SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 30-da Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Yubiley mərasimindən öncə qonaqlar liseyin fənn kabinetləri ilə yaxından tanış olub, təhsil müəssisəsinin foyesində təşkil olunmuş sərgiyə baxıblar.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb, zəngin tarixi olan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubiley mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirib. Tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edən nazir 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamış Azərbaycanın ilk ixtisaslaşmış müasir peşə təhsili müəssisəsi olan liseydə ötən 90 il ərzində 40 mindən artıq mütəxəssis hazırlandığını söyləyib.
Misir Mərdanov təhsilin digər istiqamətləri ilə bərabər peşə təhsili sahəsinin də inkişaf yolunda olduğunu nəzərə çatdıraraq son illərdə bu yöndə qazanılmış uğurlardan söhbət açıb. Bütün bu nailiyyətlərin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirən təhsil naziri, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində görülmüş işlər haqqında məlumat verib.
Respublikamızda peşə təhsili sisteminin müasir tələblər səviyyəsinə qaldırılması üçün son illərdə dünyanın inkişaf etmiş ölkələri ilə təcrübə mübadiləsinin genişləndirildiyini söyləyən nazir bu baxımdan Koreya, Almaniya, Türkiyə, İsveçrə və digər ölkələrlə mövcud olan əməkdaşlıqdan söhbət açıb. Təhsil naziri həyata keçirilən layihələr nəticəsində bir sıra yeni peşə təhsili müəssisəsinin fəaliyyətə başladığını nəzərə çatdırıb.
Misir Mərdanov təhsil müəssisəsinin fəaliyyəti dövründə Azərbaycan Dövlət Dəmir Yolları və Bakı Metropoliteni üçün ixtisaslı mütəxəssis hazırlığı sahəsində ciddi uğurlara imza atdığını bildirib. Əldə olunmuş nailiyyətlərdə liseyə rəhbərlik etmiş təcrübəli pedaqoqların, təhsil müəssisəsinin müəllim-mühəndis və pedaqoji kollektivinin əməyini yüksək dəyərləndirən nazir bu gün də ənənələrin uğurla davam etdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Liseyin məzunları arasında kifayət qədər öz sahələri üzrə uğur qazanmış və tanınmış şəxslərin olduğunu söyləyən təhsil naziri tədris ocağının ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan nəqliyyat sektorunun inkişafına layiqli töhfələr verdiyini bildirib. Nazir Dövlət Dəmir Yolu Liseyinin nəzdində orta ümumi təhsil məktəbinin də fəaliyyət göstərdiyini qeyd edib və hər il məzunların mühüm bir hisssəsinin ali məktəblərə qəbul olunduğunu nəzərə çatdırıb.
Dövlət Dəmir Yolu Liseyinin uğurlarının davam etdiriləcəyinə əmin olduğunu bildirən Misir Mərdanov təhsil müəssisəsinin bir qrup işçisinin Təhsil Nazirliyinin Fəxri fərmanı və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunduğunu bildirib. Təltif olunanları təbrik edən Misir Mərdanov Təhsil Nazirliyinin hədiyyələrini liseyə təqdim edib.
Sonra çıxış edən nəqliyyat naziri Ziya Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Dəmir Yolu Liseyinin direktoru Fərrux Abbasov və başqaları təhsil müəssisəsinin keçdiyi şərəfli inkişaf yolundan söhbət açıblar. Qeyd edilib ki, 90 illik zəngin ənənələri olan tədris ocağı müasir Azərbaycan iqtisadiyyatının dinamik inkişafı yolunda özünəməxsus yeri və rolu olan təhsil müəssisələrindən biridir.
Daha sonra qonaqlar təhsil müəssisəsinə hədiyyələrini təqdim edərək liseyin kollektivinə ən xoş arzularını bildiriblər.
Mərasimin sonunda Dövlət Dəmir Yolu Liseyinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl