SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkədə dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır.
Qeyd edilmişdir ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1600 nəfərə yaxın tələbə bu təqaüddən yararlanmışdır. Gəncləri savadlı, təhsilli yetişdirmək Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu bildirən S.Mehbalıyev qeyd etmişdir ki, bu gün 2700 tələbə xaricdə oxuyur və onların xərcləri dövlət tərəfindən ödənilir. O, təqaüd alan tələbələrin bundan sonra da ictimai həyatda fəal iştirak edəcəklərinə inandığını bildirmişdir.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov adlı təqaüdlərin təsis olunması və ATİAHİ-nin bu işdə təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirmiş, tələbələrə uğurlar arzulamışdır.
Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 60 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilmişdir.
AzərTAc
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl