• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 13-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının (IBO - International Baccalaureate Organization) Afrika, Avropa və Yaxın Şərq regionu üzrə menecerləri Oke Sorman və Fidelis Ntenge ilə görüşüb.

Misir Mərdanov qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Beynəlxalq Bakalavriat Proqramının 6 nömrəli məktəb-liseydə həyata keçirilməsini müsbət dəyərləndirən nazir bununla bağlı lazımi dəstək göstəriləcəyini vurğulayıb. Təhsil naziri Beynəlxalq Bakalavriat Proqramının ölkəmizdə 3 özəl ümumi təhsil müəssisəsində reallaşdırıldığını, dövlət tədris ocaqları arasında bu işə ilk dəfə 6 nömrəli məktəb-liseydə başlanıldığını diqqətə çatdırıb. Nazir, həmçinin proqramın mühüm əhəmiyyətini və müvafiq işin uğurla həyata keçiriləcəyinə əminliyini vurğulayıb, proqramın menecerlərinə Azərbaycandakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. 
Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq regionu üzrə meneceri Oke Sorman səmimi qəbula və proqramı dəstəklədiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. 6 nömrəli məktəb-liseyin Beynəlxalq Bakalavriat Proqramına qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirən qonaq bu işin sonunda uğurlu nəticələr əldə olunacağına inandığını bildirib. O.Sorman müvafiq proqramın məqsəd və üstünlükləri, burada təhsil proqramının hər 3 pilləsinin (PYP- ibtidai təhsil, MYP- orta təhsil, DP – Diplom proqramı- X-XI siniflər) təklif edildiyi barədə məlumat verib. Beynəlxalq Bakalavriat Proqramının həyata keçirilməsi üzrə birgə işçi qrupunun yaradılmasını təklif edən qonaq bunun işin gedişinə müsbət təsir edəcəyini nəzərə çatdırıb.     
Təhsil naziri Misir Mərdanov qonağın təklifini yüksək dəyərləndirib və bildirib ki, 6 nömrəli məktəb-liseydə beynəlxalq təhsil bazasının yaradılması gələcəkdə müvafiq proqramın digər məktəblərə də şamil olunmasına zəmin yaradacaq. Nazir, həmçinin görülən işlər haqqında ictimaiyyətin daha geniş olaraq məlumatlandırılmasının məqsədəuyğunluğundan söz açıb.   
Daha sonra Beynəlxalq Bakalavriat Proqramının ümumi təhsil müəssisələrində mövcud fənn kurikulumlarına uyğunluğu, müəllimlərin qeyd olunan proqram üzrə işləmək bacarığı, habelə digər bu kimi məsələlər müzakirə olunub.  
Görüşdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və proqramın müvafiq məktəb üzrə koordinatoru Elşən Musayev iştirak edib.


10 il əvvəl