• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 13-də təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Misir Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda 4 mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alır. Həmçinin, Azərbaycanın ali təhsil müəssisələrində 4 minədək türkiyəli tələbənin oxuduğunu söyləyən təhsil naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib.
Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini nəzərə çatdıran Misir Mərdanov qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsinin əhəmiyyətinə toxunub, bu baxımdan Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.
Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib.
Türkiyə ali məktəblərinin təhsil imkanları barədə məlumat verən Baş nazirin müavini Bəkir Bozdağ hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb. Baş nazirin müavini növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclər üçün qardaş ölkənin nüfuzlu universitetlərində 150 yer ayrılacağını nəzərə çatdırıb. Təhsil əlaqələrimizin inkişafı baxımından qeyd olunan təkliflərin müzakirə edilməsinin zəruriliyini vurğulayan Bəkir Bozdağ Türkiyənin Azərbaycanla münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyib.
Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin Türkiyədə doktorantura səviyyəsinə qəbulu ilə bağlı bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.


10 il əvvəl