• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Son 2 il ərzində 10-17 yaş arası 24 uşaq övladlığa verilib. İnternat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib.
Bakının Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Daha 2 reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib.
Reabilitasiya mərkəzlərində alternativ xidmətlərə cəlb edilmiş hər bir uşağın qiymətləndirilməsi, fərdi təlim planının tərtib olunması və reabilitasiya işlərinin keyfiyyətinin monitorinqi ilə bağlı tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.
2010-2011-ci tədris ilindən etibarən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara və ailələrə dəstək xidmətlərini həyata keçirən sosial işçilərin hazırlanması üçün Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial iş ixtisası üzrə kurs açılıb. Son 2 il ərzində 32 nəfər tərbiyəçi-müəllim həmin kursa cəlb olunub.
Risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin operativ aradan qaldırılması, uşaqların müvafiq müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Eyni zamanda dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb və 2008-ci ildə 14389 nəfər təşkil edən bu rəqəm 2011-ci ildə 9776 nəfərə enib. Dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, qəyyumluğa və ya himayədarlığa verilməsi mümkün olmayan 10 uşağın ailə mühitində yaşamasını təmin etmək üçün ailə tipli kiçik qrup evi tikilib.
Həmçinin, uşaqların müdafiəsinə dair mövcud qanunvericilik bazasının ətraflı təhlili aparılıb və bir sıra müvafiq normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib.


10 il əvvəl