• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində Bilgəh və Şüvəlan qəsəbələrində yerləşən 11 nömrəli xüsusi internat məktəbin, Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində yaradılan günərzi inkişaf və reabilitasiya mərkəzlərinin açılış mərasimi olub.

Mərasimlərdə təhsil naziri Misir Mərdanov, Sabunçu və Əzizbəyov rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin, bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra nazir və onu müşayiət edən rəsmi şəxslər günərzi inkişaf və reabilitasiya mərkəzlərində uşaqlar üçün yaradılan şəraitlə tanış olub, oyun və yataq otaqlarına baxıblar. Təhsil naziri hər iki mərkəzin açılmasını dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və qayğı mərkəzlərinin yaradılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirib. Nazir yaradılan şəraitdən razı qaldığını söyləyib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdikləri diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib. Misir Mərdanov yeni mərkəzlərin yaradılmasına yaxından kömək göstərdiklərinə görə beynəlxalq təşkilatlara, xüsusən də “Uşaqların Xilası” təşkilatına minnətdarlığını bildirib, gələcəkdə Bərdə və Göyçayda da belə mərkəzlərin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, mərkəzlərin binası Təhsil Nazirliyi tərəfindən tikilib, Dövlət Proqramına ayrılan vəsait hesabına inkişafetdirici təlim materialları, müvafiq inventar və avadanlıqlarla təchiz edilib. Mərkəzlərin yaradılmasında əsas məqsəd uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzlərə Əzizbəyov və Sabunçu rayonu ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanlar məhdud olan uşaqlar cəlb ediləcək. Əzizbəyov rayonu ərazisindəki mərkəz 40 nəfər, Sabunçu rayonu ərazisindəki mərkəz isə 70 nəfər məktəbəqədər və məktəbyaşlı, sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Mərkəzlərdə psixoloq, loqoped, inkişaf terapiyası (yəni, uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Müəssisələrdə günərzi qayğı xidmətlərinin yaradılması və fəaliyyətin səmərəli təşkili üçün müəssisələrin işçi heyətinə inkluziv təhsil və sosial iş üzrə müxtəlif mövzularda treninqlər keçirilib. Mərkəzlərin fəaliyyətlərinin əsas istiqaməti sağlamlıq imkanları məhdud uşaqların həyati bilik və bacarıqlara yiyələnmələrinə, oyunlar vasitəsilə onların əqli və fiziki inkişafına nail olmaqdan, keçirilən reabilitasiya proqramlarına valideynləri cəlb etməkdən, valideynlərə uşaqların hüquqları ilə bağlı hüquqi müvəkkillik xidmətləri göstərməkdən və digər müvafiq xidmətlərdən ibarət olacaqdır. Gün ərzində 10-12 saat fəaliyyət göstərəcək mərkəzlərdə fərdi qayğı planına müvafiq olaraq uşaqla iş aparılacaqdır. Məlumat üçün bildirək ki, göstərilən qayğı nəticəsində hər bir uşağın cəmiyyətə inteqrasiyasını və sosial adaptasiyasını qarşıya qoyan mərkəzlərdə məktəbyaşlı uşaqların (1-8-ci siniflər) dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulub. Uşaqların günün sonunda evlərinə aparılması məqsədlə Təhsil Nazirliyi tərəfindən mərkəzlərə mini avtobus verilib.

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Son 2 il ərzində 10-17 yaş arası 24 uşaq övladlığa verilib. İnternat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib. Bakının Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Daha 2 reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Reabilitasiya mərkəzlərində alternativ xidmətlərə cəlb edilmiş hər bir uşağın qiymətləndirilməsi, fərdi təlim planının tərtib olunması və reabilitasiya işlərinin keyfiyyətinin monitorinqi ilə bağlı tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 2010-2011-ci tədris ilindən etibarən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara və ailələrə dəstək xidmətlərini həyata keçirən sosial işçilərin hazırlanması üçün Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial iş ixtisası üzrə kurs açılıb. Son 2 il ərzində 32 nəfər tərbiyəçi-müəllim həmin kursa cəlb olunub. Risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin operativ aradan qaldırılması, uşaqların müvafiq müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Eyni zamanda dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb və 2008-ci ildə 14389 nəfər təşkil edən bu rəqəm 2011-ci ildə 9776 nəfərə enib. Dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, qəyyumluğa və ya himayədarlığa verilməsi mümkün olmayan 10 uşağın ailə mühitində yaşamasını təmin etmək üçün ailə tipli kiçik qrup evi tikilib. Həmçinin, uşaqların müdafiəsinə dair mövcud qanunvericilik bazasının ətraflı təhlili aparılıb və bir sıra müvafiq normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Martın 13-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının (IBO - International Baccalaureate Organization) Afrika, Avropa və Yaxın Şərq regionu üzrə menecerləri Oke Sorman və Fidelis Ntenge ilə görüşüb.

Misir Mərdanov qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Beynəlxalq Bakalavriat Proqramının 6 nömrəli məktəb-liseydə həyata keçirilməsini müsbət dəyərləndirən nazir bununla bağlı lazımi dəstək göstəriləcəyini vurğulayıb. Təhsil naziri Beynəlxalq Bakalavriat Proqramının ölkəmizdə 3 özəl ümumi təhsil müəssisəsində reallaşdırıldığını, dövlət tədris ocaqları arasında bu işə ilk dəfə 6 nömrəli məktəb-liseydə başlanıldığını diqqətə çatdırıb. Nazir, həmçinin proqramın mühüm əhəmiyyətini və müvafiq işin uğurla həyata keçiriləcəyinə əminliyini vurğulayıb, proqramın menecerlərinə Azərbaycandakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.  Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq regionu üzrə meneceri Oke Sorman səmimi qəbula və proqramı dəstəklədiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. 6 nömrəli məktəb-liseyin Beynəlxalq Bakalavriat Proqramına qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirən qonaq bu işin sonunda uğurlu nəticələr əldə olunacağına inandığını bildirib. O.Sorman müvafiq proqramın məqsəd və üstünlükləri, burada təhsil proqramının hər 3 pilləsinin (PYP- ibtidai təhsil, MYP- orta təhsil, DP – Diplom proqramı- X-XI siniflər) təklif edildiyi barədə məlumat verib. Beynəlxalq Bakalavriat Proqramının həyata keçirilməsi üzrə birgə işçi qrupunun yaradılmasını təklif edən qonaq bunun işin gedişinə müsbət təsir edəcəyini nəzərə çatdırıb.      Təhsil naziri Misir Mərdanov qonağın təklifini yüksək dəyərləndirib və bildirib ki, 6 nömrəli məktəb-liseydə beynəlxalq təhsil bazasının yaradılması gələcəkdə müvafiq proqramın digər məktəblərə də şamil olunmasına zəmin yaradacaq. Nazir, həmçinin görülən işlər haqqında ictimaiyyətin daha geniş olaraq məlumatlandırılmasının məqsədəuyğunluğundan söz açıb.    Daha sonra Beynəlxalq Bakalavriat Proqramının ümumi təhsil müəssisələrində mövcud fənn kurikulumlarına uyğunluğu, müəllimlərin qeyd olunan proqram üzrə işləmək bacarığı, habelə digər bu kimi məsələlər müzakirə olunub.   Görüşdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və proqramın müvafiq məktəb üzrə koordinatoru Elşən Musayev iştirak edib.

Martın 13-də təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Misir Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda 4 mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alır. Həmçinin, Azərbaycanın ali təhsil müəssisələrində 4 minədək türkiyəli tələbənin oxuduğunu söyləyən təhsil naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib. Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini nəzərə çatdıran Misir Mərdanov qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsinin əhəmiyyətinə toxunub, bu baxımdan Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. Türkiyə ali məktəblərinin təhsil imkanları barədə məlumat verən Baş nazirin müavini Bəkir Bozdağ hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb. Baş nazirin müavini növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclər üçün qardaş ölkənin nüfuzlu universitetlərində 150 yer ayrılacağını nəzərə çatdırıb. Təhsil əlaqələrimizin inkişafı baxımından qeyd olunan təkliflərin müzakirə edilməsinin zəruriliyini vurğulayan Bəkir Bozdağ Türkiyənin Azərbaycanla münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyib. Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin Türkiyədə doktorantura səviyyəsinə qəbulu ilə bağlı bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

Oktyabrın 1-də Təhsil Nazirliyində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi üzrə Maliyyələşdirmə Sazişinin imzalanmasına həsr olunmuş mərasim keçirilib.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bildirib ki, layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərəliliyinin artırılmasından ibarətdir. Nazir qeyd edib ki, layihə həm layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, həm də yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur. Təhsil naziri layihədə fəaliyyət istiqamətlərinin əsasını təşkil edən müvafiq sektorlar üzrə mütəxəssislərin seçilməsi, treninq proqramlarının hazırlanması, treninqlərin keçirilməsi, bacarıqların qiymətləndirilməsi, müvafiq dövrdə inkişafın izlənilməsi barədə danışıb, ümumi dəyəri 10 milyon ABŞ dolları olan bu layihənin 4 komponentdən ibarət olması, onun iki ay sınaq müddəti olmaqla 2010-2013-cü illəri əhatə etməsi haqqında məlumat verib. Misir Mərdanov bildirib ki, həmin vəsaitdən 8 milyon ABŞ dolları Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycan Respublikasına verdiyi uzunmüddətli kreditin, 2 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payına düşür. Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm öncə təmsil olunduğu qurumla Təhsil Nazirliyi arasında yüksək əlaqələrin qurulmasından, birgə reallaşdırılan tədbirlərdən söz açıb. Qonaq, həmçinin imzalanacaq layihənin mahiyyəti, onun əhatə etdiyi əsas sahələrdən də danışıb, nəzərdə tutulan tədbirlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi üzrə Maliyyələşdirmə Sazişini imzalayıblar.

Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya universitetlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edərək bildirib ki, təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Alman Akademik Mübadilə Xidmətinin (DAAD) gördüyü işlər böyük önəm daşıyır. Almaniya ilə ölkəmiz arasında təhsil əlaqələrinin tarixindən söz açan nazir Zigen və Köln Tətbiqi Elmlər universitetləri ilə mövcud olan əməkdaşlığı buna misal göstərib. Azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün DAAD-ın hər il 70-dən çox təqaüd ayırdığını vurğulayan təhsil naziri bu rəqəmin daha da artırılması arzusunu ifadə edib və alman dilinin orta məktəblərdə tədrisi, universitetlərdə yaradılan alman dili mərkəzlərinin artırılması məsələsinə toxunub. DAAD-ın Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius oktyabrın 1-dən 3-dək Bakıda keçirilən “Azərbaycan-Almaniya Ali Təhsil Günləri” çərçivəsindəki tədbirlərin mühüm əhəmiyyət daşıdığını və ikitərəfli təhsil əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. Almaniya ali təhsil sistemi və burada fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələri, müvafiq istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verən qonaq təmsil etdiyi təşkilatın beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini açıqlayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. DAAD-ın Bakı İnformasiya Mərkəzi üzrə direktoru Andrey Hötze görüşdə iştirak edib.

Oktyabrın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası çərçivəsində sərgi keçirilib.

Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov ölkələrimiz arasında mövcud olan çoxtərəfli əlaqələrin son illər daha da inkişaf etdiyi nəzərə çatdırıb və bu sərginin keçirilməsini respublikamızın təhsil həyatında mühüm hadisə kimi dəyərləndirib. Nazir sərgidə Almaniyanın 22 ali məktəbinin 30-a yaxın nümayəndəsi ilə birgə həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrin bir qisminin də iştirak etdiyini bildirib. Təhsil naziri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycanda həyata keçirdiyi layihələrdən, təşkilatın ayırdığı təqaüdlərdən söz açaraq bu istiqamətdə görülən işlərdən danışıb. Nazir çıxışının sonunda Köln Universitetinin professoru Rza Talibinin əlaqələrin inkişaf etdirilməsi sahəsindəki xidmətlərini xüsusi qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Alman Akademik Mübadilə Xidməti təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per Stankina çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs ediblər.

Martın 16-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində keçiriləcək "Müasir Azərbaycan təhsili və Çağ Öyrətim" mövzusunda konfransda iştirak etmək üçün Türkiyədən Azərbaycana gəlmiş nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda gördüyü işlər, əldə etdiyi uğurlar barədə ətraflı söhbət açıb. Qafqaz Universitetinin Azərbaycanda ali təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edən nazir ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin fəaliyyətini yüksək dəyərləndirib. Təhsil naziri son illərdə beynəlxalq olimpiadalarda azərbaycanlı gənclərin əldə etdiyi nailiyyətlərə diqqət çəkib. Bu baxımdan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin mühüm rolunu xüsusi vurğulayan Misir Mərdanov Azərbaycan təhsilinin səviyyəsinin daha da yüksəldilməsi üçün qarşıda duran vəzifələrdən danışıb. Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam Türkiyə Yüksək Öyrətim Kurulunun rəhbəri olarkən Azərbaycana gəldiyini bildirib. Qonaq ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın dinamik iqtisadi inkişafının təhsilin tərəqqisinə yol açmasını yüksək dəyərləndirib. Turqut Özal Universitetinin rektoru Erol Oral 2001-2005-ci illərdə Azərbaycanda çalışdığını, həmin dövrü həyatının ən dəyərli hissələrindən biri hesab etdiyini söyləyib. Dörd il rəhbərlik etdiyi Qafqaz Universitetinin qazandığı uğurlara görə qürur duyduğunu bildirən rektor Azərbaycanla Türkiyə arasındakı təhsil əlaqələrinin əhəmiyyətinə diqqət çəkib. Qafqaz Universitetinin rektoru Əhməd Saniç “Çağ” Öyrətim İşlətmələri Şirkətinin və rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətinə verdiyi yüksək dəyərə görə Misir Mərdanova təşəkkürünü bildirib. Rektor Qafqaz Universitetinin fəaliyyətinin prioritet istiqamətləri barədə məlumat verib, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafında təhsil sahəsindəki əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayıb. Dünyanın 150 ölkəsində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edən Ə.Saniç Azərbaycandakı fəaliyyətlərinin xüsusilə fərqləndiyini nəzərə çatdırıb. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinə Azərbaycan dövləti tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayan rektor gələcək fəaliyyətlərinin daha səmərəli olacağına inamını ifadə edib. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Martın 16-da “Rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) strateji planlaşdırma mexanizminin tətbiqi” adlı növbəti seminar keçirilib.

Seminar Təhsil Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və nazirliyin strateji planına əsasən təşkil edilib. Seminarın əsas məqsədi rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) 2011-2012-ci illər üçün hazırladıqları strateji planların monitorinqinin nəticələri və 2013-2015-ci illər üçün növbəti strateji planların hazırlanmasına dair müzakirələrin aparılması, həmçinin yerlərdə strateji planlaşdırma mexanizminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsindən ibarətdir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi və ölkənin digər rayon (şəhər) təhsil şöbələrindən (idarələrdən) strateji planlaşdırma prosesi üzrə müəyyənləşdirilən məsul şəxslər iştirak edib. Seminar iştirakçılarına rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) 2011-2012-ci illər üçün hazırladıqları strateji planların monitorinqinin nəticələri, 2013-2015-ci illər üçün növbəti strateji planların hazırlanması, yerlərdə müvafiq işçi qrupunun yaradılması və bu prosesə maraqlı tərəflərin cəlb edilməsi, strateji planın elementləri, fəaliyyət və büdcə planlarının hazırlanması barədə ətraflı məlumat verilib. Həmçinin, müvafiq istiqamətlər üzrə qruplarda praktiki işlər aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminarın sonunda rayon (şəhər) təhsil şöbələrin (idarələrin) 2013-2015-ci illər üçün növbəti strateji planlarının cari ilin oktyabr ayına qədər Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi iştirakçıların nəzərinə çatdırılıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin fevral ayında 1629 müraciət daxil olub.

Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər müvafiq qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülüb. Ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb. Sorğu xarakterli müraciətlər daha çox ümumi təhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş sınaq imtahanlarının təşkili, keçirilməsi və nəticələri, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu, Respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı olub. Digər sorğular yaş senzinin tətbiqi, müəllimlərin dərs yükü ilə təmin olunması və əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələləri əhatə edib. “Qaynar xətt” xidmətinə daxil olan 68 şikayət xarakterli müraciətin böyük əksəriyyəti Bakının ümumi təhsil müəssisələri (23 müraciət) ilə bağlıdır. Həmçinin, Abşeron (4 müraciət), Kürdəmir, Masallı, Ağdam, Quba (hər birindən 2 müraciət), Füzuli, Samux, Şəki, Hacıqabul, Lənkəran, Yardımlı, Tərtər, Zaqatala, Göygöl, Xocavənd, Beyləqan, Qubadlı, Saatlı, Lerik, Ağsu, Ağcabədi, Gədəbəy rayonlarından (hər birindən 1 müraciət), Gəncə, Mingəçevir şəhərlərindən (hər birindən 1 müraciət) şikayət xarakterli müraciətlər daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sisteminin nazaslığı, elektrik enerjisinin fasilələrlə verilməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri və digər məsələlər öz əksini tapıb. Ötən ay texniki peşə məktəbləri ilə bağlı 3 şikayət daxil olub. Bu şikayətlərdə Bakı 12 nömrəli, Biləsuvar və Gədəbəy peşə liseylərindən bəhs edilir. Ali təhsil müəssisələri ilə bağlı daxil olan 8 şikayət xarakterli müraciətin 6-sı dövlət, 2-si isə özəl tədris ocaqları ilə əlaqədardır. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib. Orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 4 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. Həmin müraciətlərə baxılıb və müvafiq qaydada cavablandırılıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araş­dı­rıl­ıb və müvafiq tədbirlər həyata keçirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı