SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 165 namizəd barədə müsbət qərar qəbul olunmuşdur.
Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barədə müsbət qərar qəbul edilmişdir. Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbələri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir. Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi növbəti 165 tələbənin siyahısı: 1. Abbaslı Azər Bayram oğlu 2. Abbasov Faiq Qalib oğlu 3. Abbaszadə Kamran Israil oğlu 4. Abdullayev Əhməd Piralı oğlu 5. Abdullayev Fərhad Çingiz oğlu 6. Abdullayev Vüsal Hacımahmud oğlu 7. Adilli Adil İqbal oğlu 8. Ağamuradov İntiqam İftixar oğlu 9. Ağayev Ağarza Rza oğlu 10. Ağayev Aslan Nazim oğlu 11. Ağazadə Elgün Bəhram oğlu 12. Ağazadə Orxan Tahir oğlu 13. Ağazadə Vüsal Tahir oğlu 14. Ali Qasım Nailoviç 15. Allahverdiyev İlqar İslam oğlu 16. Aslanzadə Fidan Bəylər qızı 17. Axundov Səyid Eytiram oğlu 18. Babayev Ayxan Əlican oğlu 19. Babayev Orxan Baba oğlu 20. Bağışov Elvin Telman oğlu 21. Baxşəliyeva Esmira Qəhrəman qızı 22. Bayramov Xalid Hikmət oğlu 23. Bayramzadə Nicat Natiq oğlu 24. Cabarov Ceyhun Ramiz oğlu 25. Cabbarlı Ülvi İlham oğlu 26. Cabbarov Bahadur Fazil oğlu 27. Cabbarova Nərmin Elşən qızı 28. Cəbrayılov Hikmət İsmayıl oğlu 29. Cəfərov Cavid Cəfər oğlu 30. Cəfərov Namiq Əsgər oğlu 31. Cəfərov Şamxal Eldar oğlu 32. Cəfərov Ülvi İlqar oğlu 33. Əbilov Yağmur Şahin oğlu 34. Əfəndi Fərid İlqar oğlu oğlu 35. Əhmədli Hidayət Məhəmməd oğlu 36. Əhmədli Natiq Nurəddin oğlu 37. Əhmədov Hüseyn Rövşən oğlu 38. Əhmədov Nurlan Sərməs oğlu 39. Əhmədzadə Emin Məzahir oğlu 40. Əkbərli Rüstəm Fəxrəddin oğlu 41. Ələkbərli Səbinə Mahmud qızı 42. Ələkbərov Behçət Teymur oğlu 43. Ələkbərov Dadaş İslam oğlu 44. Ələsgərov Araz Elxan oğlu 45. Əliyev Əkbər Mehman oğlu 46. Əliyev Elxan Rasim oğlu 47. Əliyev Kənan Əjdər oğlu 48. Əliyev Sərvət Məhəmməd oğlu 49. Əliyev Xalid Müstəqim oğlu 50. Əliyeva Nigar Zakir qızı 51. Əlizadə Cavid Elxan oğlu 52. Əmikişiyev Şirxan Elxan oğlu 53. Əmrahlı Əsmər İlqar qızı 54. Əmrullayeva Nigar Nəzir qızı 55. Əsədli Xəqani Qorxmaz oğlu 56. Əsədova Nərgiz Musa qızı 57. Əsgərova Əlvan Ərmağan qızı 58. Eyvazlı Lətif İlham oğlu 59. Eyvazov Kamil Elşad oğlu 60. Fərzəliyeva Günay Füzuli qızı 61. Fətəliyev Tural Sədrəddin oğlu 62. Fətullayev Orxan Əbülfət oğlu 63. Feyzullayev Cabir Tahir oğlu 64. Hacıyev Ülfət Rizvan oğlu 65. Həsənli Əli Məhəmməd oğlu 66. Həsənli Günay Sərvət qızı 67. Həsənov Nicat Hacı oğlu 68. Həsənzadə Nurdan Münasib qızı 69. Hüseynli Pərvin Əliyoldaş oğlu 70. Hüseynov Adil Vaqif oğlu 71. Hüseynov Əli Vasif oğlu 72. Hüseynov Rəşad Zöhrab oğlu 73. Hüseynova Səbinə Sabir qızı 74. İbrahimova Gülminə Qurban qızı 75. İbrahimova Nərgiz Elşən qızı 76. İlyaszadə Fuad Saleh oğlu 77. İsmayılov Cavid Cəbrayıl oğlu 78. İsmayılov Ramiq Rafiq oğlu 79. İsmayılov Toğrul Ismayıl oğlu 80. İsmayılova Aynur Yusif qızı 81. Kərimli Mübariz Nəbi oğlu 82. Kərimov Famil Qalib oğlu 83. Keser Vəfa Nazim qızı 84. Lalayev İsmayıl Vaqif oğlu 85. Ləzgiyev Emil Mehdi oğlu 86. Məhərrəmov Emil Ceyhun oğlu 87. Mehtiyeva Mehriban Mirzakir qızı 88. Məmmədəliyeva Arzu Qürbət qızı 89. Məmmədhəsənov Kənan Kamran oğlu 90. Məmmədli İlkin Məmməd oğlu 91. Məmmədli Mələk Saleh qızı 92. Məmmədli Murad Məhəbbət oğlu 93. Məmmədli Zəhra Ramiz qızı 94. Məmmədov Akif Şahlar oğlu 95. Məmmədov Fədai Xaqani oğlu 96. Məmmədov Fuad Arif oğlu 97. Məmmədov Hüseyn Bəhruz oğlu 98. Məmmədov Toğrul Ələddin oğlu 99. Məmmədova Aysu Famil qızı 100. Məmmədova Leyla Şahin qızı 101. Məmmədova Nərgiz İlqar qızı 102. Məsiyev Xəyyam Biləndər oğlu 103. Məsiyeva Zöhrə Tahir qızı 104. Miskinli Rauf Zakir oğlu 105. Movlayeva Fəridə Zakir qızı 106. Muradova Günay Nazim qızı 107. Mürsəlzadə Rüstəm İlham oğlu 108. Murtazəliyeva Səidə Rafiqovna qızı 109. Musayev Nail Rəsul oğlu 110. Müseyibov Fərid Musa oğlu 111. Mustafayev Ürfan Rasim oğlu 112. Muxtarov Nəsib Bəxtiyar oğlu 113. Muxtarova Günay İmanverdi qızı 114. Nağıyev Hüseyn Məmməd oğlu 115. Nəbiyeva Zümrüd Yunis qızı 116. Nəcəfov Məmmədrəhim Tahir oğlu 117. Nəsirli Zibaxanım Yusif qızı 118. Nəsirova Xədicə Rəfail qızı 119. Novruzlu Toğrul Yusif oğlu 120. Novruzov Ceyhun Balahəsən oğlu 121. Novruzov Etibar Bəhram oğlu 122. Nuriyev Faiq Əbülfət oğlu 123. Osmanov Teymur Osman oğlu 124. Qaraşova Dilrubə Qiyas qızı 125. Qasımlı Xəyal Alim oğlu 126. Qasımov İxtiyar İlqar oğlu 127. Qasımzadə Qasım Xasay oğlu 128. Qocayev Anar Qoca oğlu 129. Quliyev Eldar Tahir oğlu 130. Quliyev Şahin Aydınoviç 131. Quliyev Toğrul İmran oğlu 132. Quliyeva Mədinə Qiyasəddin qızı 133. Quliyeva Mehin Tahir qızı 134. Quliyeva Sevda Tofiq qızı 135. Quliyeva Validə Kamil qızı 136. Quluzadə Elgün Nəbi oğlu 137. Quluzadə Əmir Yaşar oğlu 138. Rəhimli Aysel Qivaməddin qızı 139. Rəhimova Nərmin Eldar qızı 140. Rüstəmov Şamil Yunis oğlu 141. Rüstəm-zadə Zülfüqar Ramiz oğlu 142. Rzayev Cəbrayıl Xaqani oğlu 143. Şahbazova Gülnar Səfər qızı 144. Şahsenov İzat Şakiroviç oğlu 145. Salamlı Həmid Arif oğlu 146. Şamxalova Ülkər Zöhrab qızı 147. Səlimova Gülzar Elşən qızı 148. Sofiyev Fuad Arslan oğlu 149. Şükürov Anar Ramazan oğlu 150. Şükürov Nicat Əli oğlu 151. Süleymanov Nicat Seyidbala oğlu 152. Şuqubova Könül Ənvər qızı 153. Tağıyev Səbuhi Teyyub oğlu 154. Tağıyev Sənan Qara oğlu 155. Tağıyeva Səkinə Ruznamə qızı 156. Vəliyev Anar Vaqif oğlu 157. Verdiyeva Günay Vaqif qızı 158. Yaqubova Xəyalə Habil qızı 159. Yusibov Elgün Vaqif oğlu 160. Yusifli Elmar Alməhəmməd oğlu 161. Zakirov Fəqan Qabil oğlu 162. Zeynallı Ramin Ağasəftər oğlu 163. Zeynalov Ayaz Sədi oğlu 164. Zeynalov Cavid Əlizeynal oğlu 165. Zülbalayev İbrahim Asim oğlu
08/07/2015 16:52
Oktyabrın 4-də “JW Marriott Absheron” otelində 7-ci Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılış mərasimi olmuşdur.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov 7-ci Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin iştirakçılarını salamlamışdır. Nazir Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərginin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Təhsil naziri qeyd etmişdir ki, müasir texnoloji yeniliklərlə əhatə olunduğumuz dünyada hər bir cəmiyyətin inkişafı ilk növbədə müasir tələblərə uyğun yüksək bilik və bacarıqlara malik kadrlardan asılıdır. Bu səbəbdən də Azərbaycan hökuməti vətəndaşlar üçün dünya standartlarına cavab verən yüksək səviyyəli təhsil imkanlarını yaratmaq istiqamətində ciddi addımlar atmaqdadır. Azərbaycanın ali təhsil müəssisələrinin bu kimi sərgilərdə daha fəal şəkildə iştirakının vacibliyinə toxunan nazir onların həm xarici tərəfdaşları ilə birbaşa əlaqələr qurması, həm də ali təhsil müəssisələrinin effektiv idarəolunması üzrə – iqtisadi aspektlər daxil olmaqla –uğurlu xarici təcrübələrin öyrənilməsi baxımdan sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Bununla yanaşı ali təhsil müəssisələrimizin bu kimi tədbirlərdən istifadə edərək şagird və tələbələr, həmçinin, əmək bazarında öz təbliğatlarını həyata keçirmək təcrübəsindən geniş şəkildə istifadə etməlidirlər. Təhsil naziri ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı üçün yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarların tələb olunduğunu söyləmiş və Təhsil Nazirliyinin ölkəmizdə və xaricdə fəaliyyət göstərən müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini nəzərə çatdırmışdır. Bu sahədə görülən işlər barədə ətraflı məlumat verən nazir ilk peşə-ixtisas təhsilinin əhəmiyyətini gənclərimizə və ümumilikdə, vətəndaşlarımıza çatdırmaq məqsədilə sərgi çərçivəsində “Müasir Azərbaycan Peşəkarları Layihəsi”nin təqdimatının keçirildiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, təhsil prosesi yalnız tələbələrə formal təlim verməklə məhdudlaşmamalı, əmək bazarının hazırkı və gələcək ehtiyaclarını ciddi şəkildə nəzərə alaraq, tələb olunan sahələr üzrə mütəxəssislər yetişdirməlidir. İşəgötürənlər isə öz növbəsində yaxın və orta perspektivdə müxtəlif sahələr üzrə mütəxəssis tələbatını daim təhsil müəssisələri ilə paylaşaraq təhsil prosesinin məhz ölkənin iqtisadi inkişafına töhfə verəcək istiqamətdə yönləndirilməsinə dəstək verməlidirlər. Bu məsələlərin aidiyyəti dövlət qurumları, ali təhsil müəssisələri, dövlət və özəl şirkətlər tərəfindən daha dərindən təhlil olunması məqsədilə günün ikinci yarısı Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər” mövzusunda “Dəyirmi masa” təşkil olunacaqdır. Şagird, tələbə və məzunların sərginin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edəcəyinə ümidvar olduğunu vurğulayan nazir sərgi iştirakçılarının təhsil və karyera perspektivlərini layiqincə dəyərləndirə biləcəyinə əminliyini bildirmişdir. Təhsil naziri sərginin bütün iştirakçılarına uğurlar arzulamış və sərgi zamanı səmərəli tərəfdaşlıq əlaqələri qurmağı tövsiyə etmişdir. Sərginin təşkilatçısı olan "İteca Caspian" MMC şirkətinin direktoru Fərid Məmmədov sərgi haqqında ətraflı məlumat vermişdir. F.Məmmədov "Təhsil və karyera" sərgisinin təşkilinə göstərdiyi fəal dəstəyə görə təhsil naziri Mikayıl Cabbarova minnətdarlığını bildirmiş və sertifikat təqdim etmişdir.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbriki
Əziz müəllimlər, hörmətli təhsil işçiləri! Təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur. Sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Bütün bunların təmin olunması məqsədi ilə son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı proqram və layihələr həyata keçirilir. Təhsil sisteminin qarşısında duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir. Bunun üçün də yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq prioritet məsələlərdən biridir. Müəllimlər hər bir cəmiyyətin elitasıdır. XXI əsrdə bilik və bacarıqların önəmi daha da artacaqdır. Bu missiyada "öyrənməyi öyrətmək" vəzifəsi müəllimlərin üzərinə düşür. Deməli, cəmiyyətimizin bütün hədəflərinin gerçəkləşməsi, həm də müəllimlərimizin öz missiyasına necə əməl etməsindən asılı olacaqdır. Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Təltif olunanları təbrik edir, təhsilimizə göstərdiyi diqqətə görə möhtərəm Prezidentimizə çoxminli təhsil işçiləri adından minnətdarlığımızı bildiririk. 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərimizi ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.
08/07/2015 16:52
Oktyabrın 4-da “JW Marriott Absheron” mehmanxanasında Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunmuş 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi çərçivəsində “Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər” adlı “Dəyirmi masa” keçirilmişdir.
“Dəyirmi masa”nın məqsədi ölkəmizin ali təhsil müəssisələri ilə işə götürən təşkilatlar arasında əməkdaşlığın inkişafına nail olmaq, insan resursları bazarında mövcud problemləri müzakirə etmək, iş sektorunun ali təhsil müəssisələri ilə əlaqələri genişləndirməkdən ibarətdir. Tədbirdə əmək bazarına aid işçi qüvvəsinin tələblərə uyğunluğu, kadrların peşəkarlıq səviyyəsinin artırılmasında istifadə olunan yeni yanaşmalar, təhsillə əmək bazarı arasında uyğunluğun təmin edilməsi sahəsində təcrübələr, təhsildə rəqabət, yeni tədris metodlarından istifadənin əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Tədbirdə ali təhsil müəssisələrinin nümayəndələri biznes sektoru ilə əməkdaşlıq perspektivləri, o cümlədən istək və tələbləri barədə təmsil etdikləri qurumların mövqeyini ifadə etmişlər. “Dəyirmi masa”da Azərbaycanın dövlət və özəl sektorundan iri şirkət və holdinqlərinin insan resursları departamentlərinin rəhbərləri, ali təhsil müəssisələrinin tədris üzrə prorektorları və karyera mərkəzləri rəhbərlərinin iştirakı konstruktiv və effektiv dialoq mühiti yaratmışdır. Təhsil və iş dünyasının təmsilçiləri “Dəyirmi masa”nın bu qəbildən ilk belə tədbir olduğunu vurğulamış və Təhsil Nazirliyinin bu təşəbbüsünün universitetlərdə də davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırmışlar.
08/07/2015 16:52
Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Öncə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuşlar. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş təhsil işçilərini təbruk etmişdir. Nazir qeyd etmişdir ki, təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən təhsil naziri sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalı olduğunu nəzərə çatdırmışdır. Bütün bu məqsədlərə çatmaq üçün ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı proqram və layihələrin həyata keçirildiyinə diqqət çəkən nazir qarşıda duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır. Təhsil naziri müəllimlərin öz yetirmələrinə elmi biliklərlə yanaşı, həm də yüksək mənəvi keyfiyyətlər aşıladığını nəzərə çatdırmışdır. Müəllim əməyinin ən yüksək ehtirama layiq olduğunu söyləyən nazir dövlət başçısının rəhbərliyi ilə son illər təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən söhbət açmışdır. Təhsil sahəsinin davamlı inkişafda olduğunu vurğulayan nazir cəmiyyətin perspektiv inkişafı ilə bağlı hədəflərinin gerçəkləşməsi işinin müəllimlərin öz missiyasına necə əməl etməsindən asılı olduğuna diqqət çəkmişdir. Dövlət başçısının Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərdiyini bildirən nazir ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif edildiyini nəzərə çatdırmışdır. Təhsil naziri təltif olunanları təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilmişdir.
08/07/2015 16:52
Oktyabrın 5-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 165 tələbə ilə görüşmüşdür.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulamış, gənclərin seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini bildirmişdir. Təhsil naziri azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət etdiyini nəzərə çatdırmışdır. Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barəsində müsbət qərar qəbul olunmuşdur. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
08/07/2015 16:52
Sentyabrın 27-dən oktyabrın 8-dək Çernoqoriyanın Budva şəhərində şahmat üzrə yeniyetmələrin Avropa çempionatı keçirilmişdir.
8 yaşadək şahmatçılar qrupunda ölkəmizi təmsil edən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Aydın Süleymanlı qızıl medal qazanaraq I yerə, Sənan Əliyev isə bürünc medalla III yerə layiq görülmüşdür. 14 yaşlı şahmatçılar qrupunda 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi Günay Məmmədzadə də yüksək nəticə göstərmişdir. Belə ki, G.Məmmədzadə qızıl medal qazanmaqla I yerin sahibi olmuşdur.
08/07/2015 16:52
2013-2014-cü tədris ilinə ümumi təhsil məktəblərinin II, IV, VIII, IX və X sinifləri üçün 73 adda 2042800 nüsxə, V, VI siniflər üçün isə kurikulum əsasında 68 adda 1971600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanaraq çap olunmuşdur.
Bundan əlavə, respublikanın pilot ümumi təhsil məktəblərinin II, III və IV sinifləri üçün 31134 nüsxə “Şahmat” dərslikləri hazırlanıb çap edilmişdir. Çap edilmiş həmin dərslik və müəllim üçün metodik vəsaitlər respublikanın ümumi təhsil müəssisələrinə çatdırılmışdır.
08/07/2015 16:52
Dünya universitetlərinin 2013-2014-cü illər üzrə növbəti reytinq cədvəli açıqlanıb
Qəzetimizin 13 sentyabr 2013-cü il tarixli 35 nömrəli sayında Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkətinin dünyanın 200 ən nüfuzlu ali məktəblərinin reytinq cədvəli (QS World University Rankings) dərc olunub. Oktyabrın 2-də isə Britaniyanın Times Higher Education jurnalı 2013-2014-cü illər üzrə dünyanın 400 ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan Times Higher Education-un növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır. Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz olaraq Amerikanın Kaliforniya Universiteti başçılıq edir. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına əsasən Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk 10-luqda Amerika 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur. Harvard Universiteti Oksford Universiteti ilə birlikdə siyahının 2-3-cü sırasında yerləşib. Stenford Universiteti 4-cü, Massaçusets Texnologiya Universiteti isə 5-ci yeri tutublar. Avropanın ən güclü universitetləri Böyük Britaniyanın payına düşür. Reytinq cədvəlində bu ölkənin 31 ali məktəbi yer alıb. 200-lüyə Niderlandın 12, Almaniyanın 10, Fransanın 8, İsveçrənin 7, Belçikanın 5 universiteti daxil olub. Asiyada liderlik Yaponiyanın Tokio Universitetinə (23-cü yer) məxsusdur. Sinqapurun Milli Universiteti Avstraliyanın Melburn Universitetini (34-cü yer) qabaqlayaraq 26-cı yerə çıxıb. Çinin Pekin Universiteti 45-ci yerdə qərarlaşıb. Türkiyənin Boğaziçi Universiteti 200 universitet arasında 199-cu yerdə yerləşib. Rusiya ali məktəbləri dünyanın 200 ən yaxşı universitetləri sırasına daxil ola bilməyiblər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 226-250-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Ötən il MDU "201-225" ali məktəblər qrupuna daxil olub. Times Higher Education jurnalının redaktoru Fill Beytin sözlərinə görə, Rusiya ali məktəbləri getdikcə reytinq cədvəlinin yüksək sıralarından uzaqlaşmağa başlayıblar. Dünya universitetlərinin 2013-2014-cü illər üzrə növbəti reytinq cədvəli “Azərbaycan müəllimi” qəzeti 11 oktyabr 2013-cü il
08/07/2015 16:52
2013-cü ilin Nobel mükafatı laureatlarının adları açıqlanıb
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq elm sahəsində 2013-cü il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel Mükafatları Komitəsi məlumat yayıb. Hər il oktyabrın ilk günlərində Nobel həftəliyi (7-14 oktyabr) çərçivəsində tibb və fiziologiya, fizika, kimya, ədəbiyyat üzrə laureatların adları açıqlanır. Oktyabrın 7-də İsveç Nobel Mükafatları Komitəsi ilk olaraq tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Tibb və fiziologiya sahəsində ali mükafata Ceyms Rotman (ABŞ), Endi Şekman (ABŞ) və Tomas Züdhof (Almaniya) layiq görülüb. Nobel Mükafatları Komitəsi bəyan edib ki, alimlər molekulların hüceyrə daxilində lazımi vaxtda və lazımi yerə çatdırılması prinsiplərini kəşf ediblər. Hazırda Amerikada işləyən alimlər hüceyrələrdə əsas nəqliyyat mexanizmini müəyyənləşdiriblər. Hüceyrələrin öz nəqliyyat sistemini necə təşkil etməsi, maddələri lazımi nöqtələrə necə daşıması indiyədək məlum deyildi. Məlumdur ki, hər bir hüceyrə molekulları istehsal və nəql edir. Hüceyrə bu molekulları ətrafa vezikule adlandırılan xüsusi örtüklər vasitəsi ilə göndərir. Bu vaxta qədər maddələrin birbaşa öz ünvanlarına və dəqiq çatdırılması mexanizmi elmə məlum deyildi. Bu mexanizm hüceyrə daxilində maddələrin hərəkətini tənzimləyir. Bu sistemin pozulması bir sıra immun, əsəb, eləcə də şəkər xəstəliklərinin yaranmasına səbəb ola bilər. C.Rotman və T.Züdhof hüceyrə daxilində molekulların xüsusi örtüklər - vezikulelər vasitəsilə tutulması və nəqli mexanizmlərini tədqiq ediblər. E.Şekman isə hüceyrə daxilində molekulların nəqli üçün lazım olan genləri tədqiq edib. Nobel Mükafatları Komitəsi bildirib ki, alimlər hüceyrə fiziologiyasında fundamental prosesləri müəyyən ediblər. Bu kəşf orqanizmdə gedən bir sıra fizioloji prosesləri qiymətləndirməyə imkan yaradıb. *** Oktyabrın 8-də Nobel Mükafatları Komitəsi fizika sahəsində ali elmi mükafata Böyük Britaniyadan olan Peter Xiqqs (Peter Ware Higgs) və belçikalı Fransua Enqleri (François Englert) layiq görüb. Alimlər 1960-cı ildə maddədə kütlənin əmələ gəlmə mexanizmini izah edən nəzəriyyəni işləyib hazırlayaraq elmi ictimaiyyətə təqdim ediblər. Alimlər 50 il əvvəl ilk elementar hissəciklərdən birinin - "Hiqqs bozonu"nun mövcudluğunu xəbər veriblər. Tam yarım əsrdən sonra "Hiqqs bozonu" ötən il İsveçrədə CERN Elmi Mərkəzində quraşdırılmış Böyük Adron Kollayderində aşkar olunub. İsveç Kral Akademiyası bildirib ki, alimlər bəşəriyyətin kütlənin subatom hissəciklərinin yaranmasını daha yaxşı başa düşməsinə kömək edən mexanizmi kəşf etdiklərinə görə ali elm mükafatına layiq görülüblər. İsveç Kral Akademiyasının icraçı katibi Staffan Normark qeyd edib ki, bu mükafat nəhəng nəticələr yaradan incə bir məsələyə həsr olunub. *** Oktyabrın 9-da İsveç Kral Akademiyası 2013-cü il kimya sahəsində Nobel mükafatına amerikalı alimləri layiq görüb. Amerikanın Stenford Universitetindən Maykl Levit (əslən Cənubi Afrika Respublikası), Harvard Universitetindən Martin Karplyus (əslən Avstriya) və Cənubi Kaliforniya Universitetindən Arye Uorşel (əslən İsrail) mürəkkəb kimyəvi sistemlərin kompüter modelləşdirilməsi metodunu kəşf etdiklərinə görə ali elm mükafatına layiq görülüblər. Onlar kimyəvi proseslərin proqnozlaşdırılması üsulunu hazırlayıblar ki, bu da yeni dərman preparatlarının yaradılmasının əsasını qoyub. "Kimyəvi proseslərin dərindən başa düşülməsi katalizatorları, dərmanları optimallaşdırmağa imkan verir", - deyə İsveç Kral Akademiyası bildirib. Akademiya əlavə edib ki, "bu gün kompüter kimyaçı üçün təcrübə kolbası qədər vacib alətə çevrilib". Alimləri Nobel mükafatına gətirən kəşf öz başlanğıcını 1970-ci illərdən götürüb. O vaxtlar heç bir güclü hesablama texnikasına malik olmayan alimlər ilk dəfə olaraq kimyada molekulların modelləşdirilməsində kvant və klassik yanaşmaları uzlaşdıra biliblər. *** Oktyabrın 10-da ədəbiyyat sahəsində 2013-cü il Nobel mükafatı laureatının adı açıqlanıb. Nobel Mükafatları Komitəsindən verilən məlumata görə, ədəbiyyat üzrə mükafata Kanada yazıçısı xanım Elis Munro (Alice Ann Munro) layiq görülüb. İsveç Kral Akademiyası yazıçını "müasir hekayə janrının ustadı" kimi qiymətləndirib. Öz əsərlərində realizm prinsiplərinə əsaslanıb. Elis Munro Nobel mükafatları tarixində (1901-2013) ədəbiyyat sahəsində ali mükafata layiq görülmüş 13-cü qadındır. Qeyd edək ki, oktyabrın 11-də sülh, 14-də iqtisadiyyat üzrə qaliblərin adları açıqlanacaq. Bununla da İsveçdə Nobel həftəliyi başa çatacaq. 2013-cü ilin laureatlarının mükafatlandırılması mərasimi, hər il olduğu kimi, dekabrın 10-da Alfred Nobelin anım günündə keçiriləcək. Qaliblərə mükafatın təsisçisinin əksi təsvir olunmuş qızıl medal, diplom və 8 milyon İsveç kronu və ya 1,2 milyon ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, mükafatlar 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib. Tibb və fiziologiya üzrə Nobel mükafatı laureatları Ceyms Rotman (James E.Rothman) 1950-ci ildə ABŞ-ın Massaçusets ştatının Xeyverxill şəhərində anadan olub. 1976-cı ildə Harvard Tibb Məktəbində doktorluq elmi dərəcəsi alıb. Massaçusets Texnologiya İnstitutunun əməkdaşı olub, 1978-ci ildə Kaliforniyada Stenford Universitetində hüceyrədaxili daşınma sahəsində tədqiqatlara başlayıb. C.Rotman eyni zamanda Prinston Universitetində, Memorial Sloan-Kettering Cancer Institute-də və Kolumbiya Universitetində çalışıb. 2008-ci ildən Yel Universitetində tədqiqatlar aparır. Hazırda bu universitetin professoru və hüceyrə biologiyası kafedrasının müdiridir. Endi Şekman (Randy W.Schekman) 1948-ci ildə Amerikanın Minnesota ştatının Sent-Pol şəhərində anadan olub. Kaliforniya və Stenford universitetlərində təhsil alıb. 1974-cü ildə Artur Kornberqin (1959-cu ildə Nobel mükafatına layiq görülüb) rəhbərliyi altında çalışıb. 1976-cı ildə E.Şekman Kaliforniya Berkli Universitetində fəaliyyətini davam etdirib. Hazırda bu universitetin molekulyar və hüceyrə biologiyası kafedrasının professorudur. E.Şekman eyni zamanda Howard Hughes Medical Institute-də tədqiqatlara rəhbərlik edir. Tomas Züdhof (Thomas C.Südhof) 1955-ci ildə Almaniyanın Gettingen şəhərində anadan olub. O, Gettingendə Georg-August-York Universitetində oxuyub, 1982-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsi alıb. Elə həmin il neyrokimya sahəsində doktorluq işini müdafiə edib. 1983-cü ildə ABŞ-ın Texas Cənub-Qərb Tibb Mərkəzində tibb professorları Maykl Broun və Cozef Qoldsteynin rəhbərliyi altında tədqiqatlar aparıb. T.Züdhof 1991-ci ildə Howard Hughes Medical Institute-nin əməkdaşı kimi fəaliyyət göstərib. 2008-ci ildə Stenford Universitetinin molekulyar və hüceyrə fiziologiyası kafedrasının professoru təyin olunub. Kimya üzrə Nobel mükafatı laureatları Maykl Levitt 1947-ci ildə Cənubi Afrika Respublikasında, Pretoriya ştatında anadan olub. 1964-1967-ci illərdə London Kral Kollecində oxuyub. Burada fizika üzrə bakalavr diplomu alıb. 1974-cü ildə Kembric Universitetinin molekulyar biologiya kafedrasında elmi işçi kimi fəaliyyətə başlayıb. 1979-1987-ci illərdə İsraildə Veysman İnstitutunda dosent, 1980-1983-cü illərdə fiziki-kimya şöbəsinin müdiri olub. 1987-ci ildən Stenford Universitetinin tibb məktəbinin struktur biologiya şöbəsinin professorudur. Martin Karplyus 1930-cu ildə Avstriyanın Vyana şəhərində anadan olub. 1950-ci ildə Harvard Universitetində bakalavr elmi dərəcəsi alıb. Daha sonra iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqlə Kaliforniya Universitetində çalışıb. 1953-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1953-1955-ci illərdə Oksford Universitetində işləyib. Elmi fəaliyyət sahəsi kvant kimyası və nüvə spektroskopiyası olan alim hazırda Kaliforniya Texnologiya İnstitutu və Harvard Universitetində fəaliyyət göstərir. Arye Uorşel 1940-cı ildə İsraildə anadan olub. Xayfa şəhərində Texnion Universitetinə daxil olan A.Uorşel 1966-cı ildə kimya üzrə bakalavr elmi dərəcəsi alıb. 1967 və 1969-cu illərdə Veysman İnstitutunda magistr və fəlsəfə doktoru olub. 1970-1972-ci ildə Harvard Universitetində elmi təcrübə keçib. O, daha sonra Kembric Universitetində molekulyar biologiya laboratoriyasında işləyib. A.Uorşel 1976-cı ildən Cənubi Kaliforniya Universitetinin kimya fakültəsində fəaliyyət göstərir. Fizika üzrə Nobel mükafatı laureatları Piter Xiqqs 1929-cu ildə Böyük Britaniyanın Nyukasl şəhərində anadan olub. O, London Kral Kollecini bitirib. Fizika üzrə doktorluq dissertasiyasını alim bu kollecdə müdafiə edib. Daha sonra isə öz fəaliyyətini Edinburq Universitetində davam etdirib. O bu universitetdən istefaya çıxıb. London Kral Cəmiyyətinin üzvüdür. P.Xiqqs 1960-cı illərdən başlayaraq yapon fiziki Eitiru Nambunun (2008-ci ildə Nobel mükafatı alıb) simmetriyanın spontan pozulması konsepsiyasını inkişaf etdirib. O bu konsepsiyanı ifrat keçiricilərə tətbiq edib. Fransua Enqler 1932-ci ildə Brüsseldə anadan olub. O, 1955-ci ildə Brüssel Açıq Universitetini mühəndis-elektrik mexaniki ixtisası üzrə bitirib. 1959-cu ildə Enqler bu universitetdə fizika üzrə dissertasiya müdafiə edib. 1959-1961-ci illərdə Kornell Universitetində çalışıb. 1998-ci ildən Brüssel Universitetinin fəxri professoru seçilib. 2011-ci ildən Kaliforniyadakı Çempen Universitetinin dəvət olunmuş professorudur. O, eyni zamanda 1998-ci ildən Təl-Əviv Universitetinin fizika və astronomiya kollecinin professoru kimi fəaliyyət göstərir. Alim əsasən statistik fizika, sahənin kvant nəzəriyyəsi, kosmologiya sahələrində ixtisaslaşıb. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elis Munro 1931-ci ildə Kanadanın Vingem şəhərində anadan olub. Bədii ədəbiyyat sahəsində 3 dəfə Kanadanın qubernatoru adına mükafat alıb. Kanadanın Şimali Ontario Universitetində təhsil alıb. O, Kanada ədəbiyyatının patriarxı hesab olunur. E.Munro Nobel mükafatına layiq görülmüş ilk Kanada yazıçısıdır. 2009-cu ildə lBuker» beynəlxalq ədəbi mükafatına layiq görülüb. 2013-cü ilin yayında 82 yaşlı Munro ədəbiyyatı tərk etdiyini bildirib. Onun sonuncu kitabı ötən ilin payızında dərc olunmuş "Qiymətli həyat" hekayələr toplusudur. “Azərbaycan müəllimi” qəzeti 11 oktyabr 2013-cü il
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı