SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının təhsil naziri “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” və “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrlər imzalamışdır.
“İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən “İngilis dilinin intensiv tədrisi” layihəsinin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınmışdır. Təhsil Nazirliyi və “British Council”un birgə layihəsinin Bakı şəhərinin seçilmiş pilot məktəblərinin I-IV və V-X siniflərdə davam etdirilməsi və Bakı şəhər 116 nömrəli tam orta məktəbin I siniflərində tətbiqinə başlanılması da əmrdə nəzərdə tutulmuşdur. Əmrdə, həmçinin Gəncə şəhər xarici dillər təmayüllü gimnaziya və şəhər 4 nömrəli tam orta, Mingəçevir şəhər 3 və 4 nömrəli, Sumqayıt “Təfəkkür” liseyi və şəhər 23 nömrəli, Şirvan şəhər 9 və 21 nömrəli, Quba şəhər 3 və 4 nömrəli, Qusar şəhər 2 və 6 nömrəli, Xaçmaz şəhər 1 və 8 nömrəli, Şamaxı Avropa liseyi və 2 nömrəli, İsmayıllı şəhər 3 və 5 nömrəli, Şəki şəhər 8 və 10 nömrəli, Qəbələ şəhər 3 və 1 nömrəli, Zaqatala şəhər 2 nömrəli və akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Lənkəran şəhər 4 nömrəli və xarici dillər təmayüllü gimnaziya, Yevlax şəhər 5 və 9 nömrəli, Salyan şəhər 1 və 7 nömrəli tam orta məktəblərin I siniflərində layihənin tətbiqinə başlanılması qeyd olunmuşdur. Dərs ili ərzində 520 nəfər ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının təmin olunması, pilot məktəblərin dərslik və dərs vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini tapmışdır.
“Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrə əsasən, 2013-2014-cü dərs ilində Bakı şəhərinin 3, 12, 13, 20, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 274, 250, 257, 263, 265, 272, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli məktəblər və Bağça–Məktəb-Lisey Kompleksinin, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11 nömrəli, Şirvan şəhəri 3 nömrəli, Abşeron rayonu 2 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Şəki rayonu 5 nömrəli, Şamaxı rayonu 6 nömrəli, Zaqatala rayonu Əlibayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı rayonu 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərin I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl