• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 7-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Quba Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Neft-Energetika Kolleci və Bakı Sənaye-Pedaqoji Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində aparılmış işlərin önəminə diqqət çəkib. Sonra nazir Quba Dövlət Sosial-İqtisad Kollecində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat vermək üçün sözü həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Əbülfət Pələngova verib. Ə.Pələngov Quba Dövlət Sosial-İqtisad Kollecinın maddi-texniki bazası, təhsilin məzmunu, bu təhsil müəssəsinin fəaliyyətinin statusuna uyğunluğundan söz açaraq son beş ildə məzunların ümumi göstəriciləri, müvafiq test sorğusunun nəticələri barədə danışıb. Ə.Pələngov kollecin fəaliyyətinin daha səmərəli təşkili üçün Akkreditasiya Komissiyasının tövsiyələrini diqqətə çatdırıb. Bakı Qida Sənayesi Kolleci üzrə Akkreditasiya Komissyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn kafedrasının müdiri Oqtay Şamxalov qeyd olunan təhsil müəssisəsində aparılmış araşdırmalardan, bir sıra göstəricilərdən söz açıb. O.Şamxalov kollecin fəaliyyətinin statusuna uyğunluğu, burada mütəxəssis hazırlığının keyfiyyəti və digər bu kimi məsələlər üzrə komissiyanın gəldiyi qənaətlə şura üzvlərini tanış edib.    Sonra çıxış edən Bakı Neft-Energetika Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Fərrux Məmmədov kollecin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramının məzmunundan, müəssisədə tədrisin təşkili vəziyyətindən söhbət açıb. F.Məmmədov təqdimat-məruzəsində kollecin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə fəaliyyət imkanlarından bəhs edib. Bakı Sənaye-Pedaqoji Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tədris hissə müdiri Gültəkin Əliyeva bu təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, son beş ildə müəllim heyətinin hər 10 nəfərinə düşən qriflə nəşr olunmuş dərs vəsaitlərinin sayı, kollecin tədris şəraiti, eyni zamanda pedaqoji heyətin fəaliyyəti barədə məlumat verib. Sonra qeyd olunan kolleclərdə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov müvafiq təhsil müəssisələrində aparılmış araşdırmalarla bağlı fikirlərini bildirib, tövsiyə və tapşırıqlarını verib. Akkreditasiya Surasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, qeyd olunan kolleclərin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və bu təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

2012-ci ilin iyun ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 1073 müraciət daxil olub.

Müraciətlərin 985-i telefonla, 88-i elektron poçt vasitəsilə qəbul edil­ib. Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların çoxu təhsil haqqında sənədlərin verilməsi, ümumi təhsil məktəblərinə və peşə liseylərinə müəllimlərin müsabiqə yolu ilə işə qə­bulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, müəllimlərin yaş senzi, istedadlı şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələri və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlərlə bağlı olub. Xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisə­lə­ri tərəfindən verilmiş təhsil sənədlərinin tanınması, ümumi təhsil məktəbləri müəllimlərinin əmək haqqının hesablan­ması, təhsil sənədlərinin alınması, ümumi təhsil məktəbi məzunlarının təhsildə qazandıqları uğurlara görə medallarla təltifi qaydaları da müraciətlərdə əksini tapan məsələlərdir. Bütün sorğular “Qaynar xətt” xidməti tərəfindən qeydə alınaraq cavablandırılıb. Bir sıra müraciətlərdə ümumi təhsil, internat, orta-ixtisas və ali təhsil müəssisələrin­dəki bəzi problemlərdən bəhs olunur. Bu qəbildən olan 29 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, mövcud prob­lem­lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ötən ay  “Qaynar xətt” xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 4-ü Bakı şəhərindən, 7-si Abşeron, 1-i isə Saatlı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması və məzunlara verilməsi sahəsində ça­tış­mazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar, habelə digər mə­sələlər öz əksini tapıb. Cari ilin iyununda “Qaynar xətt” xidmətinə xüsusi internat məktəbi və uşaq yaradıcılıq mərkəzinin hər birindən 1 şikayət məzmunlu olmaqla 2 müraciət daxil olub. Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilində “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 25 may 2012-ci il tarixli, 988 saylı əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə qeyd olunan təhsil müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2011-2012-ci tədris ilinin yay imtahan sessiyasında Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 15 müraciət qəbul edilib. Onlardan 10-u dövlət, 4-ü özəl ali təhsil, 1-i orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır. Həmin müraciətlər ali məktəblərdə Boloniya sisteminin tətbiqi, semestr imtahanlarının test üsulu ilə təşkili, pedaqoji və istehsalat təcrübəsinin aparılması, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi təmin edilib. Özəl ali təhsil müəssisələrindən daxil olan 4 müraciətdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı yaranmış çətinliklər öz əksini tapıb. Qeyd olunmuş müraciətlər üzrə aparılmış araşdırmalarla bağlı tədbirlərin həyata keçirilməsi üçün müvafiq struktur bölmələrə məlumatlar verilib, gələcək fəaliyyət istiqamətlərində belə nöqsanların qarşısının alınması tövsiyə olunub.

İyulun 10-da təhsil naziri Misir Mərdanov Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin (CCC) Avrasiya bölməsinin rəhbəri Juan Bulos və şirkətin Azərbaycan nümayəndəliyinin təhlükəsizlik və daxili məsələlər üzrə meneceri Hamlet Süleymanovla görüşüb.

Qonağı səmimi salamlayan təhsil naziri son illər Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində atılan uğurlu addımlardan söz açıb və hazırda müvafiq işlərin davam etdirildiyini bildirib. Nazir bir sıra ölkələrlə peşə təhsili sahəsi üzrə birgə layihələrin həyata keçirildiyindən və qarşılıqlı əməkdaşlığın yaradıldığından bəhs edib. Misir Mərdanov ilk-peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmiri üzrə görülən işləri də qonağın diqqətinə çatdırıb. Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin Avrasiya bölməsinin rəhbəri Juan Bulos qeyd edib ki, tikinti sahəsində dünyanın 18 ən böyük şirkətindən biri olan bu qurum əsas fəaliyyət istiqaməti ilə yanaşı, sosial sahəyə də xüsusi diqqət yetirir. Juan Bulos təmsil olunduğu şirkətin dünyanın bir neçə ölkəsində təşkil etdiyi peşə təlimi mərkəzləri barədə məlumat verərək Azərbaycanda da belə bir mərkəz yaradılması təklifi ilə çıxış edib. Ölkəmizdə fəaliyyət göstərən bir neçə ilk-peşə ixtisas təhsili müəssisəsi ilə tanış olduqlarını nəzərə çatdıran qonaq 16 nömrəli Bakı Peşə Liseyinin emalatxanasında qaynaqçı ixtisası üzrə müasir tipli Peşə Tədris Resurs Mərkəzinin yaradılmasını məqsədəuyğun hesab etdiklərini açıqlayıb. Təhsil naziri Misir Mərdanov qonağın irəli sürdüyü təklifi yüksək dəyərləndirdiyini qeyd edib. Nazir yeni mərkəzin açılması, layihənin səmərəli həyata keçirilməsi ilə bağlı müvafiq dəstəyin göstəriləcəyini bildirib. Görüşdə o da vurğulanıb ki, Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində 16 nömrəli Bakı Peşə Liseyinin emalatxanasının müasir səviyyədə əsaslı təmir edilməsi və müvafiq şirkətin vəsaiti hesabına təhsil müəssisəsinin qaynaq aparatları, təlim vəsaitləri ilə təmin olunması, habelə digər ölkələrdən mütəxəssislər dəvət edilərək təlimlər keçirilməsi nəzərdə tutulur. Qeyd olunub ki, təlim keçmiş şəxslərə dövlət təhsil sənədi ilə yanaşı, şirkətin beynəlxalq səviyyədə tanınan sertifikatı da təqdim olunacaq və məzunlar ölkəmizdə, eləcə də xaricdə asanlıqla iş tapmaq imkanı əldə edəcəklər. Eyni zamanda məzunların bir qismi şirkətin respublikamızda və qonşu ölkələrdə həyata keçirdiyi layihələrə də cəlb ediləcəklər. Məlumat üçün qeyd edək ki, Konsolideyted Kontraktors Beynəlxalq Şirkəti Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin tikintisində iştirak edib.

Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı

Son günlər ölkənin bəzi mətbuat orqanlarında Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış məlumat və rəqəmlər açıqlanır ki, bu da dövlətin təhsil siyasətinin həyata keçirilməsinə mane olmağa, ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlib. “Zerkalo” qəzetində dərc olunan təhsillə bağlı əksər yazılarında qərəzlilik və qeyri-peşəkarlıq nümayiş etdirən jurnalist R.Rüstəmova, həmin qəzetin rəhbərliyinə  Təhsil Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,  yenə də bu mətbu orqanda yanlış məlumatlar dərc olunur. Qəzetin 12 iyul 2012-ci il tarixli sayında “504 milyon manat hara gedib?” başlıqlı yazıda müxalifət qəzetlərinin “təhsil eksperti” kimi ad çıxarmış, yalançı müəllim, yalançı alim, təhsil sistemindən xəbəri belə olmayan, lakin bu sahə ilə bağlı istənilən məsələlərə “ekspertlik” edən Əlövsət Osmanlının həqiqəti əks etdirməyən fikirləri dərc edilib. “Təhsil eksperti” hesab edir ki, 11 il əvvəl birinci sinfə 133 min şagird qəbul olunubsa, bu rəqəm 11 ildən sonra da dəyişməz qalmalı, məktəbi həmin sayda şagird bitirməlidir. Belə çıxır ki, ilk peşə-ixtisas, orta ixtisas təhsili müəssisələrinə, xarici ölkələrə gedən on  minlərlə şagird “ekspert”in yadından çıxır, bunların hər birini attestat ala bilməyən şagird kimi qiymətləndirir və 63 min şagirdin nə üçün attestat ala bilməməsi ilə maraqlanır. Dövlət büdcəsindən hər şagirdə ayrılan vəsait ildə 553 manat olduğu halda, “ekspert” bu məbləği təxminən 15 dəfə şişirdərək 8000 manat  kimi hesablayır və bu rəqəmi 63 min şagirdin sayına vuraraq, 504 milyon manat vəsaitin “hara getdiyi” sualını verir. Təəssüf ki, qeyri-peşəkar jurnalist R.Rüstəmov da yalançı ekspertin bu gülünc rəqəmlərini qəzetdə dərc edir. Son olaraq, jurnalistlərə təhsillə bağlı yazan zaman diqqətli olmağı, qəzet rəhbərlərinə isə bu sahəyə peşəkar jurnalist və ekspertləri cəlb etməyi tövsiyə edirik.

İyulun 13-də Təhsil Nazirliyində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri ilə bağlı tədbir keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq “Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri haqqında” təqdimatla çıxış edib. Bu eksperimentin aparılmasının hüquqi əsasından və keçirilməsini zəruri edən səbəblərdən söz açan nazir bununla bağlı qarşıya qoyulmuş məqsədi diqqətə çatdırıb. Nazir bildirib ki, eksperimentin aparılması üçün 6 pilot müəssisə müəyyənləşdirilib ki, bunlar akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli məktəb, Bakı Avropa Liseyi, “Elitar” gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü lisey və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzidir. Eksperimentə dair təbliğat-təşviqat işlərinin həyata keçirildiyini vurğulayan nazir qeyd edib ki, bununla əlaqədar valideynlərlə görüşlər təşkil edilib, eksperimentin mahiyyəti onlara izah olunaraq rəy sorğuları aparılıb. Misir Mərdanov eksperimentin tədris Azərbaycan və rus dillərində aparılmaqla riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri təmayülləri üzrə təşkil olunduğundan söz açıb. Tədbirdə, həmçinin iştirakçılara eksperimentlə bağlı rəy sorğularının və müzakirələrin nəticələrinə görə pilot layihə barədə müsbət və tənqidi fikirlər, 2010-2011-ci dərs ilində eksperimentin aparıldığı 6 təhsil müəssisəsi üzrə IX sinfi bitirənlərin, 2011-2012-ci dərs ilinin əvvəlində X sinif şagirdlərinin və pilot siniflərə qəbul olunanların sayına dair statistik göstəricilər barədə məlumat verilib. Misir Mərdanov daha sonra eksperimentin aparıldığı ümumi təhsil məktəblərində ayrı-ayrı təmayüllər üzrə təlim nailiyyətlərinin monitorinqinin nəticələrini, tədris planlarının 2011-2012-ci dərs ilində tətbiq edilən və 2012-2013-cü dərs ili üçün təklif olunan variantını, eləcə də rəy sorğularının nəticələrinə görə digər təklifləri diqqətə çatdırıb. Sonda təqdimatla bağlı müzakirələr aparılıb.

İyulun 13-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirilib.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Nazir Azərbaycanla Çin arasındakı əlaqələrdən və bu əlaqələr çərçivəsində təhsil sahəsində əməkdaşlığın yaradıldığından danışıb. Misir Mərdanov bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra təhsil əlaqələri daha da genişlənib. Çin Xalq Respublikasının 200-dən artıq vətəndaşının ölkəmizin ali məktəblərində təhsil aldığını nəzərə çatdıran nazir bu ölkənin 16 vətəndaşının Azərbaycan tərəfinin təqaüdləri hesabına müxtəlif ixtisaslar üzrə respublikamızda ödənişsiz əsaslarla oxuduğunu bildirib. Təhsil naziri 40-a qədər azərbaycanlı gəncin Çin Xalq Respublikasının universitetlərində müxtəlif təhsil səviyyələri üzrə dövlət xətti ilə təhsil aldığını, 17 tələbənin isə artıq məzun olduğunu vurğulayıb.  Misir Mərdanov bildirib ki, imzalanacaq sazişdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur.Bu sazişin əhəmiyyətindən söz açan nazir müvafiq sənədin hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.  Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin səmimi qarşılandığı üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Səfir Azərbaycanla Çin arasındakı təhsil əlaqələrindən bəhs edərək, bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. Xun Tsyuin təhsil sahəsində əməkdaşlığa dair imzalanacaq sazişin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və müvafiq sahədə əməkdaşlığın  bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əmin olduğunu diqqətə çatdırıb.  Sonra təhsil naziri Misir Mərdanov və Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair sazişi imzalayıblar. İmzalanma mərasimində ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.

İyulun 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Misir Mərdanov qonaqları Azərbaycanda və Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib, iki ölkə arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. Azərbaycanla İran arasında mövcud olan təhsil əlaqələrindən danışan nazir hər iki ölkənin ali təhsil müəssisələri arasında yaradılmış əməkdaşlıqdan, ölkəmizdə çoxlu sayda iranlı tələbənin təhsil aldığından bəhs edib. Nazir Azərbaycanın müxtəlif universitetlərində təhsil alan iranlı gənclərlə görüşdüyünü, onların problemləri ilə tanış olaraq bu istiqamətdə köməklik göstərildiyini qeyd edib. Misir Mərdanov Azərbaycanla İranın təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin, bu sahədə bir sıra məsələlərin həll edilməsi məqsədilə birgə işçi qrupunun fəaliyyət göstərməsinin önəminə diqqət çəkib. Təhsil naziri Misir Mərdanov iranlı həmkarının xoş missiya ilə Azərbaycana səfərini yüksək qiymətləndirib, habelə İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayini Azərbaycanın təhsil sistemi ilə daha yaxından tanış olmaq üçün ölkəmizə yenidən səfərə dəvət edib. Azərbaycana səfərinin məqsədini açıqlayan İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayi təhsil naziri Misir Mərdanovla görüşündən məmnunluq duyduğunu qeyd edib. Qonaq İranla Azərbaycan arasında müştərək əlaqələrin olduğunu diqqətə çatdıraraq bu görüşün təhsil sahəsindəki əməkdaşlığın inkişafına töhfə verəcəyinə inamını ifadə edib.  İran İslam Respublikasının təhsili haqqında danışan Həmidrza Hacıbabayi son 7 ildə müvafiq sahə ilə bağlı aparılan tədqiqatlar, eləcə də əsaslı dəyişikliklər barədə məlumat verib. İranın təhsil və təlim naziri orta ixtisas təhsili, müəllim-tələbə mübadiləsi, dərslik və digər sahələrdə əməkdaşlıq edilməsinin zəruriliyini vurğulayıb. İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayi öz növbəsində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovu ölkəsinə səfərə dəvət edib. Görüşdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami də iştirak edib.

İyulun 14-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Gəncə Musiqi Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb və  müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev bu təhsil müəssisəsində aparılmış akkreditasiyanın nəticələri barədə şura üzvlərinə məlumat verib. İ.Quliyev bildirib ki, komissiya akademiyada müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin və həyata keçirilməsinin vəziyyətini, onun dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu araşdırıb, mütəxəssis hazırlığını öyrənmək məqsədi ilə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanmasını həyata keçirib və akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. Komissiyanın sədri təhsil müəssisəsinin fəaliyyətindən, tədris şəraitindən və maddi-texniki bazasından, məzunların işlə təmin edilməsindən də danışıb, komissiyanın bir sıra təklif və tövsiyələrini qeyd edib.           Sonra Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Odlar Yurdu Universiteti üzrə aparılan akkreditasiyanın nəticələri barədə çıxış edib. H.Zərbəliyev universitetdə mütəxəssis hazırlığının keyfiyyəti haqqında danışıb, elmlər doktoru və professorların sayını və digər göstəriciləri, eləcə də komissiyanın gəldiyi qənaəti diqqətə çatdırıb. Azərbaycan Kooperasiya Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin Sənaye iqtisadiyyatı və menecment kafedrasının müdiri Ramiz İsgəndərov bu təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. R.İsgəndərov universitetin professor-müəllim heyətinin xaricdə ixtisasartırma kurslarında olması, məzunların ixtisasları üzrə işlə təmin olunmaları və digər statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb. Sonra 2 nömrəli Bakı Baza Tibb Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunundan, müəssisədə tədrisin təşkili vəziyyətindən söhbət açıb. Gəncə Musiqi Kolleci üzrə Akkreditasiya Komissiyanın sədri, Bakı Slavyan Universitetinin kafedra müdiri Nuridə Novruzova kollecin tədris şəraiti, son beş ildə müəllim heyətinin hər 10 nəfərinə düşən qriflə nəşr olunmuş dərs vəsaitlərinin sayı, eyni zamanda pedaqoji heyətin fəaliyyəti barədə məlumat verib. Daha sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə aid şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib. Akkreditasiya Surasının iclasında mövcud meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Odlar Yurdu Universitetinin fəaliyyəti “yaxşı”, Azərbaycan Kooperasiya Universitetinin və digər iki kollecin fəaliyyəti isə “kafi” qiymətləndirilib. İclasda, həmçinin qeyd olunan təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

2012-2013-cü tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsinə başlanılıb.

İyulun 23-də fiziki tərbiyə müəllimi və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üzrə imtahanlar keçirilib. İmtahanın nəticələrinə əsasən, 110 nəfər fiziki tərbiyə müəllimi, 39 nəfər isə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub. Qeyd edək ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 3270 vakant yerə 16 min 195 nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb və 728 nəfərin ərizəsi ixtisas uyğunsuzluğuna görə ləğv edilib. Nəticədə 15 min 467 nəfərin elektron ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar. Müsabiqənin ikinci mərhələsinə buraxılanlar arasında ibtidai sinif müəllimi işləmək istəyənlər daha çoxdur. Bu ixtisas üzrə 143 vakant yer üzrə (Bakı şəhəri üzrə 39, digər rayon və şəhərlər üzrə 104) 3764 nəfər ərizə verib. Namizədlərdən 2731 nəfər ingilis dili, 2160 nəfər Azərbaycan dili və ədəbiyyat, 1483 nəfər riyaziyyat, 1112 nəfər isə tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib.  Respublika üzrə ən çox vakant yer coğrafiya fənni üzrədir  (Bakı şəhəri üzrə 21, digər rayon və şəhərlər üzrə 407) və bu ixtisas üzrə 646 nəfər II mərhələdə iştirak etmək hüququ qazanıb.

İyulun 24-də ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş imtahanların nəticələri məlum olub.

İmtahanların nəticələrinə görə, 4 nəfər rus dili və ədəbiyyatı, 14 nəfər rus dili, 11 nəfər alman dili, 10 nəfər fransız dili, 14 nəfər musiqi, 40 nəfər əmək hazırlığı, 11 nəfər təsviri incəsənət və rəsmxət müəllimi işə qəbul olunub. İyulun 25-də isə namizədlər coğrafiya fənni üzrə imtahan veriblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı