SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunması haqqında" sərəncam imzalamışdır.
“Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası” təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəddir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş Dövlət Strategiyası Azərbaycanda təhsil islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradacaqdır.
Qeyd olunan sənəd "təhsil yeni çağırışlara necə cavab verməlidir" suallarına adekvat cavab axtarır. Deməli, yeni strategiya bizə təhsil sahəsində indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və qarşımızda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcəkdir. Dövlət Strategiyası sənədi cəmiyyətin bütün spektrini və fəaliyyət sahəsini - təhsilverəndən təhsilalanadək, valideyndən təhsili idarə edənədək, infrastrukturdan maliyyə mexanizminədək əhatə edir. Bu əhatə çevrəsi həm də Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətə qabil insan qaynaqlarının yetişdirilməsi missiyasına xidmət edir.
Yeni əsrin yeni çağırışları bunu bizdən tələb edir. Digər tərəfdən bu strategiya Azərbaycanın gələcək inkişaf hədəflərinin təhsil, innovasiya ilə bağlı olduğunu göstərir. Eyni zamanda zamanın sürətini ölçməyə, dünyanın çox sərt inkişaf qanunlarını dərk etməyə və qüvvə balansımızı hesablamağa imkan verir.
Bu strategiyada biz biliklər cəmiyyətinin, kreativ təhsil düşüncəsinin, hədəfləri ölçə bilən bitkin fəaliyyət çərçivəsinin və yeni təhsil fəlsəfəsinin ana xətlərini görə bilərik. Burada əsas ehtiva olunan dəyər odur ki, təhsil Azərbaycanın strateji platformasıdır.
Təbii ki, qarşıya qoyulan məqsədlərə çatmaq böyük əzmkarlıq və inam tələb edir. Bu yol heç də asan yol deyil. Bəzən çox çətin və zəruri olan bu missiya cəmiyyətin insan kapitalının inkişafına səbəb olur ki, bu da sonda ölkəmizin dünyanın aparıcı ölkələri sırasına çıxması üçün əsaslı zəmin yaradacaqdır.
"Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası" Azərbaycanın təhsil ictimaiyyətinin çoxdan gözlədiyi və inkişafın yeni xəttinə təkan verəcək yol xəritəsidir. Qeyd olunan sənəd Azərbaycanın təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafını təmin edəcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl