• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı

Son günlər ölkənin bəzi mətbuat orqanlarında Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış məlumat və rəqəmlər açıqlanır ki, bu da dövlətin təhsil siyasətinin həyata keçirilməsinə mane olmağa, ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlib.
“Zerkalo” qəzetində dərc olunan təhsillə bağlı əksər yazılarında qərəzlilik və qeyri-peşəkarlıq nümayiş etdirən jurnalist R.Rüstəmova, həmin qəzetin rəhbərliyinə  Təhsil Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,  yenə də bu mətbu orqanda yanlış məlumatlar dərc olunur. Qəzetin 12 iyul 2012-ci il tarixli sayında “504 milyon manat hara gedib?” başlıqlı yazıda müxalifət qəzetlərinin “təhsil eksperti” kimi ad çıxarmış, yalançı müəllim, yalançı alim, təhsil sistemindən xəbəri belə olmayan, lakin bu sahə ilə bağlı istənilən məsələlərə “ekspertlik” edən Əlövsət Osmanlının həqiqəti əks etdirməyən fikirləri dərc edilib. “Təhsil eksperti” hesab edir ki, 11 il əvvəl birinci sinfə 133 min şagird qəbul olunubsa, bu rəqəm 11 ildən sonra da dəyişməz qalmalı, məktəbi həmin sayda şagird bitirməlidir. Belə çıxır ki, ilk peşə-ixtisas, orta ixtisas təhsili müəssisələrinə, xarici ölkələrə gedən on  minlərlə şagird “ekspert”in yadından çıxır, bunların hər birini attestat ala bilməyən şagird kimi qiymətləndirir və 63 min şagirdin nə üçün attestat ala bilməməsi ilə maraqlanır.
Dövlət büdcəsindən hər şagirdə ayrılan vəsait ildə 553 manat olduğu halda, “ekspert” bu məbləği təxminən 15 dəfə şişirdərək 8000 manat  kimi hesablayır və bu rəqəmi 63 min şagirdin sayına vuraraq, 504 milyon manat vəsaitin “hara getdiyi” sualını verir.
Təəssüf ki, qeyri-peşəkar jurnalist R.Rüstəmov da yalançı ekspertin bu gülünc rəqəmlərini qəzetdə dərc edir.
Son olaraq, jurnalistlərə təhsillə bağlı yazan zaman diqqətli olmağı, qəzet rəhbərlərinə isə bu sahəyə peşəkar jurnalist və ekspertləri cəlb etməyi tövsiyə edirik.


10 il əvvəl