• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 13-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirilib.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Nazir Azərbaycanla Çin arasındakı əlaqələrdən və bu əlaqələr çərçivəsində təhsil sahəsində əməkdaşlığın yaradıldığından danışıb. Misir Mərdanov bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra təhsil əlaqələri daha da genişlənib.
Çin Xalq Respublikasının 200-dən artıq vətəndaşının ölkəmizin ali məktəblərində təhsil aldığını nəzərə çatdıran nazir bu ölkənin 16 vətəndaşının Azərbaycan tərəfinin təqaüdləri hesabına müxtəlif ixtisaslar üzrə respublikamızda ödənişsiz əsaslarla oxuduğunu bildirib. Təhsil naziri 40-a qədər azərbaycanlı gəncin Çin Xalq Respublikasının universitetlərində müxtəlif təhsil səviyyələri üzrə dövlət xətti ilə təhsil aldığını, 17 tələbənin isə artıq məzun olduğunu vurğulayıb. 
Misir Mərdanov bildirib ki, imzalanacaq sazişdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur.Bu sazişin əhəmiyyətindən söz açan nazir müvafiq sənədin hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib. 
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin səmimi qarşılandığı üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Səfir Azərbaycanla Çin arasındakı təhsil əlaqələrindən bəhs edərək, bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. Xun Tsyuin təhsil sahəsində əməkdaşlığa dair imzalanacaq sazişin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və müvafiq sahədə əməkdaşlığın  bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əmin olduğunu diqqətə çatdırıb. 
Sonra təhsil naziri Misir Mərdanov və Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair sazişi imzalayıblar.
İmzalanma mərasimində ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.


10 il əvvəl