SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakıdakı 160 nömrəli klassik gimnaziyanın VI-X sinif şagirdlərinin Təhsil Nazirliyi tərəfindən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyaları təşkil olunmuşdur.
900 şagirdin iştirak etdiyi ekskursiyalar həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Şagirdlər öncə qoruqdakı “Qala” Arxeolojı-Etnoqrafik Muzey Kompleksini və “Qala” Əntiq Əşyalar Muzeyini gəzərək Qala qəsəbəsinin tarixi haqqında məlumat əldə etmişlər. Qala Qəsri və qoruq ərazisindəki digər abidələrlə tanışlıq da məktəblilərdə böyük təəssürat yaratmışdır. Ekskursiyalar zamanı şagirdlər maraqlı şəkillər çəkmiş, tarixi faktlar toplamış, ulu əcdadlarımızın həyat tərzi və sənətləri ilə yaxından tanış olmuşlar. Məktəblilər Azərbaycanın zəngin tarixi, maddi-mədəni abidələri ilə tanışlığa imkan verən və Vətənə sevgi hissi aşılayan müvafiq ekskursiyalarda gələcəkdə də böyük məmnuniyyətlə iştirak etməyə hazır olduqlarını bildirmişlər.
08/07/2015 16:52
Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri aparılmışdır.
Dəyişikliklərin əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarətdir. Yeni struktura uyğun olaraq, Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunmuşlar. Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilmişdir. İdarədə digər kadr dəyişiklikləri də aparılmışdır.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin VI-X sinif şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil edilmişdir.
Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat dərslərinin qarşılıqlı inteqrasiyasına həsr olunmuş ekskursiyalar məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır. İki hissədən ibarət olan ekskursiyalar zamanı açıq səma altında keçirilmiş dərslərdə şagirdlər xüsusi fəallıq göstərmişlər. Təsadüfi deyil ki, açıq səma altındakı dərslərdə məktəblilər daha çevik və yaradıcı təfəkkür nümayiş etdirmişlər. Belə dərslərdə şagirdlər sinif yoldaşları ilə ünsiyyətə daha çox meyl göstərir və qarşılıqlı əməkdaşlığa üstünlük verirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.
08/07/2015 16:52
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılmışdır.
Əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarət olan yeni kadr təyinatlarına uyğun olaraq, BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilmişdir. Məmmədəli Kəsəmənli və Nərgiz Səfərova isə BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunmuşlar. BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası həvalə edilmiş Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıtmışdır. On ilə yaxın müddətdə müxtəlif rəsmi qurumlarda dövlət qulluqçusu kimi uğurla fəaliyyət göstərməkdədir. Dövlət qulluğunun kiçik müşaviri dərəcəsinə malikdir. BŞTİ-nin müdir müavini təyin edilmiş Məmmədəli Kəsəmənli Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.1984-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışmışdır.1990-2013-cü illərdə Bakı şəhərindəki müxtəlif məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. BŞTİ-nin müdir müavini vəzifəsində tədris və təlim məsələləri ilə məşğul olacaqdır. BŞTİ-nin müdir müavini təyin edilmiş Nərgiz Səfərova Qərb Universitetinin iqtisadiyyat fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnmişdir. Uzun müddət özəl sahədə ixtisası üzrə müxtəlif yüksək vəzifələrdə çalışmışdır. BŞTİ-nin müdir müavini vəzifəsində maliyyə hesabatlılığı üzrə islahatların aparılması, bu sahədə şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və innovasiyaların tətbiqi məsələlərinə cavabdeh olacaqdır.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən təşkil olunan ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinə sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq.
Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil edilən “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə iştirak etmək istəyənlər müvafiq təkliflərini ənənəvi və ya elektron poçt (projects@edu.gov.az) vasitəsilə təqdim edə bilərlər. Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsində iştirak üçün göstərişlər
08/07/2015 16:52
5 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək üçün vətəndaşlar noyabrın 2-də saat 10:00-dan 15:00-dək və noyabrın 4-də saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında və ya “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər. Bundan əlavə, Təhsil Nazirliyinin saytının “Elektron müraciət” bölməsində (http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts) qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.
08/07/2015 16:52
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin idarə edilməsinin səmərəliliyini və nəticə yönümlülüyünü artırmaq məqsədilə ilə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları üçün təlimlər keçirəcəkdir.
Təlimlərə 2014-cü ilin əvvəlindən başlanacaqdır. Cari ilin sonuna qədər iştirakçıların müsabiqə əsasında seçiminin yekunlaşdırılması planlaşdırılır. Layihənin əsas məqsədi təlim iştirakçılarının idarəetmə sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərdə məktəb direktorları ilə yanaşı, pedaqoji təcrübəyə malik digər şəxslər də iştirak edə bilərlər. Təlimlər səmərəli məktəb, kurikulum və idarəetmə, təhsilalanlar və idarəetmə, təhsilverənlər və idarəetmə, maliyyə və mühasibatlığın əsasları, məlumatın toplanması və təhlili, hesabatların hazırlanması və məktəb idarəetməsinin hüquqi əsasları mövzularını əhatə edəcəkdir. Müxtəlif modullar əsasında təşkil ediləcək təlimlər 10-12 həftə davam edəcəkdir. Təlimin yekununda uğur sertifikatı əldə etmiş iştirakçıların ümumi təhsil müəssisələrində müxtəlif pilot layihələrin həyata keçirilməsinə cəlb olunması planlaşdırılır. Bu tip pilot layihələr özünüidarəetməyə keçid, şagirdbaşına maliyyələşmə mexanizminin tətbiqi, məktəb icmalarının təşkili və digər islahatların həyata keçirilməsini əhatə edəcəkdir. Qeyd olunan tədbir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan təhsilin idarə olunmasında şəffaflığın təmin olunması, təhsilin nəticələrinə görə cavabdehliyin artırılması, məktəb liderliyi keyfiyyətinə sahib olma, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini ehtiva edir. Təlimin məzmunu və iştirak üçün müraciət qaydaları haqqında yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
08/07/2015 16:52
Noyabrın 4-də Təhsil Nazirliyində "Gələcək nəsillərlə üz-üzə” V ümumrespublika inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan və orta məktəblərin IX-XI sinif şagirdlərini, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini əhatə edən “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsi ölkəmizdə 2007-ci ildən həyata keçirilir. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bu təşəbbüsü yüksək qiymətləndirərək, qlobal çağırışların dəyərləndirilməsinin və gənc nəsil arasında öyrənilməsinin vacibliyini, bunun orta məktəblərdə və ali təhsil müəssisələrində diqqət mərkəzində olmasının mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müsabiqənin əsas devizi olan 15 qlobal çağırışın şagird və tələbələrin diqqət mərkəzinə gətirməsini yüksək dəyərləndirərək, bu missiyanın təhsilalanların həyata baxışlarının və peşə seçimlərinin daha düzgün formalaşmasında mühüm rol oynayacağını vurğulamışdır. Gənclər və idman naziri Azad Rəhimov qalibləri təbrik etmiş və bu layihənin gənclər arasında yeni ideya axtarışlarına səbəb olduğunu bildirmişdir. Müsabiqənin qlobal istiqamətlərinin kifayət qədər geniş çevrə cızdığını bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünyanın gələcək taleyinin bu çağırış fəlsəfəsinə gənclərin necə reaksiya göstərəcəyindən asılı olduğunu diqqətə çatdırmışdır. “Qlobal Minillik Prizi” müsabiqənin ideya müəllifi və Minilliyin Layihəsinin Meksika Bölməsinin sədri xanım Konsepsion Olavarrietab və Minilliyin Layihəsinin Tədqiqat Mərkəzinin direktoru Elizabet Floresku da çıxış edərək müsabiqənin yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə etmişlər. Müsabiqəyə təqdim olunmuş 890 inşa yazı arasından 15 nominasiya (qlobal çağırış) üzrə ilk üç yerə layiq görülmüş 51 nəfər finala çıxmışdır. Bunlardan 18-i tələbə, 33 nəfəri isə şagirddir. Müsabiqənin finalçıları arasında Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Kürdəmir, Qax, Mingəçevir, Yardımlı, Xızı və Hacıqabuldan olan məktəblilərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri də vardır. Sonda müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
08/07/2015 16:52
Noyabrın 4-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılmış “Vətən” sosial futbol məktəbinin açılış mərasimi olmuşdur.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru Vasif Məmmədov, Real Madrid Fondunun vitse-prezidenti Enriqe Sançes və digər şəxslər iştirak etmişlər. Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəklədiyi bu layihə çərçivəsində məşq edən 8-17 yaşlı uşaq və yeniyetmələrin (50 oğlan, 50 qız) müvafiq tələblər səviyyəsində təmin olunması üçün “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində hərtərəfli şərait yaradılmışdır. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Real Madrid Fondunun birgə layihəsi çərçivəsində fəaliyyət göstərən “Vətən” sosial futbol məktəbi Azərbaycanda futbola daha çox uşaq və gənc cəlb etmək məqsədlərinə xidmət edir. Ölkəmizdə idmanın inkişafına, gənc nəslin sağlam həyat tərzinə cəlb olunması məsələlərinə xüsusi diqqət yetirilir. Bu baxımdan Bədən Tərbiyəsi və İdmanın İnkişafına dair Milli Strategiya (2009-2020) və Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı mühüm əhəmiyyət kəsb edən konseptual sənədlərdir. Daha sonra “Vətən” sosial futbol məktəbinin rəmzi açılış lenti kəsilmiş, uşaqlara və məşqçi-müəllimlərə uğurlar arzulanmışdır.
08/07/2015 16:52
Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunacaq “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi” ilə bağlı seminar keçiriləcəkdir. Seminar 8 noyabr 2013-cü il tarixində saat 17:00-da Təhsil Nazirliyində olacaqdır.
Müsabiqədə iştirak etmək istəyən təşkilat və ya təşəbbüs qruplarının nümayəndələri təqdim olunacaq layihələrin mövzuları, müsabiqə şərtləri, seçim meyarları ilə bağlı məlumat almaq və müvafiq suallara cavab tapmaq üçün seminarda iştirak edə bilərlər. Seminarda iştirak etmək istəyənlərdən 7 noyabr 2013-cü il tarixinə qədər (18:00-dək) öz ad və soyadlarını elektron poçt vasitəsilə (projects@edu.gov.az) təqdim etmələri xahiş olunur.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı