• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bu ilin oktyabrından etibarən ilk dəfə olaraq Polşanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı fənlər daxil edilmişdir.

Bu fənlərin tədrisini milliyyətcə azərbaycanlı, Varşava Universitetinin fəlsəfə elmləri doktoru, Polşada təsis edilən Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova həyata keçirəcəkdir. Azərbaycanla bağlı fənlər proqrama yeni əlavə olunmasına baxmayaraq, dərslərə yazılan tələbələrin sayı gözləniləndən yüksək olmuşdur.
Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən və Polşadakı səfirliyin Varşava Universitetinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində ərsəyə gələn bu tədris layihəsinin rəsmi təqdimatı oktyabrın 11-də Varşava Universitetində keçirilmişdir. Tədbirdə səfir Həsən Həsənov azərbaycanşünaslıqla bağlı fənləri seçən tələbələrlə görüşmüş, onların qarşısında geniş məruzə ilə çıxış etmişdir.
Diplomat son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mədəniyyətin inkişafına göstərilən qayğıdan, həyata keçirilən irimiqyaslı beynəlxalq və regional layihələrdən, iqtisadiyyatda əldə edilmiş uğurlardan danışmışdır. O, dövlətimizin başçısının Azərbaycanın milli maraq və mənafelərinin qorunmasını başlıca şərt kimi irəli sürdüyünü və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdiyini diqqətə çatdırmışdır. Həsən Həsənov Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılmasında və növbəti nəsillərə çatdırılmasında, mədəniyyətimizin dünyada geniş təbliğində, nəinki Azərbaycanda, bütün dünyada qədim ümumbəşəri tarixi abidələrin bərpası və qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolunu vurğulamışdır. Səfir, həmçinin Azərbaycan tarixi, ədəbiyyatı, qədim eposları, xalçaçılıq, musiqi, memarlıq sənəti, Azərbaycan-Polşa mədəni əlaqələri haqqında geniş məlumat vermişdir. Səfir tələbələrin Azərbaycan turizmi, kinosu, mətbəxi, qədim abidələri ilə bağlı suallarını da cavablandırmışdır.
Sonda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablar hədiyyə olunmuşdur.
 
AzərTAc


10 il əvvəl