• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 1-də Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Peşə Seçiminə Dəstək Sistemi portalının əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir PSDS-in əsas məqsədinin orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdləri maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək və məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarət olduğunu bildirib.
Türkiyənin "Kavrakoğlu" şirkətinin baş menecerinin köməkçisi İncilay Kesik PSDS portalının texniki imkanları və məzmunu haqqında məlumat verib. Portalda “Özünü tanı”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri”, “Şagird qəbulu”, “CV yüklə” və “CV siyahısı” bölmələrinin yer aldığını söyləyən İ.Kesik istifadəçilərə təklif olunan xidmətlərin üstün cəhətlərindən danışıb.
İ.Kesik istifadəçilərin "Özünü tanı" bölməsindəki 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra biləcəklərini qeyd edib. "Peşə ixtisasları" bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etməyin mümkünlüyünü bildirən qonaq istifadəçilərə "Peşə təhsili müəssisələri" bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya almaq və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə etmək imkanı verildiyini vurğulayıb. "Kavrakoğlu" şirkətinin nümayəndəsi "Şagird qəbulu" bölməsinə daxil olan istifadəçilərin peşə təhsili müəssisələrinə ərizə ilə müraciət edə biləcəklərini nəzərə çatdırıb, həmçinin "CV yüklə" və "CV siyahısı"  bölmələri haqqında dolğun məlumat verib.
"Kavrakoğlu" şirkətinin baş meneceri Dilek Bağdatlıoğlu bildirib ki, PSDS orta məktəb şagirdlərinə peşə seçimlərində dəstək vermək üçün nəzərdə tutulub. Qonaq peşə təhsili almaq istəyənlərin düzgün istiqamətləndirilməsi, peşə və iş əldə etmək istəyən şəxslərin uyğun peşəyə yiyələnmələrinə yardım göstərilməsi, tədris müəssisələrinin və peşələrin ictimaiyyətə daha yaxından tanıdılması məsələlərinin də PSDS-in əsas hədəfində olduğunu qeyd edib.
Misir Mərdanov PSDS-in mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının gərəkli olduğunu bildirərək bu sistemin cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. PSDS-in uğurlu fəaliyyətinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələrə toxunan nazir bir sıra tapşırıq və tövsiyələrini verib.
Daha sonra yeni portalın fəaliyyətinin peşə təhsilinin inkişafına təsiri ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq rəy və təkliflər səsləndirilib.


10 il əvvəl