SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 20-də “Hyatt-Regency” otelində Koreya universitetlərinin təhsil sərgisi keçirilib.
Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə qonaqları salamlayıb və bildirib ki, sərginin keçirilməsində əsas məqsəd Koreyanın qabaqcıl universitetlərini Azərbaycanda tanıtdırmaq, iki ölkənin təhsil sahəsindəki əlaqələrini inkişaf etdirməkdir. Təhsil naziri son illər Koreya ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlıqdan, azərbaycanlı tələbələrin Koreya universitetlərində təhsil almasından, habelə müvafiq sahədə atılan addımlardan söz açıb. Nazir qeyd edib ki, sərgi Koreyada təhsil almaq arzusunda olan azərbaycanlı gənclər üçün əlverişli imkan yaradacaq. Misir Mərdanov sərginin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib və bu tədbirin iki ölkənin təhsil sahəsi üzrə əlaqələrinin genişləndirilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Tədbirdə Koreya Respublikasının ölkəmizdəki səfiri Lyu Kvanq Çul çıxış edərək, iki ölkə arasındakı əlaqələri xüsusi qeyd edib, eləcə də sərginin keçirilməsini yüksək dəyərləndirib. Məlumat üçün bildirək ki, Koreyanın 13 ali təhsil müəssisəsinin iştirak etdiyi sərgidə müvafiq ölkənin təhsil sisteminə və burada fəaliyyət göstərən universitetlərə dair ətraflı məlumat verilib.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “British Council” təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak edir.
Beynəlxalq konfransa dünyanın 70-dən çox ölkəsindən 1400 təhsil eksperti, təhsil nazirləri, təhsili idarəetmə qurumlarının əməkdaşları və elm adamları qatılıb. Qeyd edək ki, “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransın 3 gün davam etməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Təhsil naziri Misir Mərdanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfrans çərçivəsində “British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb.
Görüşdə Azərbaycanda “British Council” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub. Qeyd edək ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan “British Council” təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Həmçinin, Azərbaycanla sıx əməkdaşlıq edən “British Council” ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.
08/07/2015 16:52
Martın 9-da təhsil naziri Misir Mərdanov «Ən yaxşı müəllim» müsabiqəsi üzrə fənn komissiyalarının üzvləri ilə görüşüb.
Görüş iştirakçılarını salamlayan nazir artıq altıncı ildir keçirilən «Ən yaxşı müəllim» müsabiqəsinin 3 mərhələdən ibarət olduğunu söyləyib. Bəzi statistik göstəricilərə toxunan Misir Mərdanov qeyd edib ki, müsabiqədə iştirak üçün sənəd vermiş 481 nəfərdən 477-nin sənədi ekspertizadan keçirilib. Təhsil naziri iştirakçıların bölgələr üzrə təsnifatını nəzərə çatdıraraq, müsabiqəyə qatılan müəllimlərin çoxunun paytaxtdakı təhsil müəssisələrini təmsil etdiyini söyləyib. Misir Mərdanov ötən illə müqayisədə bu il fənn komissiyalarının tərkibində bir sıra dəyişikliklər olunduğu, komissiyalara 33 nəfər yeni ekspertin daxil edildiyi barədə məlumat verib. Nazir bildirib ki, dərslərin dinlənilməsi qrafikinə uyğun olaraq müsabiqənin II mərhələsinə martın 11-dən başlanacaqdır. Qiymətləndirmə meyarlarında dəyişiklik edilmədiyini deyən Misir Mərdanov mövcud meyarları bir daha görüş iştirakçılarının nəzərinə çatdırıb, hər bir meyarın maksimum 10 balla qiymətləndirildiyini xatırladıb. Daha sonra fənn komissiyalarının üzvlərinə tapşırıq və tövsiyələrini verən təhsil naziri ölkə Prezidentinin sərəncamı əsasında keçirildiyi və qaliblərə yüksək məbləğdə pul mükafatı verildiyi üçün müsabiqənin böyük nüfuz qazandığını bildirib. İctimaiyyətin diqqət mərkəzində olan bu müsabiqənin nüfuzunun qorunması işinə hər kəsin çox həssaslıqla yanaşmasının vacibliyini vurğulayan nazir fənn komissiyalarının üzvlərinə fəaliyyətlərində qeyd olunan cəhətləri nəzərə almağı tövsiyə edib. Sonra müsabiqə iştirakçılarının dərslərinin dinlənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, hər bir iştirakçının öz layiqli qiymətini alacağına əminlik ifadə olunub.
08/07/2015 16:52
Martın 11-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti mərhələlərində iştirak edəcək müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq altıncı ildir ki, müvafiq müsabiqələrin keçirildiyini vurğulayıb və maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimlərin üzə çıxarılması olduğunu bildirib. Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2013-cü ildə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib. Misir Mərdanov bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir. Ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 207 nəfərin (Təşkilat Komitəsinə müraciət etmiş 6 nəfər sonradan növbəti mərhələyə buraxılıb) II mərhələyə buraxıldığını qeyd edən nazir müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib. İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), tarix (25 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran Misir Mərdanov digər fənlər üzrə müsabiqədə iştirak edəcək müəllimlərin sayı barədə də məlumat verib. Nazir müsabiqə iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayaraq qeyd olunan təhsil müəssisələrində müvafiq şəraitin yaradılacağını vurğulayıb və dərsləri qiymətləndirəcək ekspert komissiyalarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib. Nazir dərslərin qiymətləndirilmə meyarları və dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqqında məlumat verib, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini söyləyib. İştirakçıların sayından asılı olmayaraq hər fənn üzrə bir ekspert komissiyasının təşkil edildiyini vurğulayan təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu bildirib. Bütün sınaq dərslərinin videoçəkilişinin aparılacağını qeyd edən nazir dərsin qiymətləndirməsinin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı verildiyini nəzərə çatdırıb. Misir Mərdanov bildirib ki, II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq. Sonra sınaq dərsləri dinləniləcək müəllimləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Martın 13-də Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan Respublikası Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə məsul şəxslərin iştirakı ilə “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi” çərçivəsində “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin yaradılması və tətbiqi ilə bağlı geniş məlumat verib. S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan iqtisadi yüksəlişə paralel olaraq respublikamızda mühasibat uçotunun təkmilləşdirilməsi ilə bağlı da mühüm addımlar atılıb. Prioritet istiqamətlərdən biri kimi, qısa zaman ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidə nail olunaraq, zəruri hüquqi-normativ baza yaradılıb və mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanaraq təqdim olunması təşkil olunub. Üçillik maliyyə hesabatlarının qəbulunu və ümumilikdə prosesi təhlil edən S.Şərifov bu sahədə yeni təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb: “Mühasibat uçotu üzrə beynəlxalq və milli standartlar əsasında formalaşan maliyyə hesabatlarının hazırlanması, qəbul olunması, təhlili proseslərinin avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat bazasının hazırlanması zərurəti yaranmışdı”. Maliyyə naziri onu da qeyd edib ki, “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiq olunub və yaxın gələcəkdə bu sistemin daha geniş yayılması nəzərdə tutulur. S.Şərifov avtomatlaşdırılmış informasiya sisteminin tətbiqinin birinci mərhələsində 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcəyini bildirib. Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin tətbiqinə başlanılması ölkə Prezidenti cənab İlham Əliyevin elektron xidmətlərin genişləndirilməsi, “Elektron Hökumət”in qurulması ilə bağlı verdiyi fərman, sərəncam və tapşırıqların icrası istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilməlidir. M.Mərdanov, həmçinin yeni sistemin tətbiqinin əhəmiyyətindən, ali təhsilin maliyyələşdirilməsi sahəsində əldə olunan uğurlardan, eləcə də yeni sistemin tətbiqi ilə əlaqədar ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən söz açıb. Daha sonra tədbirdə yeni sistem tətbiq edilən pilot ali təhsil müəssisələrinin - Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və digərləri öz çıxışlarında ölkədə müasir mühasibat uçotu sisteminin yaradılması və tətbiqinin əhəmiyyətini vurğulayaraq əldə olunan nəticələr barədə məlumat veriblər. Sistemin tətbiqinin hər bir təşkilat üçün operativ analiz imkanı yaratdığını vurğulayan natiqlər qeyd ediblər ki, müəssisədə mühasibat uçotunun beynəlxalq və milli standartlar əsasında avtomatlaşdırılması, həmçinin hazırlanan maliyyə hesabatlarının da avtomatik rejimdə formalaşmasını və vaxtında təqdim olunmasını təmin edir. Sistemin funksional və texniki təfərrüatları ilə bağlı məlumat verən icraçı şirkət - “Sinam” şirkətinin rəhbəri Elçin Əliyev bildirib ki, proqram təminatının funksionallığı «Müəssisə resurslarının idarə edilməsi sistemi» prinsip üzərində qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir. E.Əliyev sistemdə «Anbar uçotu», «Əsas vəsaitlərin uçotu», «Bank və xəzinə əməliyyatları», «Əmək haqqı», «Maliyyə hesabatları» və «Kadrların uçotu» modullarının mövcud olduğunu nəzərə çatdırıb. Sonra tədbirdə avtomatlaşdırılmış informasiya sisteminin tətbiqinin müsbət nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Martın 14-də təhsil naziri Misir Mərdanov Avstraliya İttifaqının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Yan Biqqslə görüşüb.
Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Avstraliya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açan nazir təhsil sahəsində ölkələrarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Təhsil naziri ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını bildirib. Misir Mərdanov “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na 21 Avstraliya universitetinin daxil edildiyini vurğulayıb və hazırda azərbaycanlı gənclərin Avstraliyanın bir neçə universitetində təhsil aldığını qeyd edib. Nazir, həmçinin Avstraliya universitetlərinin ölkəmizdə daha yaxından tanıdılması imkanlarından söz açıb və bu işin Avstraliyanın ali məktəblərində təhsil alacaq azərbaycanlı gənclərin sayının artmasına müsbət təsir edəcəyini söyləyib. Təhsil naziri iki ölkə arasında təhsilin müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinin, universitetlərarası əməkdaşlığın, birgə konfrans və simpoziumların keçirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin münasibətlərə töhfə verəcəyinə, eyni zamanda bu görüşün yüksək əhəmiyyəti olacağına inamını ifadə edib. Avstraliya İttifaqının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Yan Biqqs səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Səfir Avstraliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanlı gənclərin müvafiq Dövlət Proqramı çərçivəsində Avstraliya universitetlərində təhsil almasını yüksək dəyərləndirən Yan Biqqs bunun ikitərəfli təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Qonaq universitetlərarası əməkdaşlığa, mütəxəssislərin qarşılıqlı səfərlərinə xüsusilə üstünlük verdiyini açıqlayıb. Daha sonra görüşdə qarşılıqlı əməkdaşlığın inkişafının digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2013-cü ilin fevralında 715 müraciət daxil olub.
Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğular daha çox ümumi təhsil məktəbləri şagirdlərinin respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələlərlə bağlı olub. Şikayət xarakterli müraciətlərin ümumi sayı 86 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas təhsili, internat, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır. Fevral ayında “Qaynar xətt” xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 66 şikayət qəbul edilib. Ümumi təhsil müəssisələri ilə əlaqədar Bakıdan 33, Sumqayıtdan 3, Gəncədən 1, Mingəçevirdən 1, Abşeron rayonundan 6, Biləsuvar, Qəbələ, Xaçmaz, Samux, Zərdab, Lənkəran rayonlarının hər birindən 2, Qusar, Şəki, Neftçala, Cəbrayıl, Gədəbəy, Küdəmir, Göyçay, Ağdam, Cəlilabad, Daşkəsən rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, müxtəlif məqsədlər üçün pul tələb olunması, məktəb rəhbərlərinin idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, Bakı şəhəri, Xətai rayonundakı 260 nömrəli orta məktəbdən daxil olan şikayət araşdırılarkən məktəb rəhbərliyinin idarəetmə sahəsində nöqsanlara yol verdiyi aşkarlanıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən məktəb rəhbərliyinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Digər araşdırmaların nəticəsində Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin riyaziyyat müəlliminə, Sabunçu rayonundakı 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə və Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəbin biologiya müəlliminə xəbərdarlıq elan olunub, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının şöbə müdirinə töhmət verilib. İlk peşə-ixtisas məktəbləri üzrə 1 şikayət qəbul edilib. Bu şikayət 12 nömrəli Bakı Peşə Məktəbi haqqındadır. Qeyd olunan şikayət araşdırılaraq müvafiq qaydada həll edilib. Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilən 19 şikayət xarakterli müraciətin 14-ü dövlət, 2-si isə özəl ali təhsil müəssisələrindən olub. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib. Orta ixtisas təhsili müəssisələri üzrə daxil olmuş 3 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlıdır. Həmin müraciətlərə araşdırılıb və müvafiq qaydada cavablandırılıb. Müraciətlərdən biri üzrə araşdırmanın nəticəsinə görə Bakı Neft-Energetika Kollecinin 1 müəlliminə kollec rəhbərliyi tərəfindən xəbərdarlıq edilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti
08/07/2015 16:52
Martın 30-da Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Yubiley mərasimindən öncə qonaqlar liseyin fənn kabinetləri ilə yaxından tanış olub, təhsil müəssisəsinin foyesində təşkil olunmuş sərgiyə baxıblar. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb, zəngin tarixi olan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubiley mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirib. Tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edən nazir 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamış Azərbaycanın ilk ixtisaslaşmış müasir peşə təhsili müəssisəsi olan liseydə ötən 90 il ərzində 40 mindən artıq mütəxəssis hazırlandığını söyləyib. Misir Mərdanov təhsilin digər istiqamətləri ilə bərabər peşə təhsili sahəsinin də inkişaf yolunda olduğunu nəzərə çatdıraraq son illərdə bu yöndə qazanılmış uğurlardan söhbət açıb. Bütün bu nailiyyətlərin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirən təhsil naziri, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində görülmüş işlər haqqında məlumat verib. Respublikamızda peşə təhsili sisteminin müasir tələblər səviyyəsinə qaldırılması üçün son illərdə dünyanın inkişaf etmiş ölkələri ilə təcrübə mübadiləsinin genişləndirildiyini söyləyən nazir bu baxımdan Koreya, Almaniya, Türkiyə, İsveçrə və digər ölkələrlə mövcud olan əməkdaşlıqdan söhbət açıb. Təhsil naziri həyata keçirilən layihələr nəticəsində bir sıra yeni peşə təhsili müəssisəsinin fəaliyyətə başladığını nəzərə çatdırıb. Misir Mərdanov təhsil müəssisəsinin fəaliyyəti dövründə Azərbaycan Dövlət Dəmir Yolları və Bakı Metropoliteni üçün ixtisaslı mütəxəssis hazırlığı sahəsində ciddi uğurlara imza atdığını bildirib. Əldə olunmuş nailiyyətlərdə liseyə rəhbərlik etmiş təcrübəli pedaqoqların, təhsil müəssisəsinin müəllim-mühəndis və pedaqoji kollektivinin əməyini yüksək dəyərləndirən nazir bu gün də ənənələrin uğurla davam etdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Liseyin məzunları arasında kifayət qədər öz sahələri üzrə uğur qazanmış və tanınmış şəxslərin olduğunu söyləyən təhsil naziri tədris ocağının ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan nəqliyyat sektorunun inkişafına layiqli töhfələr verdiyini bildirib. Nazir Dövlət Dəmir Yolu Liseyinin nəzdində orta ümumi təhsil məktəbinin də fəaliyyət göstərdiyini qeyd edib və hər il məzunların mühüm bir hisssəsinin ali məktəblərə qəbul olunduğunu nəzərə çatdırıb. Dövlət Dəmir Yolu Liseyinin uğurlarının davam etdiriləcəyinə əmin olduğunu bildirən Misir Mərdanov təhsil müəssisəsinin bir qrup işçisinin Təhsil Nazirliyinin Fəxri fərmanı və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunduğunu bildirib. Təltif olunanları təbrik edən Misir Mərdanov Təhsil Nazirliyinin hədiyyələrini liseyə təqdim edib. Sonra çıxış edən nəqliyyat naziri Ziya Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Dəmir Yolu Liseyinin direktoru Fərrux Abbasov və başqaları təhsil müəssisəsinin keçdiyi şərəfli inkişaf yolundan söhbət açıblar. Qeyd edilib ki, 90 illik zəngin ənənələri olan tədris ocağı müasir Azərbaycan iqtisadiyyatının dinamik inkişafı yolunda özünəməxsus yeri və rolu olan təhsil müəssisələrindən biridir. Daha sonra qonaqlar təhsil müəssisəsinə hədiyyələrini təqdim edərək liseyin kollektivinə ən xoş arzularını bildiriblər. Mərasimin sonunda Dövlət Dəmir Yolu Liseyinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
08/07/2015 16:52
1 aprel 2013-cü il tarixində Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, Peşə Seçiminə Dəstək Sisteminin əsas məqsədi orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdləri bacarıq və maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək, məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarətdir. PSDS portalı “Özünü tanı”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri”, “Şagird qəbulu”, “CV yüklə” və “CV siyahısı” bölmələrini özündə birləşdirir. İstifadəçilər "Özünü tanı" bölməsində 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra bilərlər. Bölmədə, həmçinin əldə olunan nəticələrə görə sistem tərəfindən təklif olunan peşə seçimlərinə çıxış əldə etmək imkanı yaradılıb. "Peşə ixtisasları" bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etmək mümkündür. Portal istifadəçiləri "Peşə təhsili müəssisələri" bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya ala və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə edə bilərlər. "Şagird qəbulu" bölməsində müvafiq peşə ixtisasına uyğun peşə təhsili müəssisələrinə ərizə ilə müraciət etmək imkanı yaradılıb. İstifadəçilər "CV yüklə" bölməsində özləri haqqında məlumatları daxil edərək işəgötürənlərin onlarla əlaqə saxlamasını təmin edə bilərlər. "CV siyahısı" bölməsində namizəd tələb olunan meyarları daxil edərək istənilən namizəd siyahısına çıxış əldə edə və hər bir namizədin CV məlumatlarını nəzərdən keçirə bilər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı