SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Almaniyanın Berlin Texniki və İqtisad Universitetində Azərbaycan iqtisadiyyatına dair magistr dissertasiyasının müdafiəsi keçirilmişdir.
Həmin universitetin magistrantı tərəfindən yazılmış dissertasiya işi “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusuna həsr olunmuşdur.
Tədqiqat işinə Almaniya tərəfdən Berlin Texniki və İqtisad Universitetinin professoru Klouz Tomasberger, Azərbaycan tərəfdən isə ADİU-nun beynəlxalq iqtisadi münasibətlər kafedrasının dosenti Mənsur Bərxudarov elmi rəhbərlik etmişdir.
İyirmi illik dövrü əhatə edən müstəqillik illərində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların sistemli və kompleks təhlili, ən əsası bu uğurların alman elmi ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən dissertasiya işi yüksək səviyyədə müdafiə olunmuşdur. Müdafiə prosesində iştirak edən M.Bərxudarov tədqiqat işinə dair rəy və təkliflərlə çıxış etmişdir.
AzərTAc
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl