• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 17 namizəd barədə müsbət qərar qəbul olunmuşdur.

Bu il Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilmişdir. Bununla da xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi başa çatmışdır.
Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış bütün tələbələri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi 17 tələbənin siyahısı:
1. Ağakişiyev Murad Arzu oğlu
2. Allahverdiyev Eltun Aydın oğlu
3. Baqdalov Fuad Rauf oğlu
4. Cəfərli Lalə Zəfər qızı
5. Əliyev Tofiq Məlikheydər oğlu
6. Gözəlova Qənirə Məhəmməd qızı
7. Həmzəyev Ənvər Yaşar oğlu
8. Həsənli Əsmər Şahin qızı
9. Hüseynova Aydan Rövşən qızı
10. İsmayılov Namiq Rəşid oğlu
11. İsrəfilzadə Fateh Məftun oğlu
12. Kələntərli Kamran Arif oğlu
13. Məlik-Aslanov Cəmil Zaur oğlu
14. Orucova Jalə Elçin qızı
15. Şirinbəyli Əmir Şahmar oğlu
16. Şirinov Nizami Nəsimi oğlu
17. Umudova Tamilla Etibar qızı


10 il əvvəl