• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Memarlıq və İnşaat Universiteti Sankt-Peterburqda keçirilən XXII Beynəlxalq baxış-müsabiqəsində uğur qazanmışdır.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində memarlıq məktəblərinin buraxılış işlərinin XXII Beynəlxalq baxış-müsabiqəsi keçirilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AMİU) müsabiqəyə bu ali təhsil ocağının memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası ixtisasları üzrə 12 buraxılış işi və 6 magistr dissertasiyası təqdim edilmişdir.
Müsabiqədə Azərbaycan AMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dizayn kafedrasının müdiri, professor N.Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunurdu. Müsabiqəyə Sankt-Peterburq şəhəri Memarlar İttifaqındakı qrafik işlərin sərgisi, elmi-metodik konfrans, dərslik və dərs vəsaitlərinin müsabiqəsi və digər tədbirlər daxil idi.
Müsabiqəyə AMİU-dan göndərilən 12 bakalavr işi və 6 magistr dissertasiyası fəxri diploma layiq görülmüşdür (10 nəfər I dərəcəli, 7 nəfər II dərəcəli, 1 nəfər III dərəcəli diplom). Qaliblər arasında 1 bakalavr buraxılış işi Rusiya Federasiyasının Memarlar İttifaqının, 1 magistr dissertasiyası isə Beynəlxalq Memarlar Assosiasiyasının fəxri diplomuna layiq görülmüşdür.
Çox önəmli haldır ki, beynəlxalq müsabiqənin yeni şərtlərinə görə, həmin qaliblərin rəhbərləri də Beynəlxalq Regional İctimai Təşkilatın laureat diplomları ilə mükafatlandırılmışlar. Fakültə həmin müsabiqədə dərslik və dərs vəsaitləri nominasiyasında da iştirak etmiş və müəllif laureat adını qazanmışdır.
Qeyd edək ki, müsabiqənin 2014-cü ildə AMİU-da keçirilməsi gözlənilir.
 
AzərTAc
11 oktyabr 2013-cü il


10 il əvvəl