SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Misir Mərdanov qonaqları Azərbaycanda və Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib, iki ölkə arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. Azərbaycanla İran arasında mövcud olan təhsil əlaqələrindən danışan nazir hər iki ölkənin ali təhsil müəssisələri arasında yaradılmış əməkdaşlıqdan, ölkəmizdə çoxlu sayda iranlı tələbənin təhsil aldığından bəhs edib. Nazir Azərbaycanın müxtəlif universitetlərində təhsil alan iranlı gənclərlə görüşdüyünü, onların problemləri ilə tanış olaraq bu istiqamətdə köməklik göstərildiyini qeyd edib. Misir Mərdanov Azərbaycanla İranın təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin, bu sahədə bir sıra məsələlərin həll edilməsi məqsədilə birgə işçi qrupunun fəaliyyət göstərməsinin önəminə diqqət çəkib.
Təhsil naziri Misir Mərdanov iranlı həmkarının xoş missiya ilə Azərbaycana səfərini yüksək qiymətləndirib, habelə İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayini Azərbaycanın təhsil sistemi ilə daha yaxından tanış olmaq üçün ölkəmizə yenidən səfərə dəvət edib.
Azərbaycana səfərinin məqsədini açıqlayan İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayi təhsil naziri Misir Mərdanovla görüşündən məmnunluq duyduğunu qeyd edib. Qonaq İranla Azərbaycan arasında müştərək əlaqələrin olduğunu diqqətə çatdıraraq bu görüşün təhsil sahəsindəki əməkdaşlığın inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
İran İslam Respublikasının təhsili haqqında danışan Həmidrza Hacıbabayi son 7 ildə müvafiq sahə ilə bağlı aparılan tədqiqatlar, eləcə də əsaslı dəyişikliklər barədə məlumat verib. İranın təhsil və təlim naziri orta ixtisas təhsili, müəllim-tələbə mübadiləsi, dərslik və digər sahələrdə əməkdaşlıq edilməsinin zəruriliyini vurğulayıb.
İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayi öz növbəsində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovu ölkəsinə səfərə dəvət edib.
Görüşdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami də iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl