• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Amerikalıdan oxuduğu məktəbə 100 milyonluq ianə

Amerikalı Debora Saymon Pnsilvaniya ştatında əvvəllər oxuduğu məktəbə yüz milyon dollarlıq ianə verib.  Bu, ABŞ tarixində özəl orta məktəbə edilən ən iri məbləğli ianədir.  Debora Saymon 2009-cu ildə vəfat etmiş milyader Melvin Saymonun qızıdır. Onun atası daşınmaz əmlak ticarəti ilə məşğul olmuş, ölkədə onun əsasını qoyanlardandır.  İanə edilən məktəb Pensilvaniyanın mərkəz hissəsində yerləşən Mersersburq şəhərindədir. O, 1836-cı ildə yaradılıb. Şagirdləri ali məktəblərə hazırlayır. Bu məktəbin məzunları Harvard, Prinston,Stenford kimi  ən nüfuzlu universitetlərə qəbul olunur. Məktəbdə 430 nəfər təhsil alır. İllik təhsil haqqı 50 min dollardır. Məktəblilərin yarısı təqaüd alır.  Hazırda İndiana ştatının İndianapolis şəhərində yaşayan Saymon 1974-cü ildə Merserburqda akademiyanı bitirib. O, məktəblilərə və tələbələr maliyyə yardımı göstərən iki xeyriyyə fondu direktorlar şurasının sədridir.  Mənbə xatırladıb ki, «Berkşir hatauey» («Berkshire Hathaway») holdinqinin sahibi iş adamı, milyader Uorren Baffetin qızı Barbara Anderson 2007-ci ildə Pensilvaniya ştatının Nyutaun şəhərindəki məktəblərdən birinə 128 milyon dollar, 1993-cü ildə naşir və xeyriyyəçi Uolter Annenberq isə Nyu-Ckrsi ştatının Haytstaun şəhərindəki məktəbə yüz milyon dollar ianə verib.  LENT.AZ 11 oktyabr 2013-cü il

Azərbaycan Memarlıq və İnşaat Universiteti Sankt-Peterburqda keçirilən XXII Beynəlxalq baxış-müsabiqəsində uğur qazanmışdır.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində memarlıq məktəblərinin buraxılış işlərinin XXII Beynəlxalq baxış-müsabiqəsi keçirilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AMİU) müsabiqəyə bu ali təhsil ocağının memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası ixtisasları üzrə 12 buraxılış işi və 6 magistr dissertasiyası təqdim edilmişdir. Müsabiqədə Azərbaycan AMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dizayn kafedrasının müdiri, professor N.Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunurdu. Müsabiqəyə Sankt-Peterburq şəhəri Memarlar İttifaqındakı qrafik işlərin sərgisi, elmi-metodik konfrans, dərslik və dərs vəsaitlərinin müsabiqəsi və digər tədbirlər daxil idi. Müsabiqəyə AMİU-dan göndərilən 12 bakalavr işi və 6 magistr dissertasiyası fəxri diploma layiq görülmüşdür (10 nəfər I dərəcəli, 7 nəfər II dərəcəli, 1 nəfər III dərəcəli diplom). Qaliblər arasında 1 bakalavr buraxılış işi Rusiya Federasiyasının Memarlar İttifaqının, 1 magistr dissertasiyası isə Beynəlxalq Memarlar Assosiasiyasının fəxri diplomuna layiq görülmüşdür. Çox önəmli haldır ki, beynəlxalq müsabiqənin yeni şərtlərinə görə, həmin qaliblərin rəhbərləri də Beynəlxalq Regional İctimai Təşkilatın laureat diplomları ilə mükafatlandırılmışlar. Fakültə həmin müsabiqədə dərslik və dərs vəsaitləri nominasiyasında da iştirak etmiş və müəllif laureat adını qazanmışdır. Qeyd edək ki, müsabiqənin 2014-cü ildə AMİU-da keçirilməsi gözlənilir.   AzərTAc 11 oktyabr 2013-cü il

Təhsil Nazirliyinin kollektivi Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir!

Əsas qayəsi bərabərlik, yardımlaşma və mərhəmət ruhundan ibarət olan Qurban bayramı birlik və humanizm rəmzidir. Ən müqəddəs niyyətlərə xidmət edən bu bayram xalqımızın təntənə ilə qeyd etdiyi günlərdəndir. Arzu edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin xoşbəxt gələcəyi, xalqımızın firavanlığı naminə həyata keçirilən məqsədyönlü siyasət daha böyük uğurlara yol açsın. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollektivi adından xalqımızı müqəddəs Qurban bayramı münasibətilə bir daha təbrik edir, əmin-amanlıq, rifah və uğurlar arzulayırıq. Xalqımızın duaları və kəsilən bütün qurbanlar qəbul olunsun!

Təhsil Nazirliyi ictimai təşəbbüslərin dəstəklənməsi üzrə yeni layihə müsabiqəsinə başlayır.

Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunacaq “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə iştirak üçün layihələrin qəbulu elan edilmişdir. Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 20-dək müvafiq təkliflərini ənənəvi və ya elektron poçt (projects@edu.gov.az) vasitəsilə təqdim edə bilərlər.   İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsində iştirak üçün göstərişlər

Bu ilin oktyabrından etibarən ilk dəfə olaraq Polşanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı fənlər daxil edilmişdir.

Bu fənlərin tədrisini milliyyətcə azərbaycanlı, Varşava Universitetinin fəlsəfə elmləri doktoru, Polşada təsis edilən Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova həyata keçirəcəkdir. Azərbaycanla bağlı fənlər proqrama yeni əlavə olunmasına baxmayaraq, dərslərə yazılan tələbələrin sayı gözləniləndən yüksək olmuşdur. Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən və Polşadakı səfirliyin Varşava Universitetinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində ərsəyə gələn bu tədris layihəsinin rəsmi təqdimatı oktyabrın 11-də Varşava Universitetində keçirilmişdir. Tədbirdə səfir Həsən Həsənov azərbaycanşünaslıqla bağlı fənləri seçən tələbələrlə görüşmüş, onların qarşısında geniş məruzə ilə çıxış etmişdir. Diplomat son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mədəniyyətin inkişafına göstərilən qayğıdan, həyata keçirilən irimiqyaslı beynəlxalq və regional layihələrdən, iqtisadiyyatda əldə edilmiş uğurlardan danışmışdır. O, dövlətimizin başçısının Azərbaycanın milli maraq və mənafelərinin qorunmasını başlıca şərt kimi irəli sürdüyünü və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdiyini diqqətə çatdırmışdır. Həsən Həsənov Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılmasında və növbəti nəsillərə çatdırılmasında, mədəniyyətimizin dünyada geniş təbliğində, nəinki Azərbaycanda, bütün dünyada qədim ümumbəşəri tarixi abidələrin bərpası və qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolunu vurğulamışdır. Səfir, həmçinin Azərbaycan tarixi, ədəbiyyatı, qədim eposları, xalçaçılıq, musiqi, memarlıq sənəti, Azərbaycan-Polşa mədəni əlaqələri haqqında geniş məlumat vermişdir. Səfir tələbələrin Azərbaycan turizmi, kinosu, mətbəxi, qədim abidələri ilə bağlı suallarını da cavablandırmışdır. Sonda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablar hədiyyə olunmuşdur.   AzərTAc

Azərbaycan tərəfindən ayrılmış vəsait hesabına Çinin Sıçuan əyalətində zəlzələdən sonra inşa edilmiş məktəb binasına xatirə lövhəsi vurulmuşdur.

Məlum olduğu kimi, 2008-ci ilin mayında Çinin Sıçuan əyalətində Rixter cədvəli ilə 8 bal gücündə baş vermiş zəlzələ böyük dağıntılara səbəb olmuş, o cümlədən bir çox məktəb binası və digər sosial obyektlər dağılmışdır. Hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sıçuan əyalətində dağılmış məktəb binasının inşası üçün 1 milyon ABŞ dolları vəsait ayrılmışdır. Bu vəsait hesabına 2008-ci ilin dekabrında yüksək dağlıq ərazi olan Vençuan bölgəsinin Xouba yaşayış məntəqəsində hər cür şəraiti olan müasir məktəb kompleksinin inşasına başlanılmış, 2009-cu ilin avqustunda kompleksin əsas hissəsi hazır olmuş, 2012-cin fevralında isə layihə üzrə bütün işlər başa çatdırılmışdır. Azərbaycanın Çindəki səfirliyinin yerli hakimiyyət orqanları ilə apardığı məsləhətləşmələrdən sonra məktəb binasına xatirə lövhəsi vurulmuşdur. Lövhədə qeyd olunur ki, zəlzələdən sonra ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək insanlıq keyfiyyətlərini nümayiş etdirərək, fəlakət qurbanlarına humanitar yardım göstərmiş, məktəbin əvvəlki yerində yenidən tikilməsində böyük rol oynamışdır. Yaxın vaxtlarda Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri Sıçuan əyalətinə səfər edərək, məktəblilərə hədiyyələr, o cümlədən Azərbaycan haqqında əyani vəsaitlər təqdim edəcəklər.   AzərTAc

Almaniyanın Berlin Texniki və İqtisad Universitetində Azərbaycan iqtisadiyyatına dair magistr dissertasiyasının müdafiəsi keçirilmişdir.

Həmin universitetin magistrantı tərəfindən yazılmış dissertasiya işi “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusuna həsr olunmuşdur. Tədqiqat işinə Almaniya tərəfdən Berlin Texniki və İqtisad Universitetinin professoru Klouz Tomasberger, Azərbaycan tərəfdən isə ADİU-nun beynəlxalq iqtisadi münasibətlər kafedrasının dosenti Mənsur Bərxudarov elmi rəhbərlik etmişdir. İyirmi illik dövrü əhatə edən müstəqillik illərində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların sistemli və kompleks təhlili, ən əsası bu uğurların alman elmi ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən dissertasiya işi yüksək səviyyədə müdafiə olunmuşdur. Müdafiə prosesində iştirak edən M.Bərxudarov tədqiqat işinə dair rəy və təkliflərlə çıxış etmişdir.   AzərTAc

Avropa İttifaqının Tempus proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin nəticələri məlum olmuşdur.

Azərbaycan  ali məktəblərinin müsabiqəyə təqdim etdikləri 13 layihə uğur qazanmışdır. Qazanılmış layihələrdən 3-ü Azərbaycan Dillər Universiteti (“Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi” – 1 142 902 avro), Azərbaycan Dövlət İqtisad Universiteti (“Beynəlxalq əlaqələr üzrə universitet idarəetməsinin inkişafı və təkmilləşdirilməsi” – 653 908 avro) və Xəzər Universiteti (“Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” – 725 273 avro) tərəfindən təqdim olunmuşdur. Qeyd edək ki, Azərbaycan Tempus proqramında 1995-ci ildən iştirak etməyə başlamışdır. Azərbaycanın dövlət və özəl ali məktəbləri müxtəlif prioritet sahələr üzrə Tempus layihələrində fəal iştirak edirlər. Hazırda Azərbaycanın bölgələrində fəaliyyət göstərən universitetlərinin iştirakını və struktur tədbirləri nəzərdə tutan layihələrə xüsusilə üstünlük verilir. Ümumiyyətlə, Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı ildən-ilə artmaqda davam edir. Belə ki, əgər 2012-ci ildə 45 layihə təqdim olunmuşdusa, 2013-cü ildə bu rəqəm 63-ə çatmışdır. Bu il ali məktəblərimiz tərəfindən təqdim olunan layihələrin 23-ü ilkin seçim mərhələsindən keçmiş, 13-ü isə təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın, Belçika Krallığının və Koreya Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petit, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmış, tələbə mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Oktyabrın 19-da təhsil nazirinin müavini Ceyhun Bayramov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

Qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin davam etdrilməsi, təhsil müəssisələrində çalışmanın yaş həddi, işə bərpa olunma, ali məktəblərdəki problemlər, təhsil haqqı, köçürmələr, təhsil formasının dəyişdirilməsi və digər məsələlərlə əlaqədar müraciət etmişlər. 151 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı