• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan tərəfindən ayrılmış vəsait hesabına Çinin Sıçuan əyalətində zəlzələdən sonra inşa edilmiş məktəb binasına xatirə lövhəsi vurulmuşdur.

Məlum olduğu kimi, 2008-ci ilin mayında Çinin Sıçuan əyalətində Rixter cədvəli ilə 8 bal gücündə baş vermiş zəlzələ böyük dağıntılara səbəb olmuş, o cümlədən bir çox məktəb binası və digər sosial obyektlər dağılmışdır. Hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sıçuan əyalətində dağılmış məktəb binasının inşası üçün 1 milyon ABŞ dolları vəsait ayrılmışdır. Bu vəsait hesabına 2008-ci ilin dekabrında yüksək dağlıq ərazi olan Vençuan bölgəsinin Xouba yaşayış məntəqəsində hər cür şəraiti olan müasir məktəb kompleksinin inşasına başlanılmış, 2009-cu ilin avqustunda kompleksin əsas hissəsi hazır olmuş, 2012-cin fevralında isə layihə üzrə bütün işlər başa çatdırılmışdır.
Azərbaycanın Çindəki səfirliyinin yerli hakimiyyət orqanları ilə apardığı məsləhətləşmələrdən sonra məktəb binasına xatirə lövhəsi vurulmuşdur. Lövhədə qeyd olunur ki, zəlzələdən sonra ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək insanlıq keyfiyyətlərini nümayiş etdirərək, fəlakət qurbanlarına humanitar yardım göstərmiş, məktəbin əvvəlki yerində yenidən tikilməsində böyük rol oynamışdır.
Yaxın vaxtlarda Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri Sıçuan əyalətinə səfər edərək, məktəblilərə hədiyyələr, o cümlədən Azərbaycan haqqında əyani vəsaitlər təqdim edəcəklər.
 
AzərTAc


10 il əvvəl