• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının (ÇXR) təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq ÇXR azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib.

Təqaüd proqramı çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamızda daha çox ehtiyac duyulan ixtisaslar üzrə Çinin nüfuzlu universitetlərinə qəbul nəzərdə tutulub.
Qeyd edək ki, təhsil çin dilində olduğuna görə təqaüdə layiq görülmüş tələbələr 1 il dil üzrə hazırlıq kursu keçməlidirlər. Təqaüd proqramı təhsil haqqını, qeydiyyat, laboratoriya, təcrübə, tədris materialları, yataqxana, aylıq yaşayış  və aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş) xərclərini əhatə edir.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12 aprel 2013-cü il saat 18:00-a kimi sənədlərini Təhsil Nazirliyinə təqdim edə bilərlər.


10 il əvvəl