SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
1 aprel 2013-cü il tarixində Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, Peşə Seçiminə Dəstək Sisteminin əsas məqsədi orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdləri bacarıq və maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək, məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarətdir.
PSDS portalı “Özünü tanı”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri”, “Şagird qəbulu”, “CV yüklə” və “CV siyahısı” bölmələrini özündə birləşdirir.
İstifadəçilər "Özünü tanı" bölməsində 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra bilərlər. Bölmədə, həmçinin əldə olunan nəticələrə görə sistem tərəfindən təklif olunan peşə seçimlərinə çıxış əldə etmək imkanı yaradılıb.
"Peşə ixtisasları" bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etmək mümkündür.
Portal istifadəçiləri "Peşə təhsili müəssisələri" bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya ala və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə edə bilərlər.
"Şagird qəbulu" bölməsində müvafiq peşə ixtisasına uyğun peşə təhsili müəssisələrinə ərizə ilə müraciət etmək imkanı yaradılıb.
İstifadəçilər "CV yüklə" bölməsində özləri haqqında məlumatları daxil edərək işəgötürənlərin onlarla əlaqə saxlamasını təmin edə bilərlər.
"CV siyahısı" bölməsində namizəd tələb olunan meyarları daxil edərək istənilən namizəd siyahısına çıxış əldə edə və hər bir namizədin CV məlumatlarını nəzərdən keçirə bilər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl