SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 19-da Təhsil Nazirliyində “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin 2008-2009 tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı apardığı sosioloji sorğunun nəticələrinə dair təqdimat mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, tanınmış alimlər, dərslikləri çap edən nəşriyyatların, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, ayrı - ayrı fənlər üzrə elmi-metodik şuraların üzvləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və valideynlər iştirak ediblər . Qeyd edək ki, sorğunun təşkilində əsas məqsəd 2008-2009-cu tədris ilində 1-ci siniflərdə istifadə edilmiş kurikulumların və dərsliklərin keyfiyyətində müsbət və ya mənfi cəhətlərin aşkar edilməsi, eyni zamanda bu sahədə tətbiq edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və gələcəkdə reallaşdırılması üçün optimal mexanizmin işlənərək sınaqdan keçirilməsidir. Ölkəmizdə dərslik siyasətinin daim prioritet sahələrdən biri olduğunu bildirən təhsil naziri Misir Mərdanov Milli Kurikuluma əsasən hazırlanaraq ötən dərs ilində 1-ci siniflərdə tətbiq olunan dərsliklərdən bəhs edib. Nazir əlavə edib ki, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, axtarışlar və müzakirələr aparılıb, dünya təcrübəsi yaxından öyrənilib. Ötən müddət ərzində bu məsələnin geniş ictimaiyyətin müzakirə obyektinə çevrildiyini və daim diqqət mərkəzində olduğunu qeyd edən Misir Mərdanov bir sıra irad və təkliflərə münasibətini bildirib və dərsliklərin hazırlanması ilə bağlı fikirlərini diqqətə çatdırıb. Sonra “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin sorğu ilə bağlı elmi rəhbəri Şahin Zülfüqarov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadənin təqdimatları olub. Tədbirdə iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.
08/07/2015 16:52
Fevralın 23-də Təhsil Nazirliyində Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) üzvləri ilə görüş keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, AMVMA-nın icraçı direktoru Təranə Şərifova, ümumi təhsil məktəblərinin rəhbərləri, Valideyn-Müəllim Assosiasiyalarının (VMA) sədrləri, müəllim və valideynlər iştirak ediblər. Öncə görüş iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov görüşün əsas məqsədinin valideynlərin tədris prosesinə cəlb edilməsindən və məktəblərin idarə edilməsinə ictimai nəzarətin daha da gücləndirilməsi məsələlərinin müzakirəsindən ibarət olduğunu diqqətə çatdırıb. Nazir təhsilin inkişafı ilə əlaqədar mütəmadi müzakirələr aparıldığını və mövcud problemlərin həlli yollarının aradan qaldırılması üçün səylərin artırıldığını bildirib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin fəaliyyəti haqqında danışan Misir Mərdanov bu xidmətin işinin daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib. Son illər məktəblərdə fəaliyyətə başlamış Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətini yüksək qiymətləndirən təhsil naziri bununla yanaşı hələ də bir çox təhsil müəssisələrində müvafiq qurumların yaradılmadığını qeyd edib. Nazir yeni yaradılmış VMA-lara zəngin ənənələri və təcrübəsi olan VMA-ların iş prinsipindən yararlanmağı tövsiyə edib. Təhsil işçilərinin cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirən Misir Mərdanov ictimaiyyətin təhsil müəssisələrinin fəaliyyəti haqqında daha dolğun məlumatlandırılması baxımından VMA-ların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Nazir, həmçinin təhsil ocaqlarında yaranan problemlərin aradan qaldırılması işində VMA-ların fəaliyyətinin daha səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə çatdırıb. Tədbirdə ümumi təhsil məktəblərinin VMA üzvləri, məktəb rəhbərləri, müəllimlər, valideynlər çıxış edib və bir sıra təkliflər səsləndiriblər. Daha sonra təhsilin müxtəlif sahələrini əhatə edən açıq müzakirələr aparılıb. Sonda bir sıra təhsil işçiləri «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunub, ümumi təhsil məktəblərinin fəal VMA üzvlərinə sertifikatlar təqdim edilib.
08/07/2015 16:52
Fevralın 25-də təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və birgə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə həyata keçirilən layihələrdən söz açıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərin əhəmiyyətinə toxunan Misir Mərdanov mövcud əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Suk səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. KOICA-nın reallaşdırdığı layihələrin nəticələrindən bəhs edən qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. Kim Eun-Suk bu baxımdan “Müəllimlərin distant əlavə təhsili” və “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihələrinin əhəmiyyətinə diqqət çəkib, müvafiq istiqamətdə qarşılıqlı müzakirələrin aparılmasının zəruriliyini nəzərə çatdırıb. Misir Mərdanov “Müəllimlərin distant əlavə təhsili” və “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsində Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib. Müasir müəllimdən yüksək hazırlıq və mütərəqqi yeniliklər barədə məlumatlı olmağın tələb edildiyini bildirən nazir bu baxımdan müəllimlərin distant əlavə təhsilinin tətbiqi məsələsinin əhəmiyyətli nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb. Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Oktyabrın 19-da “Təhsil” Respublika İdman Mərkəzində futbol məktəbinin və futbol meydançasının açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və veteran futbolçular iştirak ediblər. “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda idman və xüsusilə futbol hər zaman dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini nəzərə çatdıran C. Hümbətov “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət Proqramı”nın respublikamızda bu sahənin hərtərəfli tərəqqisinə xüsusi təkan verdiyini vurğulayıb. Azərbaycan idmanının inkişaf yolunda olduğunu bildirən təhsil naziri Misir Mərdanov futbol məktəbinin və stadionun açılışı münasibətilə məktəbliləri və məşqçi-müəllimləri təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən nazir idmançılarımızın mötəbər beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruduqlarını diqqətə çatdırıb. Təhsil naziri yeniyetmə futbolçuların dünya arenasında öz sözlərini deyəcəklərinə, layiqli qələbələr qazanacaqlarına əminliyini ifadə edib. Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev azərbaycanlı idmançıların dünya və Avropa birinciliklərində və yüksək səviyyəli beyəlxalq turnirlərdə, eləcə də Olimpiya Oyunlarında daim öz uğurlarını artırdıqlarını, ölkəmizdə möhtəşəm çempionat və kubok turnirlərinin keçirildiyini qeyd ediblər.
08/07/2015 16:52
2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarına hazırlıq məqsədi ilə ölkənin şəhər və rayonlarında şagird, valideyn, məktəb direktoru və fənn müəllimlərini əhatə edən təlimati işlərə başlanılıb.
Hər iki təhsil kursu üzrə cari dərs ili ərzində bir dəfə yoxlama imtahanının keçirilməsi nəzərdə tutulub. Dərs ilinin II yarımilində (fevral-mart aylarında) keçiriləcək yoxlama imtahanı şagirdləri buraxılış imtahanlarına təlimati cəhətdən hazırlamaqla bərabər, onlara öz biliklərini yoxlamaq imkanı verir, eyni zamanda attestata yazılacaq yekun qiymətə öz təsirini göstərir. Əsas təhsil kursu üzrə yoxlama və buraxılış imtahanları ana dili və riyaziyyat, orta təhsil kursu üzrə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, cografiya və xarici dil fənlərindən aparılacaq. İmtahanlara lazımi səviyyədə hazırlaşmaq məqsədi ilə IX siniflər üçün yeni test bankı yaradılıb, XI siniflər üçün isə mövcud test bankı təkmilləşdirilərək yeniləşdirilib. Hər iki siniflər üzrə tərtib edilmiş test bankının cari dərs ilinin II yarımilinədək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Əsas və orta təhsil kursları üzrə imtahanlar səhər saat 10.00-da başlayacaq. IX siniflərdə imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə isə 3 saat davam edəcək. İmtahana 30 dəqiqə gecikən şagirdlər imtahana buraxılmayacaqlar. İmtahan müddəti ərzində IX sinif şagirdləri 50 suala, XI sinif şagirdləri 120 suala cavab verəcəklər. 50 sualın 25-i ana dilinə (1-25), qalan 25-i isə riyaziyyat fənninə (26-42 cəbr, 43-50 həndəsə) aid olacaqdır. Orta təhsil kursu üzrə imtahan sualları 1-dən 120-dək nömrələnməklə fənlər üzrə aşağıdakı ardıcıllıqla sıralanıb: ana dili və ədəbiyyat- 1-25, riyaziyyat- 26-50, Azərbaycan tarixi -51-65, fizika -66-75, kimya- 76-85, biologiya- 86-95, coğrafiya -96-105 və xarici dil -106-120. Xarici dil fənni üzrə cavablar hansı xarici dilin seçilməsindən asılı olmayaraq, 106-120-ci nömrələrlə qeyd olunur. Xarici dil fənlərinə aid cavab maketləri fərqli olduqları üçün hər bir şagirdin məktəbdə öyrəndiyi xarici dilin suallarına cavab verməsi zəruridir. Hər bir test sualına 5 cavab (distraktor) verilir. Şagirdlər cavab kartında hər suala düzgün hesab etdikləri cavaba uyğun dairəni qaralamalıdır. Şagird iki və daha artıq dairə qaralayarsa, həmin sualın cavabı səhv hesab edilir. Yoxlama imtahanının fənlər üzrə nəticələri jurnala yazılır və ikinci yarımilin qiymətləri çıxarılarkən nəzərə alınır. Şagird üzrlü səbəbdən yoxlama imtahanında iştirak etmədiyi halda, buraxılış imtahanlarına qədər lazımi sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir. Əks halda, "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın imtahanlarda üzrsüz səbəbdən iştirak etməyən şagirdlərə şamil edilən I.13 bəndinə əsasən attestata yazılacaq qiymətlər çıxarılarkən yoxlama imtahanının nəticəsi (0) götürüləcəkdir. Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX (X) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. Orta təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə attestata yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər düz cavab verən şagird 3, 50%-dən 80%-nə qədər düz cavab verən şagird 4, 80%-dən 100%-ə qədər düz cavab verən şagird 5 ilə qiymətləndirilir. Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird 3, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird 4, ən azı 20 və daha artıq suala düz cavab verən şagird 5 qiymət alır. Ötən dərs ilində imtahanlara buraxılmayan və ya buraxılış imtahanlarından qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri 2010-cu ilin aprel ayının 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edə bilərlər. Təkrar imtahan verən şəxslər yalnız "2" aldığı fəndən imtahan verəcəklər. Yoxlama və buraxılış imtahanları üçün tərtib olunan test bankına aid nümunələr və onların təhlilləri növbəti məqalələrdə veriləcəkdir.
08/07/2015 16:52
Fevralın 27-də Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələri üzrə Təşkilat Komitəsinin sədri Misir Mərdanov təhsil müəssisələri və pedaqoji işçilər arasında sağlam rəqabətə, yaradıcı təşəbbüskarlığın daha geniş inkişafına yol açan bu müsabiqələrin əhəmiyyətindən bəhs edib və Təşkilat Komitəsinin işinə uğurlar arzulayıb. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq altıncı ildir ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir. Təhsil naziri “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin I mərhələsinin yekunları ilə bağlı təqdimat-məruzəsində müsabiqələrdə iştirak üçün təqdim edilmiş sənədlərin ekspertizasının nəticələri barədə ətraflı məlumat verib. «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinə 2012-ci ildə 151 məktəb tərəfindən sənəd təqdim olunduğunu nəzərə çatdıran nazir 2013-cü ildə müsabiqədə iştirak üçün respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəbin müraciət etdiyini bildirib. Misir Mərdanov müsabiqədə iştirak üçün sənəd verən 132 məktəbdən 21-nin 2007-2008-ci dərs ilində, 2-nin isə 2008-2009-cu dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olduğunu vurğulayıb. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən 103 məktəbin müvafiq bal toplayaraq II mərhələyə buraxıldığını bildirən Misir Mərdanov onların ayrı-ayrı rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib. Nazir, həmçinin “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə məktəb direktorlarının təqdimat mərhələsinin martın 1-dən başlanmasının nəzərdə tutulduğunu söyləyib. Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2012-ci ildə 464, bu il isə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nın sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib. Misir Mərdanov bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir. İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran təhsil naziri müsabiqədə iştirak edəcək digər müəllimlərin də fənlər üzrə təsnifatına diqqət çəkib. Nazir ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 201 nəfərin II mərhələyə buraxıldığını qeyd edərək müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsündən söhbət açıb. Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayıb və II mərhələyə martın 11-dən başlanmasının nəzərdə tutulduğunu qeyd edib. Nümunə dərslərini qiymətləndirən ekspert komissiyalarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verən nazir müvafiq ekspertlərlə və həmin dərslərin təşkil olunacağı məktəblərin direktorları ilə təlimat xarakterli ayrıca görüşlərin keçiriləcəyini bildirib. Sonra «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin keçirilməsi ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.
08/07/2015 16:52
Oktyabrın 20-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru Çunq Nam Jonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Misir Mərdanov Koreya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra bu sahədə daha yüksək irəliləyişlərin olduğundan söz açıb. Misir Mərdanov təhsil sahəsindəki səmərəli əməkdaşlığın qarşılıqlı münasibətlərdə əhəmiyyətini nəzərə çatdırıb, Koreya Respublikasının Azərbaycanın təhsil sahəsində yeni texnologiyaların tətbiq olunması istiqamətində yaxından kömək göstərdiyini bildirib. Nazir ölkəmizin iki universitetində Koreya dilinin tədris olunduğunu, Koreya ali məktəblərində də Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlər aparıldığını vurğulayıb. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri qonaqların diqqətinə çatdıraraq qeyd edib ki, cari ildə Dövlət Proqramının xətti ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 300-ə çatıb. Koreya Respublikasının ali məktəblərində 60-dan çox tələbənin təhsil aldığını deyən Misir Mərdanov onlardan 25 nəfərinin Azərbaycan Prezidentinin təqaüdünə layiq görüldüyünü bildirib. Nazir çıxışının sonunda Bakıda Koreya universitetləri sərgisinin açılmasının mühüm əhəmiyyəti olacağına inamını ifadə edib. Nümayəndə heyətinin rəhbəri Çunq Nam Jo səmimi qəbul üçün nazirə təşəkkür edib. Təmsil etdiyi ölkənin təhsil sahəsində əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini açıqlayan qonaq bu istiqamətdə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib. Çunq Nam Jo Azərbaycan gənclərinin Koreya universitetlərində təhsil almasını yüksək dəyərləndirib, ölkələrarası tələbə mübadiləsinin önəmliliyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Koreya universitetlərinin təhsil sərgisində 13 ali məktəbin iştirak etdiyini bildirib. Sonra görüşdə iştirak edən Koreya universitetlərinin əməkdaşları təmsil olunduqları ali təhsil müəssisəsi haqqında məlumat veriblər. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Fevralın 28-də Təhsil Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq təhsil sisteminin müasir tələblər səviyyəsində inkişafına xidmət edən “Müəllimlərin distant əlavə təhsili” və “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihələrinin maraq doğurduğunu bildirib. “Müəllimlərin distant əlavə təhsili” layihəsi üzrə ekspert Çoi Seon Mook təqdimat-məruzəsində layihə barədə ətraflı məlumat verib. Çoi Seon Mook müəllimlərin iş yerlərindən ayrılmadan və xüsusi vaxt müəyyənləşdirmədən əlavə təhsilə cəlb olunmasına imkan verən layihənin həyata keçirilməsi mexanizminin üstün cəhətlərindən söhbət açıb. Qonaq layihə üzrə proqram və mövzuların Təhsil Nazirliyi tərəfindən hazırlanacağını nəzərə çatdırıb, distant əlavə təhsil kurslarından keçən müəllimlərin müəyyən olunmuş mövzuları mənimsəmə səviyyəsinin elektron vasitələrdən istifadə edilməklə qiymətləndiriləcəyini bildirib. KOICA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Suk “Müəllimlərin distant əlavə təhsili” layihəsinin reallaşdırılması üçün qarşıda duran məsələlərdən bəhs edib. Kim Eun-Suk bildirib ki, ilkin mərhələdə video-dərslər hazırlanaraq müvafiq bazada yerləşdiriləcək və distant əlavə təhsil kurslarına cəlb olunan müəllimlər onlara verilmiş xüsusi icazə vasitəsilə bu vəsaitlərdən istifadə edə biləcəklər. “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihəsi üzrə ekspert Çul Yun Kim təqdimat-məruzəsində layihənin əhəmiyyəti barədə fikirlərini bildirib. Qonaq qeyd edib ki, layihə çərçivəsində Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri və nazirliyin digər qurumları arasında elektron sənəd dövriyyəsi sistemi yaradılacaqdır. Layihənin Təhsil Nazirliyinə elektron müraciət imkanlarını genişləndirəcəyini vurğulayan Çul Yun Kim elektron sənəd dövriyyəsi zamanı elektron imzadan istifadə ediləcəyini söyləyib. Misir Mərdanov KOICA-nın “Müəllimlərin distant əlavə təhsili” və “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihələrinin həyata keçirilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib və qeyd olunan sistemlərin yaradılmasının ölkəmizdə müasir təhsil sisteminin təşkilinə dəstək verəcəyini bildirib. Eyni zamanda layihələrin icrasının müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına, virtual öyrənmə mühitinin yaradılmasına, təlim və tədris resurslarına sərbəst girişin təmin edilməsinə, təhsil sistemində elektron idarəetmənin genişlənməsinə təkan verəcəyini nəzərə çatdıran nazir bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra görüşdə layihələrin reallaşdırılması ilə bağlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq rəy və təkliflər səsləndirilib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146, elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2013-cü ilin yanvar ayında 658 müraciət daxil olub.
Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Müraciətlərin böyük bir qismi sorğu və məlumat xarakterlidir. Sorğular müəllimlərin işə qəbulu, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili, xaricdə təhsil, təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkənin təhsil müəssisələrinə köçürülməsi, ali və orta ixtisas təhsili müəssisələrində sessiya imtahanlarının təşkili formaları, dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması qaydaları, məktəbli geyimi, pedaqoji işçilərin dərs yükü ilə təminatı, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin doldurulması, verilməsi və digər məsələlərlə bağlı olub. Şikayət xarakterli müraciətlərin ümumi sayı 67 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır. Yanvar ayında “Qaynar xətt” xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 47 şikayət qəbul edilib. Belə ki, Bakı şəhərindən 23, Sumqayıt şəhərindən 2, Gəncə şəhərindən 2, Qəbələ rayonundan 4, Biləsuvar, Şəki, Gədəbəy, Lerik rayonlarının hər birindən 2, Qusar, Ağcabədi, Neftçala, İsmayıllı, Bərdə, Xaçmaz, Tərtər, Qazax rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, texniki avadanlıqlar üçün pul yığılması, direktorların idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib. Bakı şəhər məktəbləri üzrə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 146 nömrəli tam orta məktəbin fizika müəlliminə töhmət verilib və 171 nömrəli məktəbin riyaziyyat müəlliminə isə xəbərdarlıq edilib. İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı 1 müraciət daxil olub. Həmin müraciət Sumqayıt şəhər 3 nömrəli Peşə Məktəbi ilə əlaqədardır. Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2012-2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 2216 nömrəli, 18 dekabr 2012-ci il tarixli əmrinin icrası ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin olunub. Həmin müraciətlərin araşdırılması ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. Ali təhsil müəssisələrindən daxil olan sorğu xarakterli müraciətlər semestr imtahanlarının yazılı və test üsulu ilə təşkili, imtahanlarda Boloniya sisteminin tətbiqi, pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi, özəl ali təhsil müəssisələrində tələbələrə təqaüdlərin verilməsi qaydaları və digər mövzuları əhatə edir. Yanvar ayında ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı daxil olan müraciətlərin 19-da şikayət və nöqsanlardan bəhs edilir ki, onlardan da 9-u dövlət, 6-sı özəl ali, 4-ü isə orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır. Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti
08/07/2015 16:52
Fevralın 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbi və Gəncə 1 nömrəli Peşə Liseyinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib. Qax Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şərif Hacıyev təqdimat-məruzəsində bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. Ş.Hacıyev Qax Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb. Zaqatala Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov təqdimat-məruzəsində qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. Ş.Bəylərov Zaqatala Peşə Məktəbinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib. Ağdam Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, maddi-texniki bazası, tədrisin təşkili, ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat verib. V.Quliyev Ağdam Peşə Məktəbində çalışan mühəndis-pedaqoji heyət, məzunların ixtisasları üzrə işlə təmin olunması vəziyyəti və digər göstəricilərindən söz açıb. Gəncə 1 nömrəli Peşə Liseyində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Sahib Rüstəmov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb. S.Rüstəmov təhsil müəssisəsinin maddi-texniki bazasının zəif olması, istehsalat təcrübəsinin müəyyənləşdirilmiş meyarlara uyğun təşkil edilməməsi və digər bu kimi çatışmazlıqlara görə Gəncə 1 nömrəli Peşə Liseyinin müvafiq ixtisaslarının akkreditə olunmadığını nəzərə çatdırıb. Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilərək müvafiq ixtisaslarının akkreditə olunması, Gəncə 1 nömrəli Peşə Liseyinin fəaliyyətinin “qeyri-kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunmaması barədə qərar qəbul edilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı