SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avropa İttifaqının Tempus proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin nəticələri məlum olmuşdur.
Azərbaycan ali məktəblərinin müsabiqəyə təqdim etdikləri 13 layihə uğur qazanmışdır. Qazanılmış layihələrdən 3-ü Azərbaycan Dillər Universiteti (“Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi” – 1 142 902 avro), Azərbaycan Dövlət İqtisad Universiteti (“Beynəlxalq əlaqələr üzrə universitet idarəetməsinin inkişafı və təkmilləşdirilməsi” – 653 908 avro) və Xəzər Universiteti (“Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” – 725 273 avro) tərəfindən təqdim olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Tempus proqramında 1995-ci ildən iştirak etməyə başlamışdır. Azərbaycanın dövlət və özəl ali məktəbləri müxtəlif prioritet sahələr üzrə Tempus layihələrində fəal iştirak edirlər. Hazırda Azərbaycanın bölgələrində fəaliyyət göstərən universitetlərinin iştirakını və struktur tədbirləri nəzərdə tutan layihələrə xüsusilə üstünlük verilir.
Ümumiyyətlə, Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı ildən-ilə artmaqda davam edir. Belə ki, əgər 2012-ci ildə 45 layihə təqdim olunmuşdusa, 2013-cü ildə bu rəqəm 63-ə çatmışdır. Bu il ali məktəblərimiz tərəfindən təqdim olunan layihələrin 23-ü ilkin seçim mərhələsindən keçmiş, 13-ü isə təsdiq olunmuşdur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl