SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 14-də təhsil naziri Misir Mərdanov Avstraliya İttifaqının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Yan Biqqslə görüşüb.
Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Avstraliya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açan nazir təhsil sahəsində ölkələrarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Təhsil naziri ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını bildirib. Misir Mərdanov “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na 21 Avstraliya universitetinin daxil edildiyini vurğulayıb və hazırda azərbaycanlı gənclərin Avstraliyanın bir neçə universitetində təhsil aldığını qeyd edib.
Nazir, həmçinin Avstraliya universitetlərinin ölkəmizdə daha yaxından tanıdılması imkanlarından söz açıb və bu işin Avstraliyanın ali məktəblərində təhsil alacaq azərbaycanlı gənclərin sayının artmasına müsbət təsir edəcəyini söyləyib. Təhsil naziri iki ölkə arasında təhsilin müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinin, universitetlərarası əməkdaşlığın, birgə konfrans və simpoziumların keçirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin münasibətlərə töhfə verəcəyinə, eyni zamanda bu görüşün yüksək əhəmiyyəti olacağına inamını ifadə edib.
Avstraliya İttifaqının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Yan Biqqs səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Səfir Avstraliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanlı gənclərin müvafiq Dövlət Proqramı çərçivəsində Avstraliya universitetlərində təhsil almasını yüksək dəyərləndirən Yan Biqqs bunun ikitərəfli təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Qonaq universitetlərarası əməkdaşlığa, mütəxəssislərin qarşılıqlı səfərlərinə xüsusilə üstünlük verdiyini açıqlayıb.
Daha sonra görüşdə qarşılıqlı əməkdaşlığın inkişafının digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl