SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya universitetlərinin nümayəndələri ilə görüşüb.
Görüşdə təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edərək bildirib ki, təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Alman Akademik Mübadilə Xidmətinin (DAAD) gördüyü işlər böyük önəm daşıyır. Almaniya ilə ölkəmiz arasında təhsil əlaqələrinin tarixindən söz açan nazir Zigen və Köln Tətbiqi Elmlər universitetləri ilə mövcud olan əməkdaşlığı buna misal göstərib.
Azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün DAAD-ın hər il 70-dən çox təqaüd ayırdığını vurğulayan təhsil naziri bu rəqəmin daha da artırılması arzusunu ifadə edib və alman dilinin orta məktəblərdə tədrisi, universitetlərdə yaradılan alman dili mərkəzlərinin artırılması məsələsinə toxunub. DAAD-ın Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius oktyabrın 1-dən 3-dək Bakıda keçirilən “Azərbaycan-Almaniya Ali Təhsil Günləri” çərçivəsindəki tədbirlərin mühüm əhəmiyyət daşıdığını və ikitərəfli təhsil əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. Almaniya ali təhsil sistemi və burada fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələri, müvafiq istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verən qonaq təmsil etdiyi təşkilatın beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini açıqlayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
DAAD-ın Bakı İnformasiya Mərkəzi üzrə direktoru Andrey Hötze görüşdə iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl