SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 6-da akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 fevral 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş müvafiq fəaliyyət planı əsasında ümumi təhsil məktəblərində «Heydər Əliyev məktəblilərin gözü ilə» inşa yazı müsabiqəsi keçirilib. Üç mərhələdən – məktəb, rayon (şəhər) və respublika mərhələlərindən ibarət olan inşa yazı müsabiqəsinin yekun mərhələsinə 108 nəfər iştirak hüququ qazanıb.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov və bir sıra digər qonaqlar iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsinə məktəblilərin böyük maraq göstərdiklərini qeyd edib. Hər il bir qayda olaraq, ümumi təhsil məktəbləri və peşə liseyləri şagirdlərinin qatıldığı müsabiqə haqqında məlumat verən nazir müsabiqənin Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirildiyini nəzərə çatdırıb.
Artıq yeddinci ildir ki, təşkil olunan bu müsabiqədə hər il 600 mindən artıq şagirdin iştirak etdiyini söyləyən təhsil naziri bildirib ki, ümummilli liderin doğum günü ərəfəsində müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcəkdir. Misir Mərdanov müsabiqəyə qatılan şagirdlərin səyini yüksək dəyərləndirib, bunu ulu öndərin xatirəsinə hədsiz hörmət və ehtiramın parlaq təzahürü kimi qiymətləndirib.
Nazir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından inşa yazı müsabiqəsinin əhəmiyyətindən söhbət açıb, bunun ümummilli liderə ehtiramın bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Təhsil naziri çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edilib və məktəblilər “Ulu öndər Heydər Əliyev – nəsillərə nümunə olan dahi şəxsiyyət» mövzusunda inşa yazmağa başlayıblar.
Onu da qeyd edək ki, bilik yarışının qaliblərinin ulu öndər haqqında fikir və düşüncələrinin maraqla qarşılandığı nəzərə alınaraq ən yaxşı işlər toplu şəklində nəşr olunacaq. Müsabiqənin qaliblərinə ənənəyə uyğun olaraq, mükafat və müxtəlif hədiyyələr təqdim ediləcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl