• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 13-də Təhsil Nazirliyində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri ilə bağlı tədbir keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq “Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri haqqında” təqdimatla çıxış edib. Bu eksperimentin aparılmasının hüquqi əsasından və keçirilməsini zəruri edən səbəblərdən söz açan nazir bununla bağlı qarşıya qoyulmuş məqsədi diqqətə çatdırıb.
Nazir bildirib ki, eksperimentin aparılması üçün 6 pilot müəssisə müəyyənləşdirilib ki, bunlar akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli məktəb, Bakı Avropa Liseyi, “Elitar” gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü lisey və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzidir. Eksperimentə dair təbliğat-təşviqat işlərinin həyata keçirildiyini vurğulayan nazir qeyd edib ki, bununla əlaqədar valideynlərlə görüşlər təşkil edilib, eksperimentin mahiyyəti onlara izah olunaraq rəy sorğuları aparılıb. Misir Mərdanov eksperimentin tədris Azərbaycan və rus dillərində aparılmaqla riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri təmayülləri üzrə təşkil olunduğundan söz açıb.
Tədbirdə, həmçinin iştirakçılara eksperimentlə bağlı rəy sorğularının və müzakirələrin nəticələrinə görə pilot layihə barədə müsbət və tənqidi fikirlər, 2010-2011-ci dərs ilində eksperimentin aparıldığı 6 təhsil müəssisəsi üzrə IX sinfi bitirənlərin, 2011-2012-ci dərs ilinin əvvəlində X sinif şagirdlərinin və pilot siniflərə qəbul olunanların sayına dair statistik göstəricilər barədə məlumat verilib.
Misir Mərdanov daha sonra eksperimentin aparıldığı ümumi təhsil məktəblərində ayrı-ayrı təmayüllər üzrə təlim nailiyyətlərinin monitorinqinin nəticələrini, tədris planlarının 2011-2012-ci dərs ilində tətbiq edilən və 2012-2013-cü dərs ili üçün təklif olunan variantını, eləcə də rəy sorğularının nəticələrinə görə digər təklifləri diqqətə çatdırıb.
Sonda təqdimatla bağlı müzakirələr aparılıb.


10 il əvvəl