• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xaçmazda Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar.
Daha sonra tədbir iştirakçıları Xaçmazdakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmuşlar.
Bunun ardınca tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseydə dünya şöhrətli oftalmoloqun adını daşıyan muzeydə olmuşlar.
Mərasim rayon mədəniyyət evində davam etdirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin qatıldıqları tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları İlham Əliyev, Nizami Cəfərov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ümummilli liderin müasir Azərbaycanın qurulmasındakı əvəzsiz xidmətlərindən bəhs etmişlər.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin inkişafı üçün başlıca vəzifə kimi daim gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasını vacib saymışdır. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm və mədəniyyətlə məşğul olan insanlara, xüsusən də müəllimlərə daim gənclərin milli-mənəvi dəyərlər zəminində tərbiyə olunmasını tövsiyə etmişdir.
Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən natiqlər onun tarixin ağır sınaqlarından uğurla çıxdığını, müstəqilliyimizin qorunub saxlanılması üçün səylə çalışdığını bildirmişlər.
Vurğulanmışdır ki, məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada güclü potensiala malik ölkə kimi tanınır.
 
AzərTAc


10 il əvvəl