SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 1-də Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Peşə Seçiminə Dəstək Sistemi portalının əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir PSDS-in əsas məqsədinin orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdləri maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək və məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarət olduğunu bildirib. Türkiyənin "Kavrakoğlu" şirkətinin baş menecerinin köməkçisi İncilay Kesik PSDS portalının texniki imkanları və məzmunu haqqında məlumat verib. Portalda “Özünü tanı”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri”, “Şagird qəbulu”, “CV yüklə” və “CV siyahısı” bölmələrinin yer aldığını söyləyən İ.Kesik istifadəçilərə təklif olunan xidmətlərin üstün cəhətlərindən danışıb. İ.Kesik istifadəçilərin "Özünü tanı" bölməsindəki 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra biləcəklərini qeyd edib. "Peşə ixtisasları" bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etməyin mümkünlüyünü bildirən qonaq istifadəçilərə "Peşə təhsili müəssisələri" bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya almaq və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə etmək imkanı verildiyini vurğulayıb. "Kavrakoğlu" şirkətinin nümayəndəsi "Şagird qəbulu" bölməsinə daxil olan istifadəçilərin peşə təhsili müəssisələrinə ərizə ilə müraciət edə biləcəklərini nəzərə çatdırıb, həmçinin "CV yüklə" və "CV siyahısı" bölmələri haqqında dolğun məlumat verib. "Kavrakoğlu" şirkətinin baş meneceri Dilek Bağdatlıoğlu bildirib ki, PSDS orta məktəb şagirdlərinə peşə seçimlərində dəstək vermək üçün nəzərdə tutulub. Qonaq peşə təhsili almaq istəyənlərin düzgün istiqamətləndirilməsi, peşə və iş əldə etmək istəyən şəxslərin uyğun peşəyə yiyələnmələrinə yardım göstərilməsi, tədris müəssisələrinin və peşələrin ictimaiyyətə daha yaxından tanıdılması məsələlərinin də PSDS-in əsas hədəfində olduğunu qeyd edib. Misir Mərdanov PSDS-in mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının gərəkli olduğunu bildirərək bu sistemin cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. PSDS-in uğurlu fəaliyyətinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələrə toxunan nazir bir sıra tapşırıq və tövsiyələrini verib. Daha sonra yeni portalın fəaliyyətinin peşə təhsilinin inkişafına təsiri ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq rəy və təkliflər səsləndirilib.
08/07/2015 16:52
Aprelin 2-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Ankara Universitetinin rektoru Erkan İbiş ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla Türkiyə arasında təşəkkül tapmış qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində geniş əməkdaşlığının mövcudluğunu önə çəkən Misir Mərdanov yaradılan əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Ankara Universitetinin rektoru Erkan İbiş səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. İkitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaq rəhbəri olduğu ali məktəbdə tədris olunan ixtisaslar və Ankara Universitetinin maddi-texniki imkanları haqqında məlumat verib. Rektor Bakı Dövlət Universiteti ilə hüquq sahəsində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söhbət açıb. Bu məqsədlə seçilmiş 30 tələbənin müvafiq proqram əsasında təhsil aldığını söyləyən qonaq gələcəkdə digər ixtisaslar üzrə də ikili diplomların verilməsinin mümkünlüyünü nəzərə çatdırıb. Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında hüquq sahəsində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsini əhəmiyyətli bir addım kimi dəyərləndirib. Ali məktəblərin qarşılıqlı əlaqələrinin inkişafına Təhsil Nazirliyi tərəfindən hərtərəfli dəstək veriləcəyini bildirən nazir, həmçinin elmi-tədqiqat sahəsində əməkdaşlığın yaradılması məsələlərinə toxunub. Görüşdə daha sonra universitetlərarası əməkdaşlığın inkişafı, müəllim-tələbə mübadiləsinin aparılması və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Aprelin 3-də Təhsil Nazirliyində ənənəvi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayaraq bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İDEA, “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə keçirilir. Nazir olimpiadasının keçirilməsinin məqsədinin dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlərlə bağlı gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsi və mədəni, tarixi, eləcə də sosial estetik dəyərləri qorumaqdan ibarət olduğunu qeyd edib. Misir Mərdanov Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının ildən-ilə artdığını vurğulayıb. Bu il keçirilən olimpiadanın coğrafiyasının çox geniş və əhatəli olduğunu qeyd edən təhsil naziri Azərbaycanla yanaşı, dünyanın 45 ölkəsindən 500-dək şagirdin yarışmada iştirak etdiyini bildirib. Nazir olimpiadanın yekununda daha güclülərin qalib gələcəyinə və iştirakçıların hər birinin Azərbaycandan xoş təəssüratla ayrılacağına əminliyini ifadə edib. Aprelin 5-də açılış mərasimi olacaq olimpiadaya Azərbaycanın 180 orta məktəbindən daxil olan 214 layihədən 78-nin, digər ölkələrdən təqdim edilən 625 layihədən isə 52-nin seçilməsi barədə məlumat verən Misir Mərdanov həmin layihələr arasından qaliblərin müəyyənləşdiriləcəyini nəzərə çatdırıb. Olimpiadanın ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib. Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanla, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə dostluq əlaqələri yaratmağı tövsiyə edib. Çıxışının sonunda nazir olimpiada iştirakçılarına uğurlar arzulayıb və bütün ölkələrin yarışmanın yekun mərhələsinə qatılmış təmsilçilərinin əməyini yüksək dəyərləndirib. Sonra Nepal, Anqola, İndoneziya, Əfqanıstan, Tailand və digər ölkələrdən olan iştirakçılar görüşdən məmnun olduqlarını nəzərə çatdırıb, göstərilən səmimi münasibətə görə təşəkkürlərini bildiriblər. Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz da iştirak ediblər.
08/07/2015 16:52
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının (ÇXR) təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq ÇXR azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib.
Təqaüd proqramı çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamızda daha çox ehtiyac duyulan ixtisaslar üzrə Çinin nüfuzlu universitetlərinə qəbul nəzərdə tutulub. Qeyd edək ki, təhsil çin dilində olduğuna görə təqaüdə layiq görülmüş tələbələr 1 il dil üzrə hazırlıq kursu keçməlidirlər. Təqaüd proqramı təhsil haqqını, qeydiyyat, laboratoriya, təcrübə, tədris materialları, yataqxana, aylıq yaşayış və aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş) xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12 aprel 2013-cü il saat 18:00-a kimi sənədlərini Təhsil Nazirliyinə təqdim edə bilərlər.
08/07/2015 16:52
Aprelin 6-da akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 fevral 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş müvafiq fəaliyyət planı əsasında ümumi təhsil məktəblərində «Heydər Əliyev məktəblilərin gözü ilə» inşa yazı müsabiqəsi keçirilib. Üç mərhələdən – məktəb, rayon (şəhər) və respublika mərhələlərindən ibarət olan inşa yazı müsabiqəsinin yekun mərhələsinə 108 nəfər iştirak hüququ qazanıb. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov və bir sıra digər qonaqlar iştirak ediblər. Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsinə məktəblilərin böyük maraq göstərdiklərini qeyd edib. Hər il bir qayda olaraq, ümumi təhsil məktəbləri və peşə liseyləri şagirdlərinin qatıldığı müsabiqə haqqında məlumat verən nazir müsabiqənin Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirildiyini nəzərə çatdırıb. Artıq yeddinci ildir ki, təşkil olunan bu müsabiqədə hər il 600 mindən artıq şagirdin iştirak etdiyini söyləyən təhsil naziri bildirib ki, ümummilli liderin doğum günü ərəfəsində müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcəkdir. Misir Mərdanov müsabiqəyə qatılan şagirdlərin səyini yüksək dəyərləndirib, bunu ulu öndərin xatirəsinə hədsiz hörmət və ehtiramın parlaq təzahürü kimi qiymətləndirib. Nazir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından inşa yazı müsabiqəsinin əhəmiyyətindən söhbət açıb, bunun ümummilli liderə ehtiramın bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Təhsil naziri çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb. Sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edilib və məktəblilər “Ulu öndər Heydər Əliyev – nəsillərə nümunə olan dahi şəxsiyyət» mövzusunda inşa yazmağa başlayıblar. Onu da qeyd edək ki, bilik yarışının qaliblərinin ulu öndər haqqında fikir və düşüncələrinin maraqla qarşılandığı nəzərə alınaraq ən yaxşı işlər toplu şəklində nəşr olunacaq. Müsabiqənin qaliblərinə ənənəyə uyğun olaraq, mükafat və müxtəlif hədiyyələr təqdim ediləcək.
08/07/2015 16:52
Aprelin 9-da Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.
Qeyd edək ki, müsabiqə “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Mədəd-Azərbaycan” təşkilatı, AZEDUNET, "Ultra", “Dr.Web” və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir. Müsabiqədə iştirak etmək üçün www.musabiqe.edu.az rəsmi internet səhifəsindən daha ətraflı məlumat almaq mümkündür. “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətlərində təşkil olunan “Elektron Təhsil” Respublika müsabiqəsi üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə müəyyən olunacaq. “Təhsildə internet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən ediləcək. Müsabiqədə hər 3 nominasiya üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaq. Məlumat üçün bildiririk ki, “Elektron Təhsil” Respublika müsabiqəsi artıq dördüncü ildir keçirilir və ümumilikdə bu müsabiqəyə 2000-dən artıq layihə təqdim edilib.
08/07/2015 16:52
Xaçmazda Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar. Daha sonra tədbir iştirakçıları Xaçmazdakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmuşlar. Bunun ardınca tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseydə dünya şöhrətli oftalmoloqun adını daşıyan muzeydə olmuşlar. Mərasim rayon mədəniyyət evində davam etdirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin qatıldıqları tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları İlham Əliyev, Nizami Cəfərov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ümummilli liderin müasir Azərbaycanın qurulmasındakı əvəzsiz xidmətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin inkişafı üçün başlıca vəzifə kimi daim gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasını vacib saymışdır. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm və mədəniyyətlə məşğul olan insanlara, xüsusən də müəllimlərə daim gənclərin milli-mənəvi dəyərlər zəminində tərbiyə olunmasını tövsiyə etmişdir. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən natiqlər onun tarixin ağır sınaqlarından uğurla çıxdığını, müstəqilliyimizin qorunub saxlanılması üçün səylə çalışdığını bildirmişlər. Vurğulanmışdır ki, məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada güclü potensiala malik ölkə kimi tanınır. AzərTAc
08/07/2015 16:52
Aprelin 15-də təhsil naziri Misir Mərdanov “Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə meneceri Devid Horki, Afrika və MDB ölkələri üzrə baş meneceri Nader Kırqız və agentliyin Türkiyə təmsilçisi Mətin Tunç ilə görüşüb.
Nazir qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edərək “Tomson Röyters” Agentliyi ilə əməkdaşlığın inkişafı üçün son illər xeyli işlər görüldüyünü bildirib. Agentliyin fəaliyyətinə ölkəmizdə böyük maraq olduğunu nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda elmin inkişafı, alimlərimizin beynəlxalq səviyyədə tanınması, impakt faktoru olan elmi jurnallarda daha çox məqalələrin dərc olunması baxımından səmərəli əlaqələrin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edib. Hələlik Azərbaycanda dərc olunan yalnız bir jurnalın “Tomson Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil edildiyini söyləyən təhsil naziri onların sayının artması, azərbaycanlı alimlərin məqalələrinə istinad indeksinin yüksəlməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə çatdırıb. Misir Mərdanov Azərbaycanda nəşr olunan 400-ə yaxın elmi jurnal və məcmuənin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil edildiyi haqqında qonaqlara məlumat verib. Son illər Azərbaycan alimlərinin impakt faktoru olan beynəlxalq elmi jurnallarda daha çox məqalələrinin dərc edildiyini vurğulayan nazir bu baxımdan “Tomson Röyters” Agentliyi ilə birgə beynəlxalq konfransların təşkilinin əhəmiyyətinə toxunub. Agentliklə əməkdaşlıq sayəsində beynəlxalq patentlər barədə məlumatların alınmasının perspektiv elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə müsbət təsiri barədə fikirlərini bildirən təhsil naziri qarşılıqlı əlaqələrin inkişafına verdikləri önəmə görə qonaqlara təşəkkürünü bildirib. “Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə meneceri Devid Horki səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təmsil etdiyi agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən qonaq “Tomson Röyters” Agentliyi ilə əməkdaşlığın əhəmiyyəti haqqında fikirlərini bildirib. Devid Horki qeyd edib ki, Azərbaycanın elmi nəşrlərinin “Tomson Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olunması, impakt faktoru olan beynəlxalq elmi jurnallarda azərbaycanlı alimlərin daha çox məqalələrinin dərc edilməsi və digər istiqamətlər üzrə uğurlu nəticələrin qazanılması üçün agentlik tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. “Tomson Röyters” Agentliyinin Afrika və MDB ölkələri üzrə baş meneceri Nader Kırqız birgə əməkdaşlığın inkişafı istiqamətində Azərbaycana hərtərəfli dəstək göstərməyə hazır olduqlarını bildirib. Qonaq qeyd edib ki, ilkin olaraq ali təhsil müəssisələrinin nümayəndələri, elmi jurnalların kollektivləri və alimlər üçün müvafiq seminarlar təşkil ediləcək, qarşıya qoyulmuş hədəflərə uyğun strategiya müəyyənləşdiriləcəkdir. Təhsil naziri Misir Mərdanov Azərbaycana “Tomson Röyters” Agentliyinin məlumat bazasından istifadə hüququnun verilməsi istiqamətində müvafiq sənədlərin hazırlanması üçün bir sıra digər dövlət qurumları ilə birgə işlərin görüldüyünü nəzərə çatdırıb. Qarşılıqlı əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edən nazir Azərbaycanın yaxın gələcəkdə “Tomson Röyters” Agentliyinin ən yaxın tərəfdaşına çevriləcəyinə ümidvar olduğunu bildirib. Daha sonra görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Aprelin 16-da təhsil naziri Misir Mərdanov Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından söhbət açıb. Qazi Universitetinin dekanı Alev Kurunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri doktoru adına layiq görülməsi münasibəti ilə təbrik edən nazir onun Azərbaycana bağlılığının və xalqımıza olan ehtiramının ölkəmizdə yüksək dəyərləndirildiyini bildirib. Xalqlarımızın ortaq milli, mədəni və tarixi köklərə bağlı olduğunu, bunun dövlətlərarası əlaqələrdə, eləcə də təhsil sahəsindəki əməkdaşlıqda müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə çatdıran Misir Mərdanov ziyalıların, tanınmış insanların qarşılıqlı səfərlərinin xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayıb. Qazi Universitetinin dekanı Alev Kuru görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycana qəlbən bağlı olduğunu bildirən qonaq ölkəmizin uğurlarından, müasir dövlət kimi inkişafından qürur duyduqlarını söyləyib. Xalqlarımızın hər zaman biri-birinə dayaq olduğunu vurğulayan Alev Kuru Azərbaycanda onlara göstərilən diqqətə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Təhsil naziri bu səfərin Qazi Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinə uyğun olaraq təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə toxunan nazir bu baxımdan qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib. Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
17 aprel 2013-cü il tarixində Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi 2000-ci ildən başlayaraq hər il uşaq və yeniyetmələrin Respublika texniki yaradıcılıq müsabiqəsini keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə rayon, şəhər və Respublika mərhələləri olmaqla 8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilib. Fevral ayından başlayan müsabiqənin rayon, şəhər mərhələsində 3 mindən çox məktəbli iştirak edib və I, II, III yerləri tutmuş 280 nəfər zona mərhələsində iştirak etmək hüququ qazanıb. Zona yarışlarında 45 rayon və şəhərdən 179 nəfər qalib gələrək final mərhələsinə qatılıb. Texniki yaradıcılığın aviamodel, kosmik raket, avtomodel, gəmi modeli, radiotexnika növləri üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin Respublika mərhələsinə isə 179 iş təqdim edilib. Respublika mərhələsində nümayiş olunan işlərə münsiflər heyəti tərəfindən baxış keçirildikdən sonra 45 qalib müəyyənləşdirilib. I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı