SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 9-da təhsil naziri Misir Mərdanov «Ən yaxşı müəllim» müsabiqəsi üzrə fənn komissiyalarının üzvləri ilə görüşüb.
Görüş iştirakçılarını salamlayan nazir artıq altıncı ildir keçirilən «Ən yaxşı müəllim» müsabiqəsinin 3 mərhələdən ibarət olduğunu söyləyib. Bəzi statistik göstəricilərə toxunan Misir Mərdanov qeyd edib ki, müsabiqədə iştirak üçün sənəd vermiş 481 nəfərdən 477-nin sənədi ekspertizadan keçirilib. Təhsil naziri iştirakçıların bölgələr üzrə təsnifatını nəzərə çatdıraraq, müsabiqəyə qatılan müəllimlərin çoxunun paytaxtdakı təhsil müəssisələrini təmsil etdiyini söyləyib.
Misir Mərdanov ötən illə müqayisədə bu il fənn komissiyalarının tərkibində bir sıra dəyişikliklər olunduğu, komissiyalara 33 nəfər yeni ekspertin daxil edildiyi barədə məlumat verib. Nazir bildirib ki, dərslərin dinlənilməsi qrafikinə uyğun olaraq müsabiqənin II mərhələsinə martın 11-dən başlanacaqdır. Qiymətləndirmə meyarlarında dəyişiklik edilmədiyini deyən Misir Mərdanov mövcud meyarları bir daha görüş iştirakçılarının nəzərinə çatdırıb, hər bir meyarın maksimum 10 balla qiymətləndirildiyini xatırladıb.
Daha sonra fənn komissiyalarının üzvlərinə tapşırıq və tövsiyələrini verən təhsil naziri ölkə Prezidentinin sərəncamı əsasında keçirildiyi və qaliblərə yüksək məbləğdə pul mükafatı verildiyi üçün müsabiqənin böyük nüfuz qazandığını bildirib. İctimaiyyətin diqqət mərkəzində olan bu müsabiqənin nüfuzunun qorunması işinə hər kəsin çox həssaslıqla yanaşmasının vacibliyini vurğulayan nazir fənn komissiyalarının üzvlərinə fəaliyyətlərində qeyd olunan cəhətləri nəzərə almağı tövsiyə edib.
Sonra müsabiqə iştirakçılarının dərslərinin dinlənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, hər bir iştirakçının öz layiqli qiymətini alacağına əminlik ifadə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl