzv olan 6 ölkənin, o cümlədən Azərbaycan, Banqladeş, İndoneziya, Maldiv Respublikası, Pakistan və Tacikistanın, habelə İSESKO-nun nümayəndələri iştirak edirlər. Regional iclas oktyabrın 24-də başa çatacaqdır.

Oktyabrın 24-də Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində “eTwinning Plus layihəsi”nin icrasına həsr olunmuş tədbir keçiriləcəkdir.

Azərbaycan 2013-cü ildən etibarən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən “eTwinning Plus layihəsi”nə qoşulmuşdur. Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning layihəsi”nin genişlənməsi nəticəsində meydana gələn “eTwinning Plus layihəsi” pedaqoji işçilərə onlayn ünsiyyət, əməkdaşlıq, təhsil layihələri yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Tədbirdə Avropa Komissiyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bu layihə haqqında ətraflı məlumat veriləcək, layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs ediləcəkdir. “eTwinning Plus layihəsi” çərçivəsində görülmüş və planlaşdırılan işlərdən, layihənin əsas xüsusiyyətlərindən bəhs edən təqdimat iştirakçıların nəzərinə çatdırılacaqdır.

Azərbaycan Respublikasının təhsil naziri “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” və “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrlər imzalamışdır.

 “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən “İngilis dilinin intensiv tədrisi” layihəsinin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınmışdır. Təhsil Nazirliyi və “British Council”un birgə layihəsinin Bakı şəhərinin seçilmiş pilot məktəblərinin I-IV və V-X siniflərdə davam etdirilməsi və Bakı şəhər 116 nömrəli tam orta məktəbin I siniflərində tətbiqinə başlanılması da əmrdə nəzərdə tutulmuşdur. Əmrdə, həmçinin Gəncə şəhər xarici dillər təmayüllü gimnaziya və şəhər 4 nömrəli tam orta, Mingəçevir şəhər 3 və 4 nömrəli, Sumqayıt “Təfəkkür” liseyi və şəhər 23 nömrəli, Şirvan şəhər 9 və 21 nömrəli, Quba şəhər 3 və 4 nömrəli, Qusar şəhər 2 və 6 nömrəli, Xaçmaz şəhər 1 və 8 nömrəli, Şamaxı Avropa liseyi və 2 nömrəli, İsmayıllı şəhər 3 və 5 nömrəli, Şəki şəhər 8 və 10 nömrəli, Qəbələ şəhər 3 və 1 nömrəli, Zaqatala şəhər 2 nömrəli və akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Lənkəran şəhər 4 nömrəli və xarici dillər təmayüllü gimnaziya, Yevlax şəhər 5 və 9 nömrəli, Salyan şəhər 1 və 7 nömrəli tam orta məktəblərin I siniflərində layihənin tətbiqinə başlanılması qeyd olunmuşdur. Dərs ili ərzində 520 nəfər ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının təmin olunması, pilot məktəblərin dərslik və dərs vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini tapmışdır. “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrə əsasən, 2013-2014-cü dərs ilində Bakı şəhərinin 3, 12, 13, 20, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 274, 250, 257, 263, 265, 272, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli məktəblər və Bağça–Məktəb-Lisey Kompleksinin, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11 nömrəli, Şirvan şəhəri 3 nömrəli, Abşeron rayonu 2 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Şəki rayonu 5 nömrəli, Şamaxı rayonu 6 nömrəli, Zaqatala rayonu Əlibayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı rayonu 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərin I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Oktyabrın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilmişdir.

Müvafiq memorandumların imzalanması Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsini, işəgötürən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədlərinə xidmət edir. Həmçinin, memorandumlarda peşə təhsili üzrə təhsilverənlərin və təhsilalanların bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi və peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi məsələləri əksini tapmışdır. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov mərasim iştirakçılarını salamlamışdır. Nazir Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanmasının əhəmiyyətindən bəhs etmişdir. Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı müəyyənləşdirilərkən Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ehtiyaclarının nəzərə alınacağını vurğulayan təhsil naziri əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə tələb olunan peşə təhsili standartlarının, fənn kurikulumlarının birgə hazırlanmasının nəzərdə tutulduğunu bildirmişdir. Nazir ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün istehsalat təcrübəsinin təşkili, onların ödənişli yay təcrübəsi proqramına qəbul edilməsi, ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət üçün müvafiq treninqlərin keçirilməsi məsələlərinin də nəzərə alındığını söyləmişdir. İlk peşə-ixtisas təhsilinin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinin zəruriliyini bildirən təhsil naziri birgə proqramların hazırlanması, həyata keçirilməsi, birgə araşdırmaların, müzakirələrin və debatların təşkili baxımından qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirmişdir. Dövlət Neft Şirkətinin prezidenti qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin əmək bazarında daha yüksək səviyyəli və ixtisaslaşmış işçi qüvvəsinə yaranmış ehtiyacın ödənilməsində müvafiq əməkdaşlıq münasibətlərinin mühüm rolu vardır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov ölkəmizin əksər yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin uğurla həyata keçirildiyini nəzərə çatdırmışdır. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın peşəkar kompetensiyalara malik müvafiq mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan verdiyini vurğulayan “Azərsu” ASC-nin sədri birgə səylərlə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə etmişdir. Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdır.

19-20 dekabr 2013-cü il tarixlərində Azərbaycan Dillər Universitetində doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyən gənc tədqiqatçılar məruzə tezislərini 15 noyabr 2013-cü il tarixinədək Azərbaycan Dillər Universitetinə təqdim edilməlidirlər.

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunması haqqında" sərəncam imzalamışdır.

“Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası” təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəddir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş Dövlət Strategiyası Azərbaycanda təhsil islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradacaqdır.  Qeyd olunan sənəd "təhsil yeni çağırışlara necə cavab verməlidir"  suallarına adekvat cavab axtarır. Deməli, yeni strategiya bizə təhsil sahəsində indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və qarşımızda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcəkdir. Dövlət Strategiyası sənədi cəmiyyətin bütün spektrini və fəaliyyət sahəsini - təhsilverəndən təhsilalanadək, valideyndən təhsili idarə edənədək, infrastrukturdan maliyyə mexanizminədək əhatə edir. Bu əhatə çevrəsi həm də Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətə qabil  insan qaynaqlarının yetişdirilməsi missiyasına xidmət edir. Yeni əsrin yeni çağırışları bunu bizdən tələb edir. Digər tərəfdən bu strategiya Azərbaycanın gələcək inkişaf hədəflərinin təhsil, innovasiya ilə bağlı olduğunu göstərir. Eyni zamanda zamanın sürətini ölçməyə, dünyanın çox sərt inkişaf qanunlarını dərk etməyə və qüvvə balansımızı hesablamağa imkan verir. Bu strategiyada biz biliklər cəmiyyətinin, kreativ təhsil düşüncəsinin, hədəfləri ölçə bilən bitkin fəaliyyət çərçivəsinin və yeni təhsil fəlsəfəsinin ana xətlərini görə bilərik. Burada əsas ehtiva olunan dəyər odur ki, təhsil Azərbaycanın strateji platformasıdır. Təbii ki, qarşıya qoyulan məqsədlərə çatmaq böyük əzmkarlıq və inam tələb edir. Bu yol heç də asan yol deyil. Bəzən çox çətin və zəruri olan bu missiya cəmiyyətin insan kapitalının inkişafına səbəb olur ki, bu da sonda ölkəmizin dünyanın aparıcı ölkələri sırasına çıxması üçün əsaslı zəmin yaradacaqdır. "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası" Azərbaycanın təhsil ictimaiyyətinin çoxdan gözlədiyi və inkişafın yeni xəttinə təkan verəcək yol xəritəsidir. Qeyd olunan sənəd Azərbaycanın təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafını təmin edəcəkdir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil nazirinin müvafiq əmrinə əsasən Arzu Tairquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, Arzu Tairquliyeva 2004-2008-ci illərdə bakalavriat səviyyəsi üzrə Bakı Dövlət Universitetinin tarix fakültəsini qafqazşünaslıq ixtisası, 2008-2010-cu illərdə magistratura səviyyəsi üzrə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini amerikaşünaslıq ixtisası üzrə bitirmişdir. 2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) magistratura təhsili almışdır.

Təhsil Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ölkəmizin müxtəlif universitetlərində oxuyan 1000 tələbə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Əsrlərin qovşağında” adlı fərdi sərgisində iştirak edəcəkdir.

Tələbələrin sərgi ilə tanışlığına artıq start verilmişdir. Təhsil Nazirliyi tələbələrin yüksək estetik və fəlsəfi-bədii zövqünün formalaşmasına ciddi təsir göstərən bu cür təşəbbüsləri gələcəkdə daha da genişləndirəcəkdir. Xüsusilə də, Heydər Əliyev Mərkəzində baş tutan bu tədbir tələbələrə müasir memarlıq incisi sayılan mərkəzin zəngin interyer kompozisiyası ilə də tanış olmaq  imkanı yaradacaq. Sərgidə Azərbaycan təsviri sənətini yüksəklərə qaldırmış T.Salahovun müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsəri nümayiş olunur. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin, görkəmli incəsənət xadimləri Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostrapoviçin portretləri, “Sənə bəşəriyyət”, “Aydan”, “Neftçinin portreti”, “Alagöz - Şərq əfsanəsi”, “Aydan - Şərq ulduzu”, Odlar yurdu triptixi - “Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası” kimi əsərləri yer alıb. Sərgidə, həmçinin, T.Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilən işləri də vardır. Onu da qeyd edək ki, ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış sərgi noyabrın 6-dək davam edəcəkdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı