SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ölkəmizin müxtəlif universitetlərində oxuyan 1000 tələbə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Əsrlərin qovşağında” adlı fərdi sərgisində iştirak edəcəkdir.
Tələbələrin sərgi ilə tanışlığına artıq start verilmişdir.
Təhsil Nazirliyi tələbələrin yüksək estetik və fəlsəfi-bədii zövqünün formalaşmasına ciddi təsir göstərən bu cür təşəbbüsləri gələcəkdə daha da genişləndirəcəkdir. Xüsusilə də, Heydər Əliyev Mərkəzində baş tutan bu tədbir tələbələrə müasir memarlıq incisi sayılan mərkəzin zəngin interyer kompozisiyası ilə də tanış olmaq imkanı yaradacaq.
Sərgidə Azərbaycan təsviri sənətini yüksəklərə qaldırmış T.Salahovun müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsəri nümayiş olunur. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin, görkəmli incəsənət xadimləri Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostrapoviçin portretləri, “Sənə bəşəriyyət”, “Aydan”, “Neftçinin portreti”, “Alagöz - Şərq əfsanəsi”, “Aydan - Şərq ulduzu”, Odlar yurdu triptixi - “Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası” kimi əsərləri yer alıb. Sərgidə, həmçinin, T.Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilən işləri də vardır.
Onu da qeyd edək ki, ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış sərgi noyabrın 6-dək davam edəcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl