SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Misir Mərdanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfrans çərçivəsində “British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb.
Görüşdə Azərbaycanda “British Council” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan “British Council” təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Həmçinin, Azərbaycanla sıx əməkdaşlıq edən “British Council” ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl