SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ölkəmizin ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə imtahanlar davam etməkdədir.
İyulun 25-də coğrafiya fənni üzrə imtahana buraxılmış 646 nəfərdən 188-i işə qəbul olunub. Fizika fənni üzrə imtahana buraxılmış 729 nəfər isə iyulun 26-sı və 27-də 290 vakant yer uğrunda biliklərini sınayacaq.
08/07/2015 16:52
2012-2013-cü tədris ili üzrə 174 nəfər fizika və 133 nəfər informatika müəllimi ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə işə qəbul olunub.
Bu, 26-27 iyul tarixlərində keçirilmiş imtahanların nəticələrinə əsasən müəyyənləşdirilib. Qeyd edək ki, bu gün biologiya fənni üzrə müəllim işləmək üçün iddialı olanlar imtahan verir. Həmin fənn üzrə 346 vakant yer uğrunda 726 nəfər mübarizə aparır.
08/07/2015 16:52
30-31 iyul tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş növbəti imtahanların nəticələri məlum olub.
İmtahanların nəticələrinə görə, 181 nəfər biologiya və 153 nəfər kimya müəllimi seçdikləri təhsil müəssisələri üzrə işə qəbul olunub. 1, 2 və 3 avqust tarixlərində isə riyaziyyat fənni üzrə 1483 nəfər namizəd 271 vakant yer uğrunda biliklərini sınayacaq.
08/07/2015 16:52
2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş riyaziyyat imtahanının nəticələri məlum olub.
1-3 avqust tarixlərində keçirilmiş növbəti imtahanın nəticələrinə görə, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub. Onu qeyd edək ki, ingilis dili fənni üzrə imtahanlar avqustun 6-dan 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə mübarizə aparacaq.
08/07/2015 16:52
21 iyul - 2 avqust tarixlərində ölkəmizin ümumi təhsil müəssisələrinin 15 şagirdi Ukraynada yerləşən “Artek” Beynəlxalq Uşaq Mərkəzində (BUM) keçirilmiş “Dünyanı yaxşılığa doğru dəyişək!” adlı XI beynəlxalq uşaq festivalında iştirak edib.
Festivala qatılan azərbaycanlı şagirdlərin 8-i Bakı Avropa Liseyindən, 2-si Bakı Dövlət Universitetinin nəzdindəki Gənc İstedadlar Liseyindən, digər şagirdlər isə “Çağ” Öyrətim İşlətmələri Bakı Özəl Türk Liseyindən, “Ankara məktəbi” məktəb-liseyindən, Bakı şəhərindəki 159 və 167 nömrəli orta məktəblərdən, habelə Masallı rayonundakı “Dəfinə” məktəb-liseyindəndir. Qeyd edək ki, Krım yarımadasının Qurzuf qəsəbəsində yerləşən “Artek” Beynəlxalq Uşaq Mərkəzi 1925-cı ildən fəaliyyət göstərir. 2001-ci ildən etibarən “Artek” BUM-da “Dünyanı yaxşılığa doğru dəyişək!” adlı beynəlxalq uşaq festivalı keçirilir. Ötən dövrdə festivalda dünyanın 60 ölkəsindən 4000 nəfərdən artıq uşaq iştirak edib. Festivalın əsas məqsədi mədəni inteqrasiya və tolerantlıq, bərabərlik və uşaqlarda fikir azadlığı prinsiplərinin formalaşmasına dəstək verməkdən ibarətdir. “Dünyanı yaxşılığa doğru dəyişək!” beynəlxalq uşaq festivalının təşkilatçıları – Ümid və Xeyirxahlıq Ümumukrayna Xeyriyyə Fondu və “Artek” BUM-dur. Azərbaycanlı şagirdlərin bu festivalda iştirakı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunub. Azərbaycan nümayəndə heyətinə Bakı Avropa Liseyinin müəllimi Alyona Sazonova rəhbərlik edib. “Ümumdünya Uşaq Millətlər Liqası” beynəlxalq təşkilatı Baş Assambleyasının sessiyaları və “İstedadlar planeti” adlı mədəni proqramın keçirilməsi üzrə iki əsas hissədən ibarət olan festival zamanı Azərbaycanı təmsil edən nümayəndə heyəti bütün sahələrdə fəallıq göstərərək yüksək nəticələr qazanıb. Bakı Avropa Liseyinin X sinif şagirdi Saleh Cəfərov Azərbaycan təmsilçisi kimi ilk dəfə olaraq “Ümumdünya Uşaq Millətlər Liqası” beynəlxalq təşkilatının sədri vəzifəsinə seçilib. O, qarşıdakı bir ildə 54 ölkənin 17 milli koordinatorunun fəaliyyətini tənzimləyəcək. Onu da qeyd edək ki, “Ümumdünya Uşaq Millətlər Liqası” beynəlxalq təşkilatı 2009-cu ildə yaradılıb. Liqanın fəaliyyətində uşaq ictimai təşkilatlarının liderləri, gənc parlament üzvləri və jurnalistlər yaxından iştirak edirlər. Bakı Avropa Liseyinin X sinif şagirdi Rafael Hacıbəyli “Ümumdünya Uşaq Millətlər Liqası”nda 17 yaxşı işlər səfirlərindən biri kimi “Sağlam olmaq dəbdədir!” mövzusunun koordinatoru seçilib. O, məhz bu sahədə digər 54 ölkə üzrə müvafiq işlərin əlaqələndirilməsini həyata keçirəcək. Liseyin VIII sinif şagirdi Fidan İsmayılova beynəlxalq uşaq press-mərkəzinin işində fəal iştirakına görə Fəxri fərmanla təltif edilib. O, 2013-cü ilin mayında Kiyev şəhərində keçiriləcək beynəlxalq jurnalistlər festivalına dəvət olunub. “Yantarnıy” düşərgəsində keçirilmiş şahmat turnirinin hər üç qalibi Azərbaycan təmsilçiləri olub. Belə ki, Bakı Avropa Liseyinin şagirdləri Saleh Cəfərov I, Murad İsmayılov II, Rafael Hacıbəyli isə III yerə layiq görülüblər. Eyni zamanda Saleh Cəfərov şəxsi hesabda “Artek” üzrə şahmat turnirinin qalibi adına layiq görülüb. Onu da qeyd edək ki, azərbaycanlı şagirdlər bir ay ərzində gündəlik məşqlər nəticəsində hazırladıqları 4 mahnı və 2 rəqs kompozisiyası ilə digər ölkələrdən olan peşəkar kollektivlərlə bərabər “İstedadlar planeti” mədəni proqramında çıxış edərək laureatlar sırasında ilk onluğa daxil olublar. İştirakçı ölkə günlərinin keçirilməsi zamanı hazırlanmış materialların sayını nəzərə alaraq, Azərbaycana əlavə olaraq daha bir “təqdimat çadırı” ayrılıb. Azərbaycanlı şagirdlər Azərbaycana həsr olunmuş müxtəlif yarış, viktorina və oyunlar təşkil edib və qaliblər milli rəmzlərlə zəngin suvenir və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar. Digər ölkələrdən olan uşaqlara Azərbaycanın adət-ənənələri, mədəniyyət və tarixi barədə ətraflı məlumat verilib və onlar milli şirniyyatlara qonaq ediliblər. Azərbaycanlı şagirdlər, həmçinin “Dəstələrin təqdimatı” yarışında “Ən mülayim” nominasiyası üzrə qalib gəliblər. Eləcə də “Festival “Artek” üzrə addımlayır” aksiyası çərçivəsində “Ozyornıy” və “Morskoy” düşərgələrindəki çıxışlarına görə ölkəmizi təmsil edən şagirdlər xüsusi diplom əldə ediblər.
08/07/2015 16:52
6-10 avqust tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş ingilis dili imtahanının nəticələri məlum olub.
İmtahanın nəticələrinə görə, 235 nəfər ingilis dili müəllimi işə qəbul edilib. Onu qeyd edək ki, avqustun 13-dən ibtidai sinif müəllimlərinin imtahanına başlanılıb. Avqustun 18-dək davam edəcək bu imtahanda 3764 nəfər namizəd 143 vakant yer üzrə mübarizə aparacaq.
08/07/2015 16:52
2012-2013-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbuluna başlanılıb.
Sənəd qəbulu avqustun 15-dən 31-dək, şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək davam edəcək. Növbəti tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 20380 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17660 nəfər, ödənişli əsaslarla 2720 nəfər olacaq. Buraxılış planının isə 13238 nəfər, o cümlədən ödənişli əsaslarla 1950 nəfər olacağı proqnozlaşdırılır. Onu da qeyd edək ki, Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 144, 72, nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılması qərara alınıb.
08/07/2015 16:52
«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən Təhsil Nazirliyi üzrə Tədbirlər Planına uyğun olaraq 2009-cu ildə 11000 şagird yerlik 28 yeni məktəbin, 3 mövcud məktəb üçün 1420 şagird yerlik 71 əlavə sinif otağının, 1 təhsil şöbəsinin tikintisi, 4 internat məktəbin və uşaq bağçasının, 11 tədris ocağının əsaslı təmiri, 87 təhsil müəssisəsinin qazlaşdırılması işi uğurla icra edilir.
«Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2009-cu il tarixli sərəncamına uyğun olaraq 4 məktəbin əsaslı təmiri, 800 şagird yerlik 3 yeni məktəbin, 1 məktəb üçün 440 şagird yerlik 22 əlavə sinif otağının tikintisi həyata keçirilir. Dövlət büdcəsindən təhsil sahəsinə mərkəzləşdirilmiş qaydada ayrılan vəsait hesabına isə 11 tədris müəssisəsinin əsaslı təmiri yerinə yetirilir.
08/07/2015 16:52
13-18 avqust tarixlərində vakant yerlərə işə qəbulu üzrə keçirilmiş ibtidai sinif müəllimlərinin imtahanının nəticələri məlum olub.
İmtahanın nəticələrinə görə, 143 nəfər ibtidai sinif müəllimi işə qəbul edilib. Onu da qeyd edək ki, avqustun 18-də boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin nəticələrinə görə, 205 nəfər müəllim işə qəbul olunub.
08/07/2015 16:52
Avqustun 24-də təhsil naziri Misir Mərdanov Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ilə görüşüb.
Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Nazir mövcud əlaqələrin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb. Özbəkistanın qarşılıqlı münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən səfir ölkəsinin Azərbaycana hərtərəfli əlaqələr qurmağa xüsusi önəm verdiyini nəzərə çatdırıb. Şerzod Fayziyev Özbəkistanla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Ortaq dəyərləri paylaşan ölkələrimizin münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inandığını bildirən nazir təhsil sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı