SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 7-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Quba Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Neft-Energetika Kolleci və Bakı Sənaye-Pedaqoji Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində aparılmış işlərin önəminə diqqət çəkib.
Sonra nazir Quba Dövlət Sosial-İqtisad Kollecində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat vermək üçün sözü həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Əbülfət Pələngova verib.
Ə.Pələngov Quba Dövlət Sosial-İqtisad Kollecinın maddi-texniki bazası, təhsilin məzmunu, bu təhsil müəssəsinin fəaliyyətinin statusuna uyğunluğundan söz açaraq son beş ildə məzunların ümumi göstəriciləri, müvafiq test sorğusunun nəticələri barədə danışıb. Ə.Pələngov kollecin fəaliyyətinin daha səmərəli təşkili üçün Akkreditasiya Komissiyasının tövsiyələrini diqqətə çatdırıb.
Bakı Qida Sənayesi Kolleci üzrə Akkreditasiya Komissyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn kafedrasının müdiri Oqtay Şamxalov qeyd olunan təhsil müəssisəsində aparılmış araşdırmalardan, bir sıra göstəricilərdən söz açıb. O.Şamxalov kollecin fəaliyyətinin statusuna uyğunluğu, burada mütəxəssis hazırlığının keyfiyyəti və digər bu kimi məsələlər üzrə komissiyanın gəldiyi qənaətlə şura üzvlərini tanış edib.
Sonra çıxış edən Bakı Neft-Energetika Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Fərrux Məmmədov kollecin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramının məzmunundan, müəssisədə tədrisin təşkili vəziyyətindən söhbət açıb. F.Məmmədov təqdimat-məruzəsində kollecin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə fəaliyyət imkanlarından bəhs edib.
Bakı Sənaye-Pedaqoji Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tədris hissə müdiri Gültəkin Əliyeva bu təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, son beş ildə müəllim heyətinin hər 10 nəfərinə düşən qriflə nəşr olunmuş dərs vəsaitlərinin sayı, kollecin tədris şəraiti, eyni zamanda pedaqoji heyətin fəaliyyəti barədə məlumat verib.
Sonra qeyd olunan kolleclərdə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov müvafiq təhsil müəssisələrində aparılmış araşdırmalarla bağlı fikirlərini bildirib, tövsiyə və tapşırıqlarını verib.
Akkreditasiya Surasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, qeyd olunan kolleclərin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və bu təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl