• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

17 aprel 2013-cü il tarixində Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi 2000-ci ildən başlayaraq hər il uşaq və yeniyetmələrin Respublika texniki yaradıcılıq müsabiqəsini keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir.
Müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə rayon, şəhər və Respublika mərhələləri olmaqla 8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilib. Fevral ayından başlayan müsabiqənin rayon, şəhər mərhələsində 3 mindən çox məktəbli iştirak edib və I, II, III yerləri tutmuş 280 nəfər zona mərhələsində iştirak etmək hüququ qazanıb. Zona yarışlarında 45 rayon və şəhərdən 179 nəfər qalib gələrək final mərhələsinə qatılıb. Texniki yaradıcılığın aviamodel, kosmik raket, avtomodel, gəmi modeli, radiotexnika növləri üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin Respublika mərhələsinə isə 179 iş təqdim edilib.
Respublika mərhələsində nümayiş olunan işlərə münsiflər heyəti tərəfindən baxış keçirildikdən sonra 45 qalib müəyyənləşdirilib. I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.


10 il əvvəl