SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 1-də Təhsil Nazirliyində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi üzrə Maliyyələşdirmə Sazişinin imzalanmasına həsr olunmuş mərasim keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bildirib ki, layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərəliliyinin artırılmasından ibarətdir. Nazir qeyd edib ki, layihə həm layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, həm də yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur. Təhsil naziri layihədə fəaliyyət istiqamətlərinin əsasını təşkil edən müvafiq sektorlar üzrə mütəxəssislərin seçilməsi, treninq proqramlarının hazırlanması, treninqlərin keçirilməsi, bacarıqların qiymətləndirilməsi, müvafiq dövrdə inkişafın izlənilməsi barədə danışıb, ümumi dəyəri 10 milyon ABŞ dolları olan bu layihənin 4 komponentdən ibarət olması, onun iki ay sınaq müddəti olmaqla 2010-2013-cü illəri əhatə etməsi haqqında məlumat verib. Misir Mərdanov bildirib ki, həmin vəsaitdən 8 milyon ABŞ dolları Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycan Respublikasına verdiyi uzunmüddətli kreditin, 2 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payına düşür.
Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm öncə təmsil olunduğu qurumla Təhsil Nazirliyi arasında yüksək əlaqələrin qurulmasından, birgə reallaşdırılan tədbirlərdən söz açıb. Qonaq, həmçinin imzalanacaq layihənin mahiyyəti, onun əhatə etdiyi əsas sahələrdən də danışıb, nəzərdə tutulan tədbirlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Sonda təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi üzrə Maliyyələşdirmə Sazişini imzalayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl